Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Men Serdar Celaloğlu yox, Serdarşteyn olsaydım…”

20 Ekim 2016

6:00 am


20/10/2016 [09:56]: xeber –
Bir toplum öz dəyərlərini daş-qalaq edə-edə, dəyərsizləşir. Dəyərsizləşdikcə də, dəyərli gördüyü toplumların sırasında dayana biləcəyinə özü də inanmır.Açığı, Nobel mükafatının bir addımlığına qədər irəliləyən Sərdar Cəlaloğlu barədə deyilənləri oxuduqca, bu fikirlər ağlıma gəldi. Kimlərsə, illah da, bu adamın nəzəriyyəsini gözdən salmaq üçün dəridən-qabıqdan çıxır, oxumadıqları bir tədqiqat əsərini elmlilikdən uzaqlıqda suçlayırlar. Özü də bu insanlar heç araşdırılan sahənin belə, adamı deyillər. Sərdar Cəlaloğlunun nəzəriyyəsini oxuyan əcnəbi mütəxəssislər isə onun Nobel mükafatının son mərhələsinə qədər irəliləməsinə etiraz etməyiblər. Deməli, bununla da, ən azı, nəzəriyyənin elmi olduğunu təsdiqləyiblər. Bəs, görəsən, bu nəzəriyyənin qısa mahiyyəti nədən ibarətdir?Beləliklə sayt ADP sədrinin Strateq.az-a müsahibəsini təqdim edir: – Mən o biri nəzəriyyələr haqqında çox dayanmaq istəmirəm. Hələ ki, əsas müzakirə mövzusu Kosmik cismlərin kiçilməsi nəzəriyyəsidirsə, gəlin, ondan danışaq. Açığını desəm, Sizin bu nəzəriyyə Nyutonun Dünya Cazibə qanunundan sonra sonra elmi çevrələr tərəfindən qəbul olunan təsəvvürlərə bənzəyir. Bildiyimiz kimi, ötən əsrin ortalarına qədər elm Cazibə qanunundan hərəkət edərək, kainatın kiçildiyini düşünürdü. Çünki cazibə qüvvəsiylə bütün göy cisimlərinin bir-birini sıxdığı və nəticədə kainatın balacalaşdığı güman olunurdu. Sonra Genişlənən Kainat nəzəriyyəsi irəli sürüldü və onu təsdiqləyən dəlillər ortaya çıxınca bu düşüncələr də dəyişdi. Sizin nəzəriyyənizi kiçilən kainat düşüncəsindən fərqləndirən əsas cəhət nədən ibarətdir?- Nyuton fiziklərin nəzəriyyələrinə görə, Dünya Cazibə qüvvəsi nəticəsində göy cismləri bir-birinə cəzb etdiyi üçün Kainat da kiçilir. Və bu proses nəticəsində Kainat yaxın zamanlarda yox olacaq. Daha sonra Eynişteyn Nisbilik nəzəriyyəsini ortaya atdı. Bu nəzəriyyəyə əsasən, o, Kosmoloji sabitlik adlı yeni bir qanun irəli sürdü. Sonradan özünün də imtina etdiyi bu qanuna görə, böyük uzaqlıqda olan göy cismləri cazibə qüvvəsindən çıxaraq bir-birindən uzaqlaşırlar. Yəni kiçilən Kainat nəzəriyyəsinə alternativ olaraq Genişlənən Kainat nəzəriyyəsi ortaya atıldı. Eynişteyn bu nəzəriyyədən imtina etsə də, daha sonra bir çox alimlər tərəfindən həmin fikir inkişaf etdirildi. Amerikalı astro-fiziklərdən Vesto Slipher, Edvin Habbl, Milton Humason kimi alimlərin tədqiqatları nəticəsində Kainatın genişləndiyi sübuta yetirildi. Mənim irəli sürdüyüm nəzəriyyə isə genişlənən və kiçilən Kainat təsəvvürlərindən tamamilə fərqlidir. Hər iki nəzəriyyənin müəllifləri üzərində durduqları prosesi həm sistemdaxili, həm də sistemlərarası münasibətlərə aid edirdilər. Yəni deyirdilər ki, Kainat genişlədiyinə görə, bu proses Günəş qalatikasına da aiddir. Dunya da, Mars da və digər planetlər də Günəşdən və birindən uzaqlaşırlar. Yaxud tərsinə, Kainat kiçilirsə, bu qalatikalardakı planetlərə də aiddir. Mənim irəli sürdüyüm nəzəriyyədə isə tamamilə başqa fikirdən söhbət gedir. Fikrimcə, Kainatda genişləmə prosesi gedir. Amma bu genişləmə qalatikalar arasındadır. Qalatikalar daxilində isə tam tərs proseslər baş verir. Bunun ən bariz nümunəsi günün qısalmasıdır. Bilirsən ki, bir sutka 24 saata ekvalent götürülüb. İndisə bir sutka 23 saat 57 dəqiqədir. Yəni günün uzunluğu 3-4 dəqiqə azalıb. Bu necə ola bilər? Deməli, Yerin həcmi də və buna parelel olaraq trayektoriyası da kiçilib ki, o, Günəşin ətrafında qısa zaman ərzində fırlanır. Mən bunu Nobel Komitəsinə göndərdiyim şərhimdə də yazmışam. Yerin en kəsiyinin, dolayısıyla ölçüsünün kiçilməsinin digər əlaməti qlobal istiləşmədir. Yanlış olaraq, qlobal istiləşmənin səbəbini parnik qazlarının havaya buraxılmasıyla əsaslandırırlar. Halbuki, bunun ən məntiqli əsaslandırması Yerin en dairəsi üzrə kiçilməsidir. Bu kiçilmə nəticəsində nə baş verir? Yerin meridianı da kiçilir. Qütblərlə ekvator arasında məsəfalər qısalır. Nəticədə Günəş dünyanın şimal və cənub qütblərini daha çox isidir, buzlaqlar əriyir. Bir sözlə qlobal istiləşmə də kosmik hadisədir. Yerin ölçüsü kiçildikcə, dünyanın istilik balansı da dəyişilir.- Sərdar bəy, Yerin ölçüsü balacalışırsa, deməli, o öz çəkisini də itirir. Bu isə o deməkdir ki, maddə itir. Fizikanın başlıca qanunlarından biri maddənin itməməsidir. Sizin bu nəzəriyyəniz onu inkar edir…- Qətiyyən inkar etmir. Yer öz çəkisini itirəndə özündə olan maddə kənara atır. Bu o demək deyil ki, maddə yox olur.- Aydındır. Mən də elə onu deyirəm. Deyək ki, vulkan baş verir. Yerin altı üstünə çıxır. Amma lavalar yerin üst qatına çıxır və elə orda da qalır. Lavalar itmir ki, Yerin çəkisi azalsın, həcmi kiçilsin…- Yerin çəkisinin, həmçinin ölçüsünün azalması heç də vulkan və ya zəlzələ nəticəsində alt qatdan üst qata çıxan maddələr şəkilində olmur. Hər vulkan və ya zəlzələ zamanı, bilirsən, yerin təkindən göyə nə qədər enerji yüksəlir? Bəlkə də milyonlarla ton. Kiçilmə bu şəkildə olur. Axı mən bayaq da dedim, Yerin mərkəzi plazma halındadır. Ondakı kiçilmə prosesi də Günəşdəki və digər isti ulduzlardakı kimi enerji ayrılmaları şəkildə baş verir. Soyuq ulduzlarda və göy cismlərində isə kiçilmə sən dediyin şəkildə olur. Yəni qəlpələnirlər. Bu cür qəlpələnmələr Yer kimi plazması olan göy cismlərinə aid deyil. Yalnız soyuq ulduzlardan astroidlər qopur, öz orbitində hərəkət edir. Amma Günəş enerji püskürəndə isə bütün qalaktikaya yayılır.- Mətbuatdan da bildiyimiz kimi, sizin irəli sürdüyünüz nəzəriyyələr yalnız bir sahəyə aid deyil. Fizika, metafizika, sosiologiya və sair məsələlərlə bağlı tez-tez mülahizələr irəli sürürsünüz. Əleyhdarlarınız isə heç bir nəzəriyyəylə tanış olmadan sizin bu qədər elmi nəticələrə nail olmağınıza şübhə ilə yanaşırlar. Deməsələr də, əsaslandıqları əsas arqumenti mən başa düşə bilirəm. Görünür, fikirləşirlər ki, məsləkcə həkim və hazırda siyasətlə məşğul olan bir adam bu qədər ekslopedik biliyə necə sahib ola bilər? Siz isə öz araşdırmalarınızı və mülahizələrinizi kitab halında dərc edib ictimai müzakirəyə çıxarmırsınız. Əleyhdarlarınızın meydan sulasına bir az da özünüzün şərait yaratdığınızı düşünümürsünüzmü?-Mən niyə əsərlərimi kitab kimi dərc etmədiyimin səbəbi haqqında danışanda da pis çıxır. Çünki əsas səbəb maddi problemlərlə bağlıdır. Xarakterimdə maddi imkansızlıqdan gileylənmək xüsusiyyəti olmadığlndan məsələnin mahiyyətini açqlaya bilmirəm. Amma açıqlamayanda da belə çıxır ki, süni gündəm yaradıram. Əvvəla, biləsən ki, mənim bu cür cılız taktika ilə gündəmdə qalmağa ehtiyacım yoxdur. Onsuz da hadisələrə münasibətim fərqli olduğundan istənilən məsələyə dair fikrimi açıqlayanda sözlərim ciddi əks-səda doğurur. İkincisi, uzun müddət bu cür ictimai rəy oyunlarıyla gündəmdə qalmaq mümkün deyil. Hakimiyyət elmi müzakirələr təşkil edər və səni alimlərlə baş-başa buraxar. Əlində heç bir əsasın olmayanda süni gündəm yaratmaq təşəbbüsün özünün tamamilə iflasınla nəticələnər. Bayaq Azad Mirzəcanzadənin mənə 1994-cü ildə elmlər doktoru ünvanı vermək istədiyini də müəyyən məsələlərə aydınlıq gətirmək üçün dedim. Bir çoxları düşünə bilər ki, elmdən uzaq Sərdar Cəlaloğlu birdən-birə necə Nobelə namizədlik səviyyəsinə çıxa bilər? Mən də həmin faktı ona görə dilə gətirirəm ki, Sərdar Cəlaloğlunun birdən-birə elmə atılmadığı məlum olsun. 1994-dən bu yana 22 il vaxt keçib. Mənim bu 22 il ərzində araşdırmalarımın nəticəsində “Tərəqqinin metafizikası haqqında” 3500 səhifəlik bir kitab ərsəyə gəlib. Bəşər tarixinin keçdiyi yolun mahiyyətini izah etmişəm həmin əsərdə. Orda yüzlərlə elmi kəşflər var. Tarix, cəmiyyət, siyasi sistemlərin formalaşması, sosiologiya ilə bağlı nəzəriyyələrim toplanıb o kitabda. Amma kitabın dərc olunması üçün mənə 15 min dollar pul lazımdır. Mən də o pulu tapmadığıma görə, 22 illik əsərimi qatlayıb bir kənara qoymuşam. Yaxud bundan əvvəl elan etmişdim ki, Kondisialogiya adlı  elm yaratmışam. Mənim bütün kəşflərim də əslində Kondisalogiya elminə əsaslanır. Azərbaycan bu elmi dünyaya tanıda bilsə, ilk növbədə öz elmi imicini yüksəldər. Baxın, dünyada hansı elmin vətəni Azərbaycan sayılır? Demək olar ki, heç bir elmin. Halbuki, mən Kondisialogiya elminə əsaslanıb, 5 Nobel mükafatına iddialı nəzəriyyə ortaya qoymuşam. Onlardan sadəcə biri Nobel mükafatının, belə deyək, finalına qədər gedib çıxa bilib. Amma Azərbaycanın elmi çevrələrində belə, bir alim çıxıb maraqlanmır ki, bu nə elmdir? Halbuki, Türkiyədə bu cür elm ortaya çıxsaydı, onu bütün dünyaya yayardılar. Mən Mütləq Nisbilik nəzəriyyəsi ilə bağlı danışanda Türkiyədən mənə zəng edib, bu nəzəriyyə ilə maraqlandılar. Azərbaycanda isə mən deyəndə ki, Eynşteynin Nisbilik, Darvinin Təkamül nəzəriyyəsində yanlışlıq var, hər kəs mənim üstümə düşdü. Özünü alim adlandıran bu adamlar bilmirlər ki, Eynşteynin özü sonradan bəzi nəzəriyyələrindən imtina edib. O da Nobel mükafatına 10 dəfə müraciət edib ala bilməyib. Sadəcə bir dəfə bir Plankla birgə işinə görə bu mükafata layiq görülüb. Nisbilik nəzəriyyəsində isə mənim yüksəldiyim mərhələyə belə gəlib çata bilməyib. Çünki nəzəriyyədə səhv var. Sonra özü də bunu boynuna alıb. Mən bu fikirləri deyəndə bizim özünü alim adlandıranlar üstümə düşürlər. Bununla da əslində özlərinin savadsızlığını ortaya qoyurlar. Hətta bu tənqiddə etik ölçüləri belə keçirlər. Özüm oxumamışam, amma mənə dedilər ki, Eynulla Fəthullayev haqqımda təhqiramiz fikirlər yazıb. Sonra bir təhsil eksperti var-Etibar Əliyev.  Bu adam məni mətbuatda təhqir etməyi bir tərəfə, mənə zəng edib lətayi-lətayi söyüşlər yağdırdı. Sonra da dərhal telefonu söndürdü…- Niyə axı? Bu adamlar niyə sizi söyürlər?-Nə bilim? Hesab edirlər ki, azərbaycanlı elmi kəşf edə bilməz. Bunu Etibar Əliyev açıq şəkildə öz yazılarında da bildirir. Öz elmi potensialımıza bu cür barmaqarası baxmağımızın səbəbi uzun müddət rus əsarətində yaşamağımızdır. Bizdə özümüzə qarşı kompleks var. Məsələn, mən Sərdar Cəlaloğlu yox, Sərdarşteyn olsaydım, keşfimə inanacaqdılar. Amma mən türkəm, azərbaycanlıyam. Bunların fikrincə, bir türk alim ola bilməz.- Siz də Türkiyəyə müraciət edin. Onların elmi çevrələri tərəfindən dünyaya çıxın. Niyə bunu etmirsiniz? Üstəlik, özünüz də deyirsiniz ki, Türkiyədən maraqlanıblar sizinlə…-Açığını desəm, növbəti işlərimi Türkiyənin adından təqdim etməyi düşünürəm. İndiyə qədər bunu etməməyimin səbəbi Azərbaycana bağlılığımdan irəli gəlirdi. Sən özün də bilirsən ki, mən həmişə ölkəmin maraqlarını öz şəxsi mənfəətlərimdən üstün tutmuşam. Hətta Nobel Komitəsinə təqdim etdiyim nəzəriyyəmi başqa bir nüfuzlu və imkanlı alimin adına yollamaq istəyirdim. Çünki öz maddi imkanım buna çatmırdı. Başqasından borc alıb Nobel Komitəsinə elmi araşdırma təqdim etmək isə doğru deyildi. Bir də ki, mənim üçün kəşf etdiyim əsərlərin taleyi əsas idi. O əsərlərin Sərdar Cəlaloğlunun fikirləri kimi itib batmaqdandırsa, başqasının adıyla elmə qazandırılması hər baxımdan daha doğru idi. Bu məqsədlə gedib həmin nüfuzlu alimlə görüşdüm. Təklifi eşidincə, sağ olsun, mənim əziyyətimə qıymadığını, öz adımdan göndərməyimi bildirdi. Dedi ki, işçisi olan ən savadlı alimi əsərimlə tanış olmağa göndərəcək. Əgər həmin alim müsbət rəy versə, əsərimin Nobel Komitəsinə göndərilməsi üçün tələb olunan maliyyəni öz boynuna götürəcək. Həmin alim gəldi, nəzəriyyəmlə tanış olanda orda texniki bir səhv tapdı. Bu texniki səhvə görə müsbət rəy verə bilməyəcəyini bildirdi. Mən də dedim ki, “bunu komputerdə yazdırmışam, iradınız adi bir katib xətasıdır”. Düz variantını ona göstərdim. Nə illah etdimsə, alimi razı sala bilmədim. Sonra həmin nüfuzlu və imkanlı elm xadiminə zəng edib vəziyyəti ona izah etməyə çalışdım. Katibəsi telefonu götürdü, alimlə danışdı, gəlib mənə dedi ki, müəllim sizi maliyyələşdirə bilməyəcək: “Deyir: mənim alimim onun nəzəriyyəsində səhv tapıb. Səhv nəzəriyyəni maliyyələşdirə bilmərəm”…- Kim idi həmin nüfuzlu və imkanlı elm xadimi?- Mən ad çəkmək istəmirəm. Ümumiyyətlə, adın məsələyə heç bir dəxli yoxdur. Bizim elmə yanaşmağımızda problem var. Mənim gündəmə gətirməyə çalışdığım əsas məsələ budur…- Yaxşı, o zaman texniki xəta nədən ibarət idi, bunu deyə bilərsiniz?-Mən nəzəriyyəmin əlyazmasını bizim Taliyətə (ADP-nin sədrinin müavini) vermişdim ki, komputerdə yığsın. O da nəzəriyyədə bir formul vardı, həmin formulda bölmə əvəzinə vurma işarəsi qoymuşdu. Və həmin kəsir işarəsi qoyulması lazım olan formul isə fizikada hətta 7-ci sinifin şagirdinin bildiyi məsələdir. Bunun texniki səhv olduğu məsələnin qoyuluşundan da bəlli idi və hasili, kəsirlə əvəz edəndə mənim gəldiyim nəticə tamamilə düz alınırdı. Mən sadəcə yazını redaktə edəndə bu texniki səhvi gözümdən qaçırmışdı. Alim də sanki bəhanə axtarırmış kimi, elə bu xətadan yapışmışdı.– Aydındır, məqsəd mənfi rəy vermək imiş.- Bunu deyə bilmərəm. Hər halda haqqında danışdığım nüfuzlu adam mənim təşəbbüsümə çox ciddi maraqla yanaşmış və əlindən gələn köməkliyi göstərəcəyini demişdi. Onun göndərdiyi alimin atı niyə yoxuşa sürdüyünü isə deyə bilmərəm. Buna baxmayaraq, mən yenə də digər elm ocaqlarında qarşılaşdığımın tam əksinə münasibət göstərdiyinə, fikrimi ciddi qəbul edib nəzəriyyəmlə tanış olmaq və rəy vermək üçün alim göndərdiyinə görə həmin adama təşəkkürümü bildirirəm.- Türklərdə bir “önyarqı” sözü var. Yəni hər hansı bir hadisəyə əvvəlcədən müəyyənləşdirdiyin münasibət. İnsan araşdırdığı məsələlərə bu önyarqıyla yanaşır və verəcəyi qiymət də bu çərçivədə olur. Yəni stereotip, qəlibləşmiş mühakimə. Yəqin həmin alim də sizin əsərlə tanış olmağa önyarğıyla gəlmişdi. İnanırdı ki, Sərdar Cəlaloğlu Nobellik kəşf edə bilməz…- Ola bilər. Nədənsə, bizim bütün alimlər rus imperializminin beynimizdə yaratdığı aşağılıq kompleksindən çıxa bilmirlər. Halbuki, bizim elm tariximiz Nobel mükafatını dəfələrlə ala biləcək çox yüksək səviyyəli alimlərimizlə zəngindir. Məsələn, Yusif Məmmədəliyevi götürək. Azərbaycanda neft kimyasının əsasını qoyan bu adam II Dünya müharibəsi dövründə yüksək oktanlı benzin yaratmağı bacarmışdı. Bununla da dünyada təyyarəçilik sahəsində indiyə qədər görünməmiş ən böyük ixtiraya imza atmışdı. Bu gün təyyarəçiliyin inkişafında Yusif Məmmədəliyevin əvəzsiz xidmətləri var. Əgər sovet imperiyası olmasaydı, Yüsif Məmmədəliyev tək bu ixtirasına görə Nobel mükafatı alardı. Bundan başqa o, 200-dən artıq elmi əsərin, 6 monoqrafiyanın müəllifidir. Bəlkə də bu əsərlərin hər biri Nobellikdir. Yaxud Zəlimxan Qarayev, Cahangir Qəhrəmanov, Mustafa Topçubaşov kimi dünyada tanınmış alimlərimiz var. Təsəvvür et ki, SSRİ-nin dünyayla öz arasında dəmir pərdə yaratmasına baxmayaraq, Topçubaşovun adı hər yerə yayılmışdı. O, dünya anesteziologiya elmi tarixində ilk dəfə tətbiq etdiyi metodla cərrahiyənin indiki səviyyəyə gəlib çatmasına xidmət etmişdi. 1937-ci ildə müstəqil dövlətimiz olsaydı, Topçubaşov mütləq Nobel mükafatı alardı. SSRİ-nin ən məşhur kimyaçılarından sayılan Həsən Abdullayev də bu mükafatı rahatlıqla ala biləcək alimlərimizdən idi. Müasir kosmonavtikanın inkişafındakı xidmətlərinə görə dəfələrlə SSRİ-nin ən fərqli dövlət mükafatlarını alan Kərim Kərimov kimi elm xadimimizi unutmamalıyıq. Kərimov da bu mükafata layiq şəxsiyyətlərdəndir. Heç uzağa getməyək, sənin də yaxşı tanıdığın bir alimimiz vardı- Ədalət Rəhimli. Müstəqillik aktına da imza atmış bu dəyərli alimimiz elə bir yapışdırıcı kəşf etmişdi ki, qaynaqdan belə güclü idi. Mənə dediyinə görə, bu yapışdırıcı ilə maddələri bir-birinə 2000 dərəcəlik istidə birləşdirmək olardı. Həmin yapışdırıcıdan kosmik gəmilərin hazırlanmasında  və sualtı qayıqlarda istifadə olunsaydı, dünya elmi çox şey qazana bilərdi. Ədalət Rəhimli isə öz kəşfini heç hara çıxara bilmədi. Azərbaycanda ona dəstək verən tapılmadı. Yaxud qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəni götürək. Azərbaycanın bu görkəmli övladının kəşfləri sayəsində Amerikada, Avropada, Asiyada böyük dövlətlərin nəhəng şirkətləri trilyonlarla pul qazanır. Azərbaycan isə gözünü su qiymətinə satdığı neftinə dikib. Yəni demək istəyirəm ki, bizim intellektual gücümüzə qiymət verməməyimiz nəticə etibarilə ölkəmizin iqtisadi, sosial çöküşünə səbəb olur…- Haqlısınız. Həqiqətən də hər bir millətin və dövlətin dəyərlərini iki yerə ayırmaq olar. Qalıcı dəyərlər, dəyişilən dəyərlər. Bir ölkənin iqtisadiyyatı da, ərazisi də, ordusu da, bayrağı da, yeri gələndə, dəyişilən dəyərlərə aiddir. Bir vaxtlar Bağdaddan Əfqanıstana qədər ərazilərə sahib olan millətimizin əlində indi xəritədə belə, görünməyəcək qədər torpaq alıb. İdman da, tikilən binalar da, çəkilən yollar da gəldi-gedərdir. Amma elm qalıcı dəyərdir və milləti ucaldır, böyüdür. Niyə biz bu dəyərə barmaqarası baxırıq?-Təəssüf ki, biz, sənin dediyin qalıcı dəyərlərə əhəmiyyət vermədiyimizdən indiki vəziyyətə düşmüşük. Azərbaycan hökuməti gedib xaricdən idmançı gətirib öz adına güləşdirir. Bəzən hətta bu idmançıların qələbəsi üçün beynəlxalq hakimlərə rüşvət verərək, adımızı-sanımızı batırır. Amma alimlərimiz bir qarın çörəyə möhtacdırlar. Kəşf etdikləri elmi ixtiraları reallaşıdıra bilmirlər. Halbuki, onların kəşflərinə azacıq kapital yatırılsa, iqtisadiyyatımız da yüksələr. Neftdən 10 ildə əldə etdiyimizi intellektual potensialımızın sənayemizə tətbiqi ilə bir gündə qazana bilərik. Heç uzağa getməyək, Ədalət Rəhimlinin ixtira etdiyi yapşdırıcı Azərbaycanın dünyada əsl brendini yaradardı. Amma biz ona vaxtında qiymət vermədik. Sabah yenə ABŞ və ya başqa ölkələr onun kəşfini ələ keçirəcək, astronomik qazanclar əldə edəcək. Bizim də o zaman neftimiz qurtacaq. Xarici dövlətlərin yardımıyla yaşamağa məhkum olacağıq. Somali, Cibuti, Niger və sairə Afrika ölkələri kimi… Mən “alimlərə, elmi kəşflərə əhəmiyyət verilməlidir” deyəndə heç də özümü nəzərdə tutmuram. Azərbaycanda onlarla böyük ixtiraçılar, ən müxtəlif kəşflərə imza atan alimlərimiz var. Dövlət onların intellektual zəhmətinə diqqət ayırmalıdır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler