Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Men o qeder balqabağam ki, silahı orada saxlayım?”

30 Ağustos 2016

8:36 am


30/08/2016 [12:34]: xeber –
“Qaynımın hədiyyə elədiyi suvenir xəncəri soyuq silah kimi rəsmiləşdirdilər. Odlu silah isə mənim olmayıb – özləri qoyub, özləri də götürüblər. Bağda axtarış apardılar, guya, saunada yastığın altından tapança tapdılar. Mən o qədər balqabağam ki, silahı orada saxlayım?” Bunu “Beynəlxalq Bank” işi üzrə təqsirləndirilən şəxslərdən biri Azad Cavadov dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən deyib.Bakı Fındıq Emalı Zavodunun direktoru olmuş Azad Cavadov həm də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin keçmiş sədri, hazırda onunla birlikdə mühakimə olunan Cahangir Hacıyevin tələbə yoldaşıdır. Dediyinə görə, elə C.Hacıyevin dəvəti ilə zavodda əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi fəaliyyət göstərib.Cinayət işinin materiallarına görə, A.Cavadov iki gün ərzində “Beynəlxalq Bank”dan 17 milyon manat kredit götürüb. Deyir ki, Vergilər Nazirliyinin müstəntiqlərinin təşəbbüsü ilə belə bir addım atılıb: “Onlar dedilər ki, pullar ödənilməlidir. Müstəntiqlərə dedik ki, işçilərə məvaciblər paket şəklində verilib, dövlət strukturlarına ödənişlər edilib. Onlar bizim bu xərcləri qəbul etmədilər. Həmin məbləğlərin ödənilməsi üçün əlavə kredit götürülməsini təklif etdilər. Bu barədə Cahangir Hacıyevə dedim”.A.Cavadov onu da qeyd edib ki, Bankdan götürülmüş 17 milyon kreditlə həmin borcu ödəyib və bundan sonra Vergilər Nazirliyinin yoxlamaları ilə əlaqədar onun özünün də barəsində cinayət işi başlanıb.Ekspertiza rəy verib ki, A.Cavadovun evindən aşkarlandığı iddia olunan odlu silahın üzərində onun əl izləri var. Lakin o, ekspert rəyinin saxta olduğunu deyib.A.Cavadov sualları cavablandırarkən bildirib ki, zavoda ümumilikdə 60 milyonluq kredit götürülüb və həmin məbləğ müəssisənin genişləndirilməsinə sərf edilib, bank da pulların xərclənməsinə nəzarəti həyata keçirib.Ittihama görə, həmin pullardan 6 milyonu mənimsənilib. Amma A.Cavadov deyir ki, heç bir mənimsəmədən söhbət gedə bilməz. Onun sözlərinə görə, hətta pul ödənilməsəydi də, müəssisənin özü bankın girovunda idi. Müəssisə sonradan “Aqrarkredit” QSC-nin nəzarətinə keçib.C.Hacıyev də onun dediklərini təsdiqləyib: “Müəssisə ilə bağlı girov sazişi imzalanıb. Sonradan müəssisənin ”Aqrarkredit”in nəzarətinə keçməsi prezidentin müvafiq fərmanına uyğun olaraq baş tutub. Ancaq bu ittiham prezidentin fərmanına ziddir”.A.Cavadovla tələbə yoldaşı olduğunu və ona güvəndiyini, onun fəaliyyəti dövründə götürülmüş kredit borclarının ödənildiyini deyən C.Hacıyev dostunun üzərində olan 6 milyonluq mənimsəmə və qanunsuz silah saxlama ittihamının qurama olduğunu vurğulayıb.“Beynəlxalq Bank”ın strukturlarının mühafizəsini həyata keçiriən “Inter Security” şirkətinin sıravi işçilərinin adlarına bankdan böyük məbləğdə kreditlər götürülüb. Şirkətin rəhbəri Ibrahim Hüseynov da təqsirləndirilənlər sırasındadır. O, ötən məhkəmə iclasında ifadə verərkən demişdi ki, inanılmış bir adam kimi kredit götürmək üçün ona müraciət ediblər. O da işçilərini göndərib ki, onların adlarına rəsmiləşdirilsin. Amma götürülmüş vəsaitin hara sərf olunduğundan xəbəri yoxdur. Ona kredit götürmək üçün kimin müraciət etdiyinə gəlincə, C.Hacıyevin sürücüsü Aydın Mehdiyevin adını çəkmişdi.Dünən I.Hüseynovun işçiləri də məhkəmədə şahid qismində dindirilib. Onlar da eyni məzmunlu ifadə veriblər. Bildiriblər ki, rəhbərlik onları banka göndərib, gedib orada müəyyən sənədlərə qol çəkiblər, puldan isə xəbərləri yoxdur.Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə yanaşı, “Aqrarkredit” QSC də bu iş üzrə zərərçəkmiş qismində tanınıb. “Beynəlxalq Bank”ın nümayəndəsi Ağalar Ağaşirinov məhkəməyə arayış təqdim edib. Ittihamda 211 milyonluq mənimsəmədən söhbət gedir. Bankın arayışında bu məbləğin mənimsənilməsinə görə, təkcə C.Hacıyev yox, digər təqsirləndirilən şəxslər də məsuliyyət daşıyır.C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev vəsatət qaldıraraq, eyni zamanda, həm Beynəlxalq Bankın, həm də “Aqrarkredit” QSC-nin zərərçəkmiş kimi tanınmasına etiraz edib. Fikrini də belə əsaslandırıb: “Prezidentin fərmanı ilə ”Beynəlxalq Bank”ın problemli kreditlərilə bağlı məsələlərin həlli “Aqrarkredit”ə verilib. Belə olan halda, həm Beynəlxalq Bankın, həm də “Aqrarkredit”in zərərçəkmiş kimi tanınması doğru deyil. Xahiş edirik, Maliyyə Nazirliyi, Beynəlxalq Bank və “Aqrarkredit” tərəfindən imzalanan çoxtərəfli müqavilərin, həmçinin problemli kreditlərlə bağlı sənədlərin surəti məhkəməyə təqdim edilsin”.Məhkəmə prosesi bu gün davam edəcək.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler