Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Men prezidentle görüşmeyince polis binası azad olunmayacaq” – Jirayr Sefilyan

31 Temmuz 2016

6:04 am


31/07/2016 [10:03]: xeber –
Həbsdə olan erməni müxalifətçi Jirayr Sefilyan iddia edir ki, İrəvandakı silahlılarla bağlı məsələnin nizamlanması üçün o polis alayını ələ keçirmiş silahlı qrupla və prezident Serj Sarkisyanla ayrı-ayrılıqda görüşlər keçirməlidir.    APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Sefilyanın yaydığı bəyanatda bildirilir. Qeyd edək ki, polis binasını ələ keçirmiş silahlılar məhz Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər. Sefilyan yaranmış vəziyyətin nizamlanmasında orta məxrəcə gəlmək üçün prezidentlə görüşməsinin vacib olduğunu qeyd edib:  “Prezident Serj Sarkisyan mövqeyini dəyişməyib və yalnız bir fikirdə israrlıdır: mənimlə görüşmək üçün əvvəlcə silahlı qrup təslim olmalıdır. Mən əvvəlcə uşaqlarla (silahlı qrupun üzvləri-red.), daha sonra Sarkisyanla görüşməliyəm, bunun nəticəsində onlar silahı yerə qoya bilərlər. Amma mən prezidentlə görüşməyincə polis binasını azad etməyəcəklər”.   


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler