Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Men senin müellimin iken xeyal oğrusu idim…

29 Ağustos 2016

12:52 pm


29/08/2016 [16:49]: xeber –
Xəyallarınızdan heç zaman vaz keçməyin! Bu uğura gedən yolun və onu qazanmağın ilkin və əsas şərtidir…Xəyallar qurmaqdan da heç zaman çəkinməyin, qorxmayın. Sadəcə, qurduğunuz xəyalların arxasınca getməyi öy-rənin. Hər çətinlikdə ondan vaz keçməyin, onu dəyişdirməyin…Bir gün bir müəllim böyüdükləri zaman nə olmaq və nə etmək istədikləri ilə bağlı şagirdlərinə inşa yazmalarını tap-şırdı. Şagirdlərdən biri bütün gecə oturub günlərin birində at fermasına sahib olmaq istədiyini nəql edən yeddi səhifəlik inşa yazdı. Xəyalını ən incə detalları ilə anlatdı. 200 hektarlıq fermanın eskizini çəkdi, binaların, sarayların və qaçış yollarının yerlərini göstərdi. Eskizə 200 hektarlıq ərazinin üzərində yerləşəcək 1000 kvadrat metrlik evin ətraflı planını da əlavə etdi. Ertəsi gün müəllimə təqdim etdiyi tapşırıq qəlbinin səsi idi. Tapşırığı geri aldığında kağızın üzərində qırmızı bir qələmlə yazılmış böyük bir “0” və “Dərsdən sonra məni gör” xəbərdarlığını oxudu. “Nə üçün “0” aldım?”, – deyə uşaq maraqla müəllimindən soruşdu. “Bu sənin yaşında bir uşaq üçün gerçəkçi olmayan bir xəyaldır”, – müəllimi dedi. – Pulun yoxdur. At fermasını qurmaq böyük pul tələb edir. Öncə ərazini satın almağın lazımdır. Damazlıq heyvanlar da almağın gərəkdir. Bunu bacarmağın imkansızdır” və əlavə etdi: “tapşırığını gerçəkçi hədəflər müəyyən etdikdən sonra yenidən yazarsan, o zaman qiymətini yenidən nəzərdən keçirərəm…”Uşaq evinə döndü və uzun-uzun düşündü. Atasına danışdı. “Bu məsələdə qərarını özün verməlisən. Bu sənin həyatın üçün olduqca böyük bir seçimdir!”, – atası dedi.Uşaq bir həftə düşündükdən sonra tapşırığına heç bir dəyişiklik etmədən müəlliminə geri verdi. “Siz verdiyiniz qiy-məti dəyişdirməyin, mən də xəyallarımı…”O orta məktəb şagirdi bu gün 200 hektarlıq ərazi üzərindəki min kvadrat metrlik evində oturur. İllər öncə yazdığı tapşırıq çərçivəyə salınaraq evinin divarından asılıb. Həmin müəllim şagirdlərini bir gün bu fermaya gətirir. Fermadan ayrılarkən keçmiş şagirdinə “Bax, sənə indi söyləyə bilərəm. Mən sənin müəllimin ikən xəyal oğrusu idim. O illərdə şagirdlərdən çox xəyallarını oğurladım. Nə yaxşı ki sən xəyalından vaz keçməyəcək qədər inadkar idin…”P.S: “Dünyada ən böyük günahlardan biri kiminsə xəyallarım sındırmaq, onu xəyallarından vaz keçirməkdir” deyə düşünürəm… Kiməsə xəyallarını həyata keçirməkdə yardım etmək isə gözəl əməllərdən biridir…Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler