Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mence, Artur Resi-Zade 1-ci vitse-prezident olacaq” – İDDİA…

28 Eylül 2016
5:40 am


28/09/2016 [09:39]: xeber –
Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsindən sonra Azərbaycanda nələrin baş verəcəyi barədə iqtidar və müxalifətin fikirləri bir-birindən kəskin şəkildə fərqlənir. Rəsmi şəxslər və hakim partiyanı dəstəkləyən dairələr əmindir ki, referendum ölkədə ciddi islahatlara gedilməsini stimullaşdıracaq. Son illərdə davamlı şəkildə, özü də inamla islahatlar anonsu ilə çıxış edən “Turan” informasiya agentliyinin direktoru, siyasi təhlilçi Mehman Əliyevlə söhbətimiz də referendumdan sonrakı Azərbaycan haqqındadır.- Mehman bəy, uzun müddətdir ki, siz Azərbaycanda ciddi islahatlara start veriləcəyini deyirdiniz. İndi isə Azərbaycan iqtidarının təmsilçiləri referendumdan sonra islahatlara sürət veriləcəyindən bəhs edirlər. Sizin budəfəki gözləntiləriniz nədən ibarətdir, rəsmilərlə mövqeyiniz üst-üstə düşürmü?  – Üst-üstə düşür. O mənada ki, mən əvvəldən demişəm ki, referendum birbaşa islahat prosesinə bağlı məsələdir və bunu ayırmaq lazım deyil. İlk gündən bildirmişəm ki, referendum bunun tərkib hissəsidir. Sadəcə olaraq, mən islahatlarla bağlı “Yol xəritəsi”ni gözləyirdim. Hesab edirdim ki, bu sənəd referenduma qədər artıq ictimaiyyətə təqdim olunacaq. Bu, niyə baş vermədi? Deməli, həmin o sənədin hazırlanmasında Amerikanın məşhur konsaltinq şirkəti iştirak etmişdi. Həm də bizim hakimiyyət həmin “Yol xəritəsi”ni özünə uyğunlaşdırmağa çalışıb, bəzi şeyləri ixtisara salıblar, bəzi şeyləri yarımçıq qoyublar. Yəni sənədə xeyli düzəlişlər ediblər. Faktiki olaraq islahatların gələcəkdə uğurlu keçməməsi üçün zəmin yaradıblar. Bu narazılıq bildirilmişdi. Amma son olaraq həmin sənəd beynəlxalq maliyyə qurumlarına təqdim olunmuşdu və iki həftə öncə ABŞ-da danışıqlar gedib, həmin sənəd Ümumdünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə müzakirə olunub. Mən belə başa düşürəm ki, Azərbaycan tərəfinə iradlar bildirilib və yenə də o düzəlişlər bərpa olunur. Yəni mənfi düzəlişlər aradan qaldırılır, sənəd normal vəziyyətə gətirilir, məncə, tərəflər artıq bu mənada razılığa gəliblər, sənədi xeyli yaxşılaşdırıblar. – “Yol xəritəsi”ndə əsasən nədən bəhs olunur? İslahatlar haradan başlanılacaq, proses haraya qədər davam etdiriləcək? – Azərbaycan tərəfi daha çox çalışır ki, müəyyən iqtisadi islahatlara, müəyyən liberallaşmaya getsin, amma bu sahəyə nəzarəti qalsın. İkincisi də indiki məqamda siyasi islahatlar baş verməsin. Ancaq digər tərəf deyir ki, siyasi islahatlar getməsə, iqtisadi islahatların da həyata keçirilməsi mümkün deyil, ona görə bunlar paralel getməlidir. İqtisadi islahatlarda da daha çox şəffaflıq, korrupsiyaya qarşı mübarizə, sadələşdirmə, sahibkarlıq üzərindən nəzarəti və monopoliyanı götürmək, azad sahibkarlığa şərait yaratmaq məsələləri qoyulub. Eyni zamanda azad məhkəmə sisteminin formalaşması, vətəndaş cəmiyyətinin bu proseslərdə fəal iştirakı, hökumətin üstündə nəzarəti kimi məsələlər də əksini tapır. Ona görə də fikir verirsinizsə, son vaxtlar hökumət “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasını yaratdı. Bu da tələblərdən biri idi, hökumət də öz QHT-ləri ilə bunu yaratdı. Bəzi QHT-lər də etiraz bildirdilər ki, yalnız hökumətyönlü təşkilatlar ora daxil edilib. Məncə, bu problem də həll olunacaq. – Deməli, ABAD-ın yaradılması da islahatlar paketinin tərkib hissəsidir?  – Təxminən hə. Fakt budur ki, hökumət buna gedir. Hökumət artıq Avropa Parlamentinə yenidən qayıdır. ATƏT-in ölkəyə qayıtması məsələsi də ciddi şəkildə gündəmdə durur, o da olacaq. Bütün istiqamətlər üzrə dəyişikliklər qaçılmazdır, bu, baş verəcək. – Belə qənaətə gəlmək olarmı ki, ABŞ başda olmaqla, aparıcı güclərin, Venesiya Komissiyasının yalnız sonda açıqladığı mənfi rəyi çıxmaq şərtilə, Avropa institutlarının referendumla bağlı sükutunun səbəbi Bakı ilə aparılan danışıqlarla əlaqədar imiş? – Bəli. Ümumiyyətlə, sonuncu dəfə hakimiyyətə çox ciddi təpkilər iyulun 15-də olub. 18-i referendum elan olunandan sonra Azərbaycan hakimiyyətinə təpki olmayıb. Əslində vəziyyətə baxsaq, məntiqlə daha çox təpki olmalı idi. Venesiya Komissiyasının rəyi göstərir ki, sanki bu, hakimiyyətin bir əldə daha çox cəmləşməsi məsələsidir, antidemokratikdir. Amma fakt odur ki, 18 iyulda referendum qərarı elan olunandan sonra təpki, bununla bağlı tənqidlər olmayıb. Sonuncu tənqidlər həmin Vaşinqtonda maliyyə qurumları ilə aparılan danışıqlardan sonra başlandı. Yəni narazılıq ortaya çıxanda yenə də siyasi təzyiqlər başlandı ki, “siz islahatlar paketini istədiyimiz formada qəbul etməsəniz, biz də belə edərik”. Bu, bir. İkincisi, referendumun özünün yarılegitimlik məsələsi yenə də ortalığa gəldi. Necə ki, 2015-ci ildə parlament seçkiləri yarılegitim qiymətləndirildi, indi də həmin məsələ gündəmə gələ bilər. Yəni vəd verilsə, əməl olunmasa, sabah məsələ qoya bilərlər ki, referendum qeyri-demokratik keçirilib. – Dediklərinizdən bu nəticəni çıxartmaq olarmı ki, hakimiyyət Qərb dairələri ilə danışıqlar aparıb razılaşma əldə etdiyi üçün referendumöncəsi rəyin verilməsi üçün Venesiya Komissiyasına müraciət etməyib? – Yox, məncə, burada məsələ belə qoyulmamışdı ki, ciddi nəzarət olsun. Çünki biz gördük ciddi müşahidəçi də yox idi. Prinsipcə, referendumun bu formada keçirilməsinə heç kim etiraz etməyib. Ancaq sabah vədlərdən qaçsalar, başqa mövqe sərgilənsə, onda mexanizm işə salına bilər ki, referendum qeyri-legitimdir, hətta Venesiya Komissiyasının rəyi var. Yəni ehtiyat planı kimi bunu həmişə fırlada bilərlər. – Deməli, Qərb bundan sonra da prezident İlham Əliyevlə yola davam etməyə qərar verib, eləmi? – Bəli, çünki İlham Əliyev söz verib ki, islahatlar aparacaq. Referendumda bir məsələ də var: daha çox səlahiyyət verilir, eyni zamanda daha çox məsuliyyət götürülür. Yəni artıq sabah deyilsə ki, parlamentdə müzakirə keçmir, alınmır, qərar qəbul edə bilmirik – hakimiyyət həmişə oynayır axı, bunları edir – indi də deyir “buyur, parlamenti, ya Nazirlər Kabinetini buraxa bilərsən”. Bununla hakimiyyət daha çox əldə cəmləşir, ancaq məsuliyyət də ondadır, artıq sabah soruşmayacaqlar ki, filankəs nə fikirləşir, konkret olaraq cavabdeh bir nəfərdir. Yəni məsələləri operativ şəkildə həll etmək, qərar qəbul etmək bir nəfərin əlindədir. Həmin mexanizm onları qane edir. Əgər biz 2002-ci ildən bu yana gedən proseslərə baxsaq, görərik ki, həmişə daha çox bir nəfərin şəxsi hakimiyyətinin möhkəmlənməsinə hesablanıb və buna dəstək verilib. – Ancaq ölkə müxalifəti referendumdan sonrakı Azərbaycan haqqında çox pessimist mövqedədir, ölkənin quyunun dibinə yuvarlandığı təsəvvürünü yaradırlar, referendumdan “xoxan” obrazı yaradırlar. Amma sizin dedikləriniz tamamilə əksini düşünməyə əsas verir…   – Əgər hökumət özü bu gün fəlakətin içindədirsə… Hakimiyyətin içində təşviş var. Beynəlxalq Valyuta Fondundan və digərlərindən 10 milyard vəsait almaq istəyirlər, bu vaxta qədər o pulu ala bilmirlər, investisiyalar gəlmir, əksinə, azalır, vəziyyət yaxşılığa doğru yox, pisliyə doğru gedir. Ölkə bata-bata gedir. Ona görə də ya çevik şəkildə dəyişikliklər olmalıdır, ya da inqilab olmalıdır, başqa yol yoxdur. Hakimiyyətin islahatlara getməkdən başqa çıxış yolu yoxdur. Əgər hakimiyyət xalqla təkbətək üz-üzə dursaydı, bəlkə də təzyiq edər, tutardılar, gücün hesabına vəziyyəti olduğu kimi saxlayardılar. Axı burada beynəlxalq mövqe, beynəlxalq təpki var, o, hər şeydən daha ciddidir. Bu gün ki biz deyirik islahatlarla bağlı plan hazırlanır və sair, bu, nə hakimiyyətin, nə də Azərbaycan xalqının istəyindən irəli gəlir. Bu, birbaşa Qərbin, ABŞ-ın qərarıdır ki, “sən bunu etməlisən, qurtardı getdi” və bunu elətdirirlər. – İlin sonuna qədər növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə məlumatlar var. Daha sonra isə yeni parlamentin formalaşdırılması ilə bağlı qərarın veriləcəyi haqda mətbuata məlumatlar sızdırılır. Bu, nə dərəcədə realdır və növbədənkənar seçkilərə ehtiyac varmı? – Məncə, indiki mərhələdə buna ehtiyac yoxdur. Çünki indi struktur dəyişiklikləri getməlidir. Ona görə də nə prezident, nə də parlament seçkilərini keçirməyə ehtiyac qalmır. Parlament prezidentə kifayət qədər sadiqdir, hər hansı qərarı qəbul etdirmək problem deyil. Məncə, diqqət struktur dəyişikliklərinə yönəlməlidor. Çünki vitse-prezidentlər institutu tətbiq olunur, daha sonra hökumətdə ciddi dəyişikliklərə gedilməsi, yeni islahatçı komandanı formalaşdırmaq lazımdır. – Tezliklə yeni baş naziri görə biləcəyikmi? – Məncə, Artur Rəsi-Zadə 1-ci vitse-prezident olacaq. Amma onun yerinə işlək bir adam gətirəcəklər ki, hökumətin işini irəli aparsın. Çünki əsas iqtisadi blokdur, prosesi işə salmaq üçün yeni adamlar lazımdır. Bu sahədə problem var. Böhran onu göstərdi ki, indiki hökumət müasir dövrdə ölkəni, iqtisadiyyatı idarə etmək imkanına malik deyil. Əgər bu boyda institutlar böhranın gəlməsini görmədilərsə, bununla bağlı tədbir görə bilmədilərsə, bu, o deməkdir ki, bunlar getməlidir, bu, hökumət deyil. Ümumilikdə isə bu referendumda ən mühüm, mərkəzi məsələ 1-ci vitse-prezidentlikdir.- Bu qənaətə gəlmək olarmı ki, artıq ən yüksək səviyyədə bununla bağlı qəti qərar verilib? – Bu, təkcə onların qərarı deyil. Bura ekspertlər gəlib, rəylər veriblər ki, bu komanda ilə islahat aparmaq mümkün deyil. Bu komanda o biliklərə malik deyil.  – Mehman bəy, bəs uzun illərdir barəsində danışılan koalision hakimiyyət, yaxud da cəmiyyətdə təcrübəsi, savadı ilə tanınan simaların, vətəndaş cəmiyyəti təmsilçilərinin yeni komandaya cəlb olunması baş verə bilərmi? – Məncə, gözləmək olar ki, müəyyən adamlar orada iştirak etsin. Hansılar ki, bu gün QHT-dədirlər, ancaq daha çox bitərəf mövqedədirlər, daha çox onların cəlb olunması realdır. Ola bilsin ki, sabah başqaları da əməkdaşlıq formasında cəlb olunsun. Referendumda qoyulan məsələlər keçid mexanizmidir. Bundan sonra keçmə mərhələsi, keçid dövrü başlayacaq. Əsl keçid dövrü bundan sonra başlayır. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler