Musavat.az
Musavat.az









Azadliq » Xeberler» Xeber

“Men yoxam” romanındakı Qurban Yaquboğlu…

“Mən yoxam” romanındakı Qurban Yaquboğlu...

Genel 09 Ekim 2018

6:00 pm




09/10/2018 [21:53]: xeber –
(Q.Yaquboğlunun “Mən
yoxam” romanı haqqında)
 
Hər kəsin ömründən bir ölü adlayır, mənim həyatımdan
dədəmin ölüsü keçdi.
 
Epiqrafları sevirəm… Bu
kompazisiya elementindən məqalələrimdə də çox istifadə edirəm… Nəyi
oxuyuramsa, ondan bir cümləlik də olsa,  qulağımda epiqraf statuslu hökm səslənir. “Mən
yoxam” romanını da bir cümlənin (“Hər kəsin ömründən bir ölü adlayır, mənim həyatımdan
dədəmin ölüsü keçdi”.) müşayəti ilə oxudum.  Mütaliə boyunca hadisələrin nəqlini müəllifin
dilindən eşidirdim. Şəxsən tanımadığım Qurban Yaquboğlunun yaddaşının roman
boyda nisgili varmış və bu nisgilin əsil ədəbiyyat dili ilə nəqli oxucusu ilə
onu doğmalaşdırdı…  Onun maraqlı nəsr təsvirləri,
nasir müşahidəsi var. Daha doğrusu, nasir fırçası. Atalarının ölüm xəbərini
alan qardaşlar bir maşında kəndə üz tutur. Hadisəni nəql edən qəhrəmanın
narahatlığı, kədəri belə o həyat şəkillərindən, yol mənzərəsindəki xırda
detalların rəsmindən yan keçə bilmir. Və sonrakı hissələrdə də məlum olur ki,
bu adamın bütün ömrü, bütün yaşadıqları və yazdıqları yaddaşa qələmlə şəkil çəkməkdən
ibarət olub: “Düzünə qalsa, mən maşının içəri dolan vıyıltısını qulaqlarımdan
qova-qova payız haqda düşünürəm. Neçə illər qabaq qoyun otardığım, ot çaldığım,
enişinə yüyürdüyüm, yoxuşuna dırmaşdığım, bütün bunlardan vacibi, dönə-dönə
tamaşa elədiyim dərələrə, dərəarası hamarda təzəcə dağılmış mürəkkəb kimi
qaralan payız şumuna, dikdirdə ləkə kimi görünən çobanın müəmmalı qaraltısına,
güney döşdən qalxan ocaq tüstüsünə, yamacları şottayan əyri cığırlara
baxa-baxa, nəhayət, diqqətimi bir fikrin üstünə sanca bilirəm: “On beş-iyirmi
gün qabaq dədəmin belə tez öləcəyi görünmürdü, axı…”  s. 9
Müəllif bir cümlə ilə ailənin
sosial durumunu, səmimi bağlarla bir-birindən yapışıb klassik ailə dəyərləri ilə
yaşaması ənənəsinin eskizini cıza bilir. Xüsusən də maraqlı ifadə tərzi,
maraqlı epitetlər, məcazlarla. Məsələn, “xəbərə sarı getmək” ifadəsinin adi xəbər
cümləsindəki yeri bədii, poetik cazibəli funksiyası maraq doğurur. “Kənddən günəmuzd
işləməyə gəlmiş kiçik qardaşımızı da yolüstü Xırdalandan götürüb üz qoyduq xəbər
sarı”. s. 10
Roman ölüm xəbərinə doğru
yol gedən adamın bütün olanlara, olacaqlara xəyali səyahəti ilə başlayır. Atanın
qəfil sillə kimi əks-səda vermiş ölüm xəbəri son nöqtə kimi vurğulanmır. Sanki
hər şey –  bütün hadisələr, xatirələr, bu
ölümə qədər gələn və bu ölümdən baş alıb gedən səsli yaddaş, obrazlı ifadələrlə
dolu xatirələr- hamısı   dirilir. Hər
abzasda isə mütləq bir aforistik məcaz təsviri qüvvətləndirib mənalandırır.
Ata-oğul yol gedir çiyin-çiyinə. Xəstə ata haqqında bir payız günü də, bir
dumanlı-çiskinli yol da, bir kənd küçəsinin insanları da eyni qənaətlə düşünür:
bu payız bu yolla gedən iki nəfərdən biri öləcək…  Ölümə məhkum bir adam yol gedir və snayperə hədəf
olmuş adamın durumu  gəlir gözlərimiz
önünə. “Dədəm əllərini belində düyünləyib yeriyirdi; göyün üzündə heç vaxt heç
nəyə yaramamış göyümtül qısır buludlar topalanmışdı. Dədəmi ilk dəfə bu yerişdə
görürdüm; daha bütün ipi-kəndiri açıb buraxmışdı, daha qocalmışdı, təzəlik
bundan ibarətiydi. İndi, yəqin, yolqırağı evlərin eyvanından, çəpərindən
boylanıb dədə-bala bizə baxırlar. Axı, hamı bilir, bu payız bu yolla gedən iki
nəfərdən biri öləcək. Mən dədəmin yanında dinməz-söyləməz, səhvə yol verməməyə
çalışan oğul həssaslığıyla, həm də sağ qalıb yaşayası insan vüqarıyla yeridim”.  s.12
Romanın süjeti yol gedən
bir adamın xatirələrindən sallaşıb ona əzab verən insanlarla doludur, doğma insanlar…
Bu insanlar hansısa dayanacaqda elan edir: “Mən yoxam!”
Maraqlıdır ki, bu ağrılı
bəyanatı məhz əsərin təhkiyəçi qəhrəmanı, adına “Şahı” deylən  adam  eşidəsi olur hər dəfə. Məsələn, atası ilə gecə
söhbətlərinin birində (“– Nə danışım, ay qardaş, nə danışım, ay oğul, nə danışım,
ay Şahı? Məndən nə qaldı?.. Daha yoxam mən! Gecənin bir aləmində, Allaha şükür,
özün yaxşı görürsən”. s.17)  və ya bibisinin
ağrılı  vəsiyyətində:
“– Şahı!
– Həh… Başına dönüm, ay
bibi!
– Dediyimi dədənə də
çatdır: daha mən yoxam.
Ağrım da yoxdu.
– Nə yaxşı, Suğra, nə
yaxşı! Təki ağrı olmasın.
Mənim bibim, mənim
bacım!”  s.20
Yox olanlar, cismani və mənəvi
süquta enənlər sağ qalanların ağrısına çevrilməyə başlayır. Bəs başqalarının
yoxluğunu içindəki boşluq kimi daşıyan adamlar, elə Şahının özü necə? Oxucu
qeyri-ixtiyari öz-özünə pıçıldayır: o da yoxdur artıq… Romanda sağ adam
tapmaq az qala mümkünsüz olur. Çünki roman bir insanın yaddaş, xatirə, daxili
vurhavurlar və sıxıntılar burulğanının hekayəti, nəqli kimi yazılıb.
“– Əmimin qəbrini
tanıyıram. Amma ölülər getmir.
– Bir də dedi: – Ölülər
heç hara getmir! Bunu da bil.
– Mənə bax, sən… sən…
– Nə sən-sən salmısan? Kimi
axtarırsan? Mən yoxam!”  s.80
“– Həmişə belədi, Məleykə
xala. Mən oxuyanda da qarovulçular xəstələnib ölürdülər, köçüb gedirdilər, yox
olurdular”. s.93
Üzünü yox olacaq, itib
gedəcək aya tutub deyir: “Dədə, hey! Qərib
Adam! Hey-hey! Hey, hey! Həmid kişi! Yoxsan daha, düzdümü? s.250
Romanın sonunda yaşıl üzlü dəftərin
üstündəki balaca kağızda da yazılır: “Məni kim soruşsa, bilsin: Mən yoxam. Mənim
yoxluğum xoşbəxtlik  gətirəcək”. s.251
Qədim arxiv sənədində də “Mən
yoxam” kəlmələri yazılıb.
Romanda həyat, ölüm,
sevgi, ayrılıq, sədaqət, xəyanət  anlayışları
sanki qeyri-müəyyən bir nəzəriyyə, absurd bir düstur üzərində çözülür. Təhkiyə
məchulu axtarılan tənliklər kimi diqqətimizi çəkib aparır.  Həqiqət isə odur ki, bu təsvirlərdəki dünyada
hər şey yox olmağa məhkumdur. Nəinki insanlar, hətta kəndlər, qəsəbələr,
bulaqlar, küçələr, sevgi və dostluqlar da bir gün qarşına “yox” kimi
çıxır.  Heyrətlənirsən, necə ola bilər
ki, kənd yox olsun birdən-birə? Səhrada “Yeganə adam mənəm, mən də çıxıb gedəcəm,
kənd nə gəzir burada?”- anlaşılmazlığı ilə cavab verən adama da inanası oluruq:

“– Qardaş, səni xoş
gördük. Hacıqasımlı kəndi hardadı, onu bizə göstər. Ucsuz-bucaqsız küdrüdə bircə
qaraltı, bircə koma da gözə dəymirdi. – Xoş günün olsun. Burda kənd yoxdu. Kişi
çəp baxdı: – Yox, mənə qulas as. Çıraqlı kəndinin qonşuluğundadı. Hacıqasımlı kəndi.
Tanımamış olmazsan! Deyirlər, orda bir Molla Qəzənfər var, eşitməmisən? Molla Qəzənfər.
Loğmandı… Çoxbilmiş bir loğman. – Yox, eşitməmişəm. Mən Molla Qəzənfərdən bir
kəlmə də eşitməmişəm. Yan-yörə, doğrudan, boşdu, burda, çöllükdə, bu qoca nın qənşərində
məndən özgə kimsə yoxdu. Bir mənəm çöllü-biyabanda, mən də çıxıb gedəcəm. – Bu
bomboş çöldə kənd nə gəzir, a kişi! Burda kənd-zad axtarmayın. Buralar qarağan
basmış bomboz düzənlikdi. Özünüz də görürsüz. – Dağa doğru onurğa kimi dümdüz
uzanan yolu göstərdim: – Bəlkə, dağı tutub gedəsiniz? Bəlkə, axtardığınız kəndə
bu yolla gedib çıxarsız. Molla Qəzənfər adlı ədilli-bəndə varsa, orada ola bilər”.
s.108
Romanda ölümün yeni və
maraqlı obrazı ilə canlandırılır. Ölümü gözləyənlər, axtaranlar, ondan
qaçanlardan daha çoxdur elə bil. Ölüm yol gəlir, adamların üzünə, üstünə,
taleyinə qapı kimi açılır. “Ancaq indi mən də, dədəm də baş verən hadisəni,
üzübəri gələn ölümü laqeyd, soysaq bir halətlə gözləyirik”. s.11
Alcan baba isə ölümə qədərki
günlərini sayır, ölümü xilaskar bir insanın gəlişi kimi gözləyir. Azmış, yolunu
itirmiş ölümünü soruşur hər kəsdən.
“– Hər ölənin paxıllığını
çəkirəm, hə, ay bala. Neynim, necə eləyim, ay oğul,  qaldım bir 
dağın   dibində,   boz düzəngahda.   Ölən  
vaxtım    çatdı,     gözlədim, əcəl  gəlib çıxmadı. Dam-daşın altında bir qarıdı,
bir  mənəm. İkimiz biryarım da olmarıq.
Vaxtında qolumdan  yapışıb, böyrünə salıb
məni özgə obaya, kəndə,  şəhərə aparanım
olsaydı, bəlkə, əcəlimi özüm tapardım. Uzaqdadı, şəhərdədi, iraq yerdədi, Allah
bilir, hardadı əcəlim. Mən gözlədim, o gəlmədi.
– Gələr, baba, gələr…
– Getdiyin yerdə Əhmədşah
oğlu Alcanın ölümü qənşərinə çıxsa, göndər bəri.
– Yaxşı, baba”. s.27
Bu kəndin, bu soyun, bu nəsilin
adamlarından ötrü ölüm bəlkə bütün suallardan, ağrılardan, yaddaş iztirabından
qurtulma yoludur? Bəlkə gedənlərə çatmaq, qalanlardan qopmaq, ayrılmaq fürsətidir?
“– Darıxma, baba,– qocaya
bir ağız təsəlli verdim, –
yaxınlarda sən də ölərsən.
– Nə bilim…
– Hamı ölür!” s. 28
Qurban Yaquboğlunun
romanındakı sevgilər isə, sadəcə mümkünsüz, heç vaxt reallaşmayacaq xoşbəxtliklər
illüziyası fonunda əks olunur.  Avtobioqrafik səciyyə daşıyan əsərdə (hər
halda oxucu belə görür)  psixoloji
travmalarla müşayət olunan sevgilərin təsirindən mənən şikəst edilmiş, yarımcan
olmuş, mənəvi, ruhi baxımdan ümidsizliklərə düçar edilmiş insanların
yaşantılarını çox məqamlarda qarışdırmaq da olar. Burada şəxslər, fərdlər
günahkar deyil, sanki tale öz oyunları ilə 
bir ailəni dönə-dönə sınağa çəkir, bu sınamalarda isə insanın xislətinə,
mnəvi dayanıq nöqtəsinə qədər enir…  Talıbın xoşbəxtliyinə qan düşmənçiliyi əngəl
olmuşdu, Həmid və Yasəmənin qovuşa bilmə imkanını  isə bir adi məişət dramı əngəlləyir.  Belə ki,  kənddə hamı onların tezliklə nişanlanacağı xəbərini
gözlədiyi zamandaYasəmənin dədəsi Həmidin dədəsi ilə dərədə ot çalımı vaxtı
dalaşır. Həmidin dədəsi Yasəmənin dədəsi Nazar kişinin qıçını dəryazla doğradı.
 Bu sevginin də yolu cinayətdən, məhkəmə
zalından keçəsi olur və qan düşmənçiliyi sevgi dostluğuna qənim kəsilir.
Bu məqamda müəllifin obrazları
ilə incə psixzoloji ünsiyyət qurma məharətini, daxili aləmə varma istedadını
qeyd etmək istərdim. O, təkcə təsvirlərlə deyil, həm də həniri, səsi eşidilən
duyğuların canlılığı ilə ağrını, sıxıntı və 
bədbəxtlikləri anlada bilir. Məsələn, “yox” cavabı yazılan bir məktubu
oxu fraqmentinin özü şeir, poeziya nümunəsitək emosional ovqat yarada bilir.
Ataların məhkəməsində ağladığını gizlətmək üçün “əllərini üzünə yarpaq kimi örtən”
Yasəmənin bircə cümləlik məktubunun yaratdığı kədər və bədbəxtlik dramının bədii
şəklinə diqqət edin: “Ondan cavab gəldi: “Mənə lap çətindi, dədəmin yaraları hələ
sağalmayıb”. Bir cümlə o, bir cümlə mən. Cəmi iki cümlə oldu, elə deyilmi?
Cavab kağızını dəfə-dəfə oxudum, evin böyrünə keçdim, boş tövləyə çəkildim,
axşam açıb baxdım, gecə oyanıb kibrit yandırdım, gündüzün günortasında mənasını
eşələdim. Birdən sözlər “hə”yə oxşadı, birdən “yox-yox” səsləşdi; bəzən ümid, bəzən
rədd… Yolda bir məna verdi, dərədə başqa, zəmi kənarında heç nə anlamadım”.
s.143
Q.Yaquboğlunun yazıçı fəhmi
çox xırda görünə biləcək detalla böyük mətləblərin kodunu aça bilir. Yasəməndən
gələcək bircə kəlməlik sözün həsrətiylə alışıb-yandığı vaxtda Güllü adlı qız
özü də bilmədən onun taleyi ilə oynamış olur. Güllü ona deyir ki, sabah saat
3-də Aslan tininə gəl, Yasəməndən sənə çatası söz var.  Və həmin gün Həmidin xəyalında, arzularında,
ağrısında tamam başqa cür doğuldu. Hətta o elə zənn etdi ki,  iyulun 5-də günəş tutuldu, kənddə bu hadisənin
həyəcanından heç kəs həyətindən çölə çıxmadı. “İyulun 5-də, saat 14:59-da tam
günəş tutulması baş verəndə Aslan tini də qaranlığa qərq oldu. Mən bir də
Güllünü illər sonrası Aslanın oğlunun toyunda gördüm, onda Yasəmən ərə
getmişdi, Güllünün də qarnı dikəlmişdi, hamiləydi. O vədi xatırladım. “Kainatın
əlində girinc qaldıq” dedim, Güllü qarnındakı uşağın təbəssümüylə gülümsədi. Mənə
elə gəldi, o, heç həmin hadisəni xatırlamadı”.  s.144
 Zaman və məkan dinamikası, dəyişkənliyi hiss
olunmayan bədii mətndə dəyişən, hərəkətlənən və suallar burulğanında təlatümlənən
yalnız və yalnz təhkiyəçi qəhrəmanın daxili monoloqları, düşüncə və yaddaş
fraqmentləridir. Əsərin xeyli hissəsini oxuyandan sonra oxucu anlayır ki,
burada genişmiqyaslı ictimai-siyasi problemlər, cəmiyyət, böyük zamanlar və
böyük mühitlər romanının xüsusiyyətləri yoxdur. Bəlkə bir insanın
romanına-daxili dünyasına enmək lazımdır, o dünyaya ki orada, ümumiyyətlə,
insanların bioloji və ruhi-mənəvi varlığının vəziyyətləri, təbəddülatları
çözülür…
Mətnin absurd, ziddiyyətli
görünən təsvirlərinin çox incə ştrixlərlə bir hekayəlik söz demək keyfiyyəti
var. Məsələn, məktəbli olanda sevdiyi qızın “gələcəksənmi?” –xəbərdarlığına
baxmayaraq, heç cür onlara qoşula bilməyən oğlanın pərtliyi çox həssaslıqla
izah olunur: “Öz xoşbəxtliyinin yaxınlığından tır-tır tırıldayan traktor
lafetində ötəsən…”
 “Gecəni Dağda qalası oldum, səhər fermalardan
emal sexinə süd daşıyan traktorun lafetində çalxalana- çalxalana çölə endim.
Yaşıl zəmilərə elə parıltılı gün düşmüşdü, adam işığın üstüylə sürüşə bilərdi.
Uşaqlar coğrafiya müəllimiylə zəminin uzunsov yaxasına səpələnmişdilər. Öz xoşbəxtliyinin
yaxınlığından tır-tır tırıldayan traktor lafetində ötəsən…” s.31
Romanda “ev” obrazı da bədii
məkan kimi hadisələrin, eləcə də o evə aid olan insanların taleyinin şəklini
divarları arasında qoruyub saxlayır. O evin sevinci, həyəcanı, təşvişi, xəyanət
və sədaqət, qəzəb pərişanlığı onu canlı varlıq kimi obrazlaşdırır. Və evin
anası nə vaxt ki “Bu ev bu gün heç qızmadı!”-deyib maşanı əlinə alır ki, sobanı
qurdalasın, oxucu anlayır ki, mətləblərə düyün düşüb, hadisələr dolaşıb və müəmma
dolu suallara cavab verən olmayacaq. 
Şahının qardaşı (əslində əmisi oğlu) Talıbın başına gələnləri dilə gətirmək
məqamı çatanda da, ata öskürür, ana maşanı əlinə alıb baxışlarını hamıdan
yayındırmağa çalışırdı. Talıbın sevgi  dramında
qəribə keçilməzliklər vardı. İlk dəfə əmisi qızı bilib istədiyi Sənubər bacısı
çıxdı, sonra Çəmən adlı qızı sevdi, atası onu qan düşməninin qızı kimi tanıtdı
və bu işin baş tutmayacağını qəti şəkildə elan etdi. Talıb taleyinə güc gəlmək
istədi, baş götürüb getdi uzaqlara, ilim-ilim itdi. Küsmək, evlərindən,
doğmalarından, hətta kəndindən də üz çevirmək Talıbın yeganə qisas almaq
imkanına döndü. Uzun illərdən sonra arvadı Aybənizlə bu kənddən keçib Qazağa
gedir və ona da kəndləri haqında heç nə demir. Yadlıq, yadlaşma insanları
bir-birindən deyil, həm də özünü özündən qoparır…
Bu hissələrdən sonra
romanda “yad” anlayışının məna çalarları hadisələrin məğzində, məzmununda ifadəsini
tapır. Vaxtilə hamıya doğmadan doğma, əzizdən əziz olan insan yad mühitin, yad
həyatın, yad düşüncələrin adamı kimi kəndə qədəm basası olur. Yadlaşma, soyuma,
əslindən qopma prosesi təkcə insan talelərindən yox, elə bil ki, bütün
kainatdan keçib gedir. Xatirələr soyuyur, yaddaşlar donur, münasibətlər buz
bağlayır, bağlar qırılır. Adamlar səhrada təmtək yol ölçən, ömürlə ölüm
arasında vurnuxan heçə dönür… Bütün var olanlar yoxluqda buz parçası kimi əriyir.
Zaman su kimi axıb yox olur, evlər, adamlar köçür elə bil, boşluq və bozluq
dünyanın peyzajına çevrilir. Günəş də yox olur qaranlıqda, sevgilər insan qəlbində,
yollar həsrət çəkən gözlərdə yox olur… “Yox olma”-nın romanını oxuyuruq…
 
“Belə tez razılaşdılar. Səhərdən
sağa-sola çoyuyan adamın alnındakı düyün navalçanın ağzını tutmuş buz salxımı
kimi qırıldı düşdü; kənddən sıyrılmaqdan ötrü canı sıxılan yad adam da, Yadı
yola salan da – ikisi də simmetriyanın bütün ölçülərinə uyğun, eyni vaxtda, üzbəsurət
təbəssüm elədilər, qol qaldırıb tərəddüdsüz qucaqlaşdılar. Varla yox səssiz,
mehriban vidalaşdı”.  s.81
Qurban Yaquboğlu obrazlarını,
hadisələrin axarını mistik bir məcraya yönəldir. Konkretlik, bizə tanış olan
adlar və adamlar sanki başqa bir dünyanın varlıqları kimi doğulur. Və bu misik,
illüziyalarla dolu mühitdə tanış adamlar olmasa da, tanış suallar eşidirik.
Alcan baba artıq bir qaraltı kimi ölümünə yol ölçür və həmin sualla: “Qaraltı nəfəsini
dərib təzədən harayladı: – Bu gün ayın neçəsidi, ay qardaş? Sinəsini doldurub,
təkrar çığırdı: – Deyirəm, ayın neçəsidi bu gün? Uzaq yolun müsafiri birinci
günün tarixindən xəbərsiz olarmı? Əzbər bilsəm də, sinəmdə gizlətdiyim cib
saatını çıxarıb əqrəblərə, kiçicik kvadratın içindəki rəqəmə, ayın tarixinə bir
də nəzər elədim, dərələrin, dağların intizarı çiyinlərimə ağırlıq salsa da, tələsmədim.
Ağzımı qaraltıya sarı yox, göyə tutdum: – Ayın iyirmi beşidi!.. Sentyabrın
iyirmi beşi… Nəfəsimi dərdim, göy yolu ayın-günün tarixini ünvana qovdu, iki
dəfə qışqırdım, iki dəfə də əks-sədası yayıldı, cəmi dörd oldu. Kişi də
arxayınladı. Durdudurdu: – Həəə!.. – dedi. Təsdiqini eşitdirdi. – Lap yaxşı…
Getməyə başladı”. s.89
 
Dincliyini, məkanını,
zamanını itirmiş adamlar cənnətdən qovulmuşlar kimi səhraya enmişdilər elə bil.
Yadellilər, qaranlıqda yol azmışlar kimi çar-naçar qalmışdılar.  (“– Neçə qapıya getdik. Hansı qapını döydük,
“yox” eşitdik. Rədd olunmuşların siyahısından nə vaxt bizi çıxaracaqlar? – Kişi
deyindi. – Hacıqasımlı, Çıraqlı… Hanı kənd? Bu nə düzəngahdı gəldik çıxdıq,
bu nə təhər dünyadı…” s.108)
Nəsillər arasında əlaqə,
qohumluq, ata-baba sıralamasında da qəribəlik var. Nənə babadan danışır, nəvələr
nənə ilə üzbəüz oturub, amma babanın 1000 yaşı var. Nənə babanın nağılını
danışır. “Min il qabaq dağlar arasında bir səltənətdə bir kişi çarığını-patavasını
ayağına keçirdi, çomağını əlinə aldı, pay-piyada səfərə çıxdı. Daha dayana bilmədi,
üzü hamara yol aldı. Baharıdı, yaşılıdı, günəş göydəydi”.  Babalar şəcərəsi də yox olub, itir,
anlaşılmaz olur. Həqiqət bəlli deyil, tarix bizim yanaşmamızdan, yaddaşımızdan
asılı olur sanki. “O Baba bu Babadımı, bu Baba o Babadımı, hansı Baba hansı
Babadı, nənə, bilinmir, qoy bilinməsin də!” s.183
 
Romanın qəhrəmanları mənfi
və müsbət antiliyinə bölünməsə də, bəzi məqamlarda xeyir və şər, zəriflik və
zor mövqelilər öz sözünü deyir. Məsələn, Həmidin anası ilə bağlı hekayətdəki
Yekəpər adlandırılan (bu obrazda Xudayar bəy obrazının cizgiləri aydınca
görünür) adamla Qəribə adam obrazı müqayisə olunur. Hər iki obrazın xisləti bir
qadının taleyində oynadığı rolla ifadəsini tapır, aydınlaşır.
Əsər boyu başqalaşan və
eyniləşən obrazlar sıra-sıra qarşımıza çıxır və yox olur, hamısı da eyni yolun
eyni cığırında yol gedir… Yox olmağa gedirlər…
 
Romandakı durğun zaman,
yeknəsək, eyni dairədə dövr edən təkrar hadisə və dialoqlar yorucu görünə bilər.
Lakin həyatın əsil üzü kimi təsvir olunan çıxılmazlıqların özünü də ədəbiyyatlaşdırmaq
lazımdır. Həyatda da belədir, bu qənaət hamımıza tanışdır: “adamı hər şeyin
keçib getməsi də ağladar, heç nəyin keçib getməməsi də. O da ağladar, bu da”. s.186
 Q.Yaquboğlunun nəsr dili qüsursuz və
oxunaqlıdır, bədii əksetdirmədə, məişət üslubunda zəngin, rəvan ifadə tərzi ilə
diqqətimizi cəlb edir.  Xeyli sayda
dialekt sözləri var ki, bu ifadələri ədəbiyyata, bədii mətnə gətirməklə
dilimizin poetik imkanlarını ortaya qoymuş olur.
Konkretlik, mətləbi
yığcam şəkildə çatdırmaq bacarığı da təqdirəlayiqdir, lakin bəzi məqamlarda
hiss edilən uzunçuluq kompazisiyanın sistemliliyini korlayır. Məsələn,  Həmidin anasının ona danışdığı macəralar
silsiləsindəki əlavə detallar, qarışıq şəkildə nəqletmə buna misal ola bilər.
Q.Yquboğlu öz adını və
rolunu da romanına yerləşdirib. Xüsusən də Qəribə adamla etdiyi yolçuluqda. “Elə
ki getdim, otağı axtar, bir yaşıl üzlü dəftər tapacaqsan, onu oxu. Ayaq üstə əllərini
qoşalayıb göyə açdı, dua elədi: “Allahım, yox olmağa niyyət elədim! Amin!” Yox
olan adamla qalacam. Qurban, izin ver…” s.213
Yox olma həm də
vidalaşma, hər şeyə əlvida deməkdir bu dünyada. Yağışa, suya, komalara, küçələrə,
maşınlara, avtovağzallara, doğmalara və yadlara. Q.Yaquboğlunun qəhrəmanları da
vidalaşa-vidalaşa bizə əl edir sanki. Qayıda-qayıda gedir, gedə-gedə
qayıdırlar… Bircə dərddə əriyib durula bilirlər hərdən: “Allahım, hardan  hara gedirəm, axırı qüssəyə, ağrıya gəlib
çıxır, heç bir duanın, zikrin, cəhdin gücü yetmədiyi, təsbeh dənələri kimi
xırda, möhkəm ağrılar ki var – irsi ağrılardı onlar. Sizi siləcəm, sizi… Bəs
nədən indi asanca toza çevrilir, yox olur bu ağrılar?” s. 232
Əsərdə sufi bir
yolçuluğun və şeyx təlimləri ilə aşılanan həyat fəlsəfəsinin özünün də yoxluğa
doğru getdiyini görürük. Bütün fəlsəfələr və bütün yollar, bütün doğuluşlar,
bütün kəşflər yoxluğa sürüyür bəşəriyyəti… Uşaq qocalar, qoca uşaqlar, ölmüş
dirilər, diri ölmüşlər, var kimi ölmək, yox kimi doğulmaq absurdluğunun mahiyyətindəki
həqiqət isə  yalnız təxəyyül və illüziya
məhsulu deyil, qavramımızda reallıq şəkli olan fəlsəfədir…
“Adamlar gəldilər.
Adamlar gəldilər, qarşıladım. Yox olub gedəsi on beş yaşlı qocanın sözlərini
eşidin: adamları başa düşmək, adamları oxumaq nə asanmış; onların deyəcəyini
budu, elə özüm deyim: “Biz qalmaq istəyirik”. Onda siz qalın. Siz az şey istədiz.
Onlar qalır. Qalan adamlar gəlib artıq. Nədən bəs, nədən anam ən qənşərdədi? Elə
bildim, anamdan ayrıla bilməyəcəm, silinməyəcək anam, ancaq mənə xeyirsə, hamıdan
birinci getməyə o, hazır oldu. Daha dayanmaq olmaz, ana. Birinci dəfə məni
doğanda mən vardım, indi yox doğursan”. s.243
Q.Yaquboğlu romanında
sakit, səbrli yazı adamı kimi davranır. Sonda isə maraqlı bir bəyanatla çıxış
edir. Məni az adam tanıya bilər, az adam xatırlayar, amma mən bütün bəşəriyyətlə
danışdım – deyir. Və çox maraqlı, orijinal manevrlərlə yaddaşının şəklini təzələyir.
Yaddaş da yuxu kimi fraqmentlərə bölünür, adamlar kəlmə-kəlmə, şəkil-şəkil
sürüşüb yaddaşdan çıxır. Bəlkə də yaddaşda yox olub doğulur. Məsələn, bir kəndin
obrazlar qalereyası bu cür xatırlatmada bədii qaye kəsb edə bilir. Bor az uzun
kimi görünən sitatı diqqətlə oxusaq, bir yaddaşın kədərli xatirələrindən
boylanan neçə-neçə adamlarla tanış olarıq. Və qulağımızda bir sual da əks-səda
verər: Lalə, Lalə, sən kimsən? Bütün bu adamlar da yox olmuşlar, ya da yox
olacaqlardır. Amma hamısı da doğmadır.  Fərqi
yoxdur, istər sevdiyi oğlandan məktub gətirdiyi üçün onu öpən Ahu Taleh qızı
olsun, istərsə də, dərənin qırağında var gücüylə onun kürəyinə yumruq ilişdirən
Famil Ətraf oğlu…
“Sürəyya Səlim
qızı
Avqust ayının qızmar
ikindisində, yalnız bir kərə, döngənin ağzında gördüm, uzun qara dizliyinin ətəyi
başmağının dabanından düşüb toza-torpağa bulaşırdı, yerlə sürünürdü. Əlini irəli
uzatdı: “Ay bala, o bulağın başında carçıdan mənə qarpız al, ciyərim alışıb yanır.
Mərdan gəlsin, pulunu verəcək”.
 
Abdulla Əhmədşah
oğlu
Şər qarışan çağda arvad-uşağının
yanından çağırıb tövlələrin arasında güllələmişdilər onu, üç nəfərdən birini
tutdular. Dədəm-anam pıçı-pıçı bundan danışırdı, biz heç nə bilmədik. O kişini
görməmişdim. Qətl olan ili 5 yaşındaydım.
Arif İsmayıl
oğlu
Üzünün yekə ət xalını
xatırladım, qarşısına çıxanı məzəli sözə tutub güldürməmiş ötüşməzdi. Bir dəfə üz-üzə
gəldik, həndəvərdə heç kəs yoxudu, səssiz gülümsəyib keçdi. Daha heç vaxt
rastlaşmadıq.
Səhra Minə
qızı
Qonşuda, həyətdə, evdə
yaddaşımın min yerinə onun adını iynə-sapla tikiblər: Səhra, Səhra… Minə nənənin
qızı… Bircə kəlməsi qalıb, adı. Səhra… Səhra… Səhra…
Şəhla Gözlər qızı
Ağıllıydı, gözəliydi,
boy-buxunluydu. Çölə-bayıra nadir hallarda çıxardı, amma onu çəpərin arxasından
görməyə boyum çatdı. Mən birinci sinfə gedən il sentyabrda gəlin köçdü.
Famil Ətraf
oğlu
Dərənin qırağında
yumruğunu var gücüylə kürəyimə ilişdirdi, ling zərbəsi almış qapı kimi qopub yıxıldım.
Kəndin evləri gözümdə bıldıradı. Aralaşdı, geri qayıtdı, təpiklədi, qarnıma,
böyrümə döşədi. Şalvarının qabağını açıb üstümə işəmək istəyəndə yoldan keçən
bir maşın siqnalladı, işığını yandırıb söndürdü. O, aralanıb getdi. Maşından
bir kişi düşdü, yanında, deyəsən, yenə kimsə qaralırdı, yemiş gətirdi. Uzunlüy yemişi
iki böldü, “sən ye, mən tələsirəm” dedi, çıxdı getdi. Ağrıya-ağrıya yemiş yedim.
Cahangir Mustafa oğlu
Eşşəyin belində hər gün
evimizin qənşərindən keçib küdrüyə çapırdı, marağa gediş-gəlişini dəftərə qeyd elədim.
Yüz iyirmi dəfə kənddən çıxdı, doxsan səkkiz dəfə qayıtdı. Salam verdimi? Vermədi.
Məhəmməd Məhəmməd oğlu
Küçənin o başında dikələn
adamı göstərib dədəmdən soruşdum: Şümal kişi kimdi? Dədəm xışıltılı səslə: “Məhəmmədin
oğlu Məhəmməddi” dedi.
Məhəmməd Mirzəli oğlu
“Mənim də adımı siyahıya
yaz, əli qələmli oğlan. Məhəmməd Mirzəli oğlu. Düz yazdın? Ay sağ ol, Mirzəli
oğlu Məhəmməd. Ancaq mən səni tanımadım…”
Məhi Mustafa oğluyla Gülər
Cavan arvadıyla kəndimizə
köçəndə qızı Güləri bizim sinfə qoydu. Biz günortadan sonra oxuyurduq, o,
yanımıza gəlirdi, söhbəti uzadırdı. Yeddinci sinfə keçəndə kənddən köçdülər,
hamının dilinə bir sirrin söhbəti onda düşdü. Cavan qadın kişinin ikinci
arvadıymış, Gülər isə nə arvadın, nə kişinin, birgə qızıymış.
Nənəxanım Ayaz qızı
Tez-tez evinə yad kişilər gəlirdi.
Sözü-söhbəti ümmana döndü. Ancaq ona heç kəs fahişə demədi; hamının üzünə
gülümsərdi, arvadlı-kişili hamı sevərdi onu…
Səməndər Nəsrəddin oğlu
Öküz arabasını qovardı,
qovardı… Başqa heç nə xatırlamıram.
Sünbül Zimistan qızı
Ağı deyərdi…
Ahu Taleh qızı
Ona bir oğlandan məktub gətirdim,
üzümdən öpdü.
Oxtay Küsxan oğlu
Küsxan kişinin bircə oğlu
vardı.
Yəhya
Xatırlamadım.
Lala
Lala, Lala, Lala, sən
kimsən?” s.247
 
Qurban Yaquboğlunun “Mən
yoxam”  romanını Azərbaycan nəsri, ədəbiyyatı
üçün uğurlu əsər hesab edirəm. Xüsusilə də fəlsəfi-psixoloji qatlardakı mahiyyətinə
və dil-üslub səriştəsi, rəvanlığı və dəqiqliyinə görə. Romanı oxuya-oxuya Azərbaycan
və dünya ədəbiyyatının bəzi nümunələri ilə müqayisə fraqmentləri haqqında da
yazacağımı planlamışdım, amma məqalə tamam başqa ovqatda və məzmunda alındı.
Romanın intonasiyası və diktəsi belə tələb etdi…
Yox olmalardan bəhs edən
romanın ədəbiyyat tariximizdə qalacağı, daima var olacağı ümidilə müəllifə
böyük uğurlar diləyirəm…
 
09.10.2018.
İradə Musayeva
 

mənbə : moderator.az













BIST 100 endeksi, Asgari ücret zammı için milyonlarca işçi, bugün yapılan Asgari Ücret Tespit Komisyonu Toplantısı'na gözünü dikti. Bilindiği üzere geçtiğimiz günlerde Asgari Ücret Tespit Komisyonu üç kere toplanmış ancak bu toplantılardan asgari ücret zammına ilişkin karar çıkmamıştı. Bugün yapılan dördüncü toplantı saat 14:00'da başladı. Türk-İş ise asgari ücret zammına ilişkin "bin 893 lira 90 kuruş olmalı" ifadelerini kullanmıştı. Ve merakla beklenen 2018 asgari ücret zammı belli oldu. İşte detaylar. 1404 lira olan asgari ücretin, ortalama yüzde 12 enflasyon dikkate alınarak zam yapılması halinde brüt bin 990 lira, net 1 572 lira olması tahminler arasında yer alıyor. Böyle bir sonuçta, bekar bir işçi için Asgari Geçim İndirimi'nin de (AGİ) 149 lira olması söz konusu. Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), kredi kartı işlemlerinde 2018 yılı ilk çeyreğinde uygulanacak azami faiz oranlarına ilişkin açıklama yayımladı. Açıklamaya göre 2018 yılı ilk çeyreğinde kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmadı. 1 milyon 157 bin m2’lik büyüklüğü ve değeri ile uzun yıllar sürekli gündeme gelen ve geçtiğimiz yaz ihalesi yapılarak satılan Galatasaray Sportif AŞ.’nin arazisinin ardından fiyatların artışa geçtiği Riva bölgesinde İstanbul’un en büyük arazisi sessiz sedasız satışa çıktı. 4 milyon m2’lik büyüklüğü ile Galatasaray'ın Riva arazisinin 4 katı büyüklüğündeki arazi için istenen rakam da dudak uçuklatacak seviyelerde. İsmi verilmeyen gizemli bir iş adamına ait olduğu öğrenilen arazi için 3 milyar liranın üzerinde bir rakam telaffuz ediliyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında ise İstanbul’un en küçük ilçesi olarak bilinen Güngören’in yarısına denk geliyor. Buna göre, satış ve kiralama amacıyla yazılı basın, radyo, televizyon, internet ve benzeri iletişim araçlarında reklam ve ilanları yer alan, uygunluk belgesi veya fatura düzenlenen ürünler ve araçlar piyasaya arz edilmiş sayılacak. Piyasa gözetimi ve denetimi, ürünün piyasaya arzı veya dağıtımı aşamasında, ürün piyasada iken ve gerektiğinde ithalat, ihracat, montaj, hizmete sunum veya bir mal veya hizmet üretilmesi sürecinde de yapılabilecek. Gözetim ve denetim faaliyetleri sırasında teknik servislerin ve ürünün uygunluk değerlendirme işlemlerinde yer almayan test, muayene veya belgelendirme kuruluşlarının imkanlarından yararlanılacak. Uygunluk değerlendirmesini yapan kuruluş haricinde ürünün test ve muayenesini yapacak kuruluş yoksa denetim personelinin gözetim ve denetiminde, bu kuruluşta veya üreticinin laboratuvarında ürünün test ve muayenesi yaptırılacak. Test ve muayene sonucuna göre karar verme yetkisi Bakanlık merkez teşkilatı veya ilgili il müdürlüğüne ait olacak. ÜRÜNÜN PİYASAYA ARZI YASAKLANABİLECEK Piyasa gözetimi ve denetimi, teknik düzenlemenin öngördüğü işaretler ve/veya belgeler üzerinden inceleme, duyusal inceleme ile test ve muayeneyi kapsayacak. Denetim personeli, ürünün test ve muayenesini gerekli gördüğü takdirde denetlenen üründen numune alacak. Numunenin uygun çıkması durumunda test ve muayene, nakliye, bindirme ve indirme ücreti Bakanlığa ait olacak. Numunenin özelliğini kaybetmemesi durumunda bu husus üreticiye veya dağıtıcıya Bakanlık merkez teşkilatı veya il müdürlüğü tarafından bildirilecek. Bildirim tarihinden itibaren bir ay içinde üretici tarafından test ve muayene kuruluşundan alınmayan numune, defterdarlıklara intikal ettirilecek. Bu durumda üretici numune bedelini talep edemeyecek. Numunenin özelliğini kaybetmesi durumunda, tutanak düzenlenerek numune bertaraf edilecek ve numune bedeli Bakanlık tarafından üreticiye ödenecek. Güvensiz olmamakla beraber ilgili teknik düzenlemeye uygun olmadığı tespit edilen ürünler için üretici, ürünün teknik düzenlemeye uygunsuzluğunu gidermek için düzeltici faaliyet planı sunacak ve verilen süre içinde uygunsuzluğu giderecek. Düzeltilebilir uygunsuzlukların giderilmesi amacıyla, üreticiye düzeltici faaliyet planını 30 gün içinde sunması için bildirim yapılacak. Bu süre, üreticinin talebi üzerine, bir defaya mahsus olmak üzere 30 güne kadar uzatılabilecek. Anılan sürede planını sunmayan üretici, düzeltme faaliyetinde bulunmayacağını kabul etmiş sayılacak. Verilen süre sonunda uygunsuzluğu gidermeyen üreticiye idari para cezası uygulanacak. Güvenli olmadığı tespit edilen ürünler için ürünün piyasaya arzının yasaklanması, piyasadaki ürünlerin toplatılması, gerektiğinde ürünün hizmet dışı bırakılması, ürünün üretici tarafından güvenli hale getirilemediği ya da güvenli hale getirilmesinin mümkün olmadığı durumlarda bertaraf edilmesi gibi kararlar verilebilecek. Üreticiler, kullanıcılarda olan ve piyasada bulunan, riskli ya da teknik düzenlemesine uygun olmayan otomotiv ürünlerini Bakanlığın müdahalesine gerek kalmadan gönüllü olarak geri çağırabilecek ve düzeltici faaliyette bulunabilecek. Yönetmelik 6 ay sonra yürürlüğe girecek. Galatasaray’ın eski başkanlarından Selahattin Beyazıt’ın 1971 yılında 100 bin lira karşılığında aldığı Riva arazisi 15 Haziran tarihinde satılmıştı. 1 milyon 157 bin m2’lik arazinin ihalesini en yüksek teklifi veren Fema İnşaat ve KLV İnşaat ortaklığı 3.1 milyar liralık teklifle kazanmış, ancak ihale sonrası C¸evre ve S¸ehircilik Bakanlığı’nın imar değişikliğine gitmesiyle 50 bin metrekarelik pazarlanabilir alan kaybı yaşanınca ihaleyi kazanan ortaklık grubu ihaleden çekilmişti. Dünyanın en büyük ve güçlü ticari uçağı Airbus A350-1000 için Katar Havayolları'nda hizmete başlamak üzere geldiği başkent Doha'da karşılama töreni yapıldı. Dünya genelinde bu uçağı ilk kez kullanacak Katar Havayollar'ının CEO'su Ekber el-Bakir, törende yaptığı konuşmada, Katar Havayollarının 5 yıl içinde 41 uçak daha almak istediğini, ihtiyaç doğrultusunda bu sayının 45-50'ye çıkarılabileceğini söyledi. Katar Havayollarının gelecek üç ayda Airbus A350-1000'in dünyadaki ilk ve tek kullanıcısı olacağını vurgulayan Bakir, aynı model ikinci bir uçağın daha teslim alınacağını duyurdu ancak tarih vermedi. Katar'ın, söz konusu uçağı Doha'dan Londra'ya düzenlenen seferlerde kullanması bekleniyor. İhaleyi ikinci sırada tamamlayan ve Yılmaz İnşaat Taahhüt ve Ticaret AŞ'nin teklifi ise 3 milyar 808 milyon lira toplam gelir ve 952 milyon lira şirket payı olmuştu. İhalenin kesinleşmesi sonrası bölge için düşünülen projeler konuşulurken, Galatasaray Başkanı Dursun Özbek, Emlak Konut’la üzerinde anlaştıkları Riva projesinde 950 villa yapılacağını açıklamıştı. EKOLOJİK KÖY GELİYOR Emlak Konut’un Riva ihalesi kapsamında inşa edilecek projesi ekolojik ve sürdürülebilir mimari yaklaşımıyla tasarlandı. EKO-KÖY projesinin toplam konut alanı 869 bin 522 metrekare olduğu belirtilirken, projede 206 bin 497 metrekare özel orman alanı bulunuyor. Emlak Konut Eko-Köy projesi için köy ve doğa yaşantısının bu projede hayat bulması için ihale şartnamesine belirli maddeler ekleyecek. İnşaatın 2018'de başlaması ve 3 yıl sürmesi bekleniyor. BÖLGEYİ HAREKETLENDİRDİ Galatasaray Sportiv A.Ş.’nin arazisinin satışı ve gündeme gelen proje bölgeyi de hareketlendirdi. Söz konusu arazinin satışı sonrası araziye yakın konumdaki arsaların fiyatlarında da ciddi artışlar meydana geldi. 3.Köprü ile hali hazırda değerine değer katan bölgede arsa m2’leri de 350-400 dolar seviyelerine kadar yükseldi. 3 MİLYAR 100 MİLYON TL Bölgede yaşanan değer artışlarının yanı sıra satışa çıkartılan bir arazisinin büyüklüğü ve fiyatı da dikkat çekiyor. 4 milyon m2 olarak satışa çıkartılan arazisi yakın tarihte İstanbul’da satışa çıkartılmış m2 olarak en büyük arazi olarak biliniyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında daha net ortaya çıkıyor. 4 bin dönümlük arazi 7,17 km2’lik İstanbul’un Güngören ilçesinin yarısı kadar. Değeri ve fiyatı ile uzun yıllar sürekli gündeme gelen Galatasaray'ın 1 milyon 157 bin m2’lik arazisinin 4 katı büyüklüğündeki arazinin satışı için istenen rakam da astronomik seviyelerde. 4 bin dönüm arazisinin satışı için 800 milyon dolar yani yaklaşık 3 milyar 100 milyon TL, eski para ile ise 3 kat trilyon isteniyor. Merkez Bankası’ndan yapılan duyuruda, “Kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmamıştır. Bankalar, diğer ülkelerde olduğu gibi, kredi kartı faiz oranlarını bireysel kredi faizlerine göre daha yüksek belirlemektedir. Bu nedenle, kısa vadeli kredi gereksinimi olan kredi kartı sahiplerinin bu gereksinimlerini kredi kartları yerine tüketici kredileri yoluyla karşılamaları menfaatlerine olacaktır” ifadeleri kullanıldı Milyonlarca işçiyi yakından ilgilendiren ve heyecanla beklenen 2018 asgari ücret zam oranı için yapılan görüşme sona erdi. Toplantının ardından Çalışma ve Sosyal Güvenlik Bakanı Jülide Sarıeroğlu, 2018 asgari ücret zammını açıkladı. Buna göre 2018 asgari ücret brüt olarak 2 bin 29 TL net olarak bin 603 TL olarak açıklandı.günün ilk yarısında yüzde Afet ve Acil Durum Yüksek Kurulu, Başbakan Yardımcısı Recep Akdağ'ın başkanlığında Afet ve Acil Durum Yönetimi Başkanlığında (AFAD) toplandı. Akdağ, toplantının açılış konuşmasında AFAD'ın afet ve acil durumlar ile sivil savunmaya ilişkin hizmetlerin ülke düzeyinde etkin bir biçimde yerine getirilmesi için kurulduğunu hatırlattı. Türkiye'nin 1999'daki büyük depremler sırasında çok büyük acılar yaşadığını anımsatan Akdağ, "Bu acılara sebep olan depremler sırasında organizasyon, etkin müdahale, hazırlık açısından Türkiye eksiklerini de görmüş oldu. Dolayısıyla hükümetimiz, o dönemde belli kurumları bir araya getirerek Başbakanlığın çatısı altında topladı." diye konuştu. Afet ve acil durumla ilgili olarak birçok bakanlığın ve kurumun görevleri olduğunu ifade eden Akdağ, bu görevlerin bir uyum ve ahenk içerisinde yürütülmesi gerektiği için bu nedenle Yüksek Kurul'un tesis edildiğini dile getirdi. Yüksek Kurul'un yılda en az iki kez toplandığını belirten Akdağ, bu yılın ikinci toplantısını gerçekleştirdiklerine işaret etti. Recep Akdağ, Yüksek Kurulu 2018 yılında biraz daha sık aralarla toplama ihtiyacı olacağını ifade ederek "Çünkü bu organizasyonun, bu kurul yapısının özellikle afetlere hazırlanmak, riski azaltmak konusunda çok daha farklı bir hamleyi bu yıl içerisinde, yani 2018 yılı içerisinde yerine getireceğini düşünüyorum. Dolayısıyla 2018 yılı içerisinde biraz daha sık toplantılarımız olacak." dedi.0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler
- Sitemap