Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Men Mübariz ölen gün öldüm” – Milli Qehremanın atası…

04 Eylül 2016

7:04 pm


04/09/2016 [23:02]: xeber –
Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığı artıq sərhədlərimizi aşaraq müsəlman coğrafiyasında və türk dünyasında gənclərin dillərinin əzbəri olub. Hər kəs Mübariz olmaq istəyir və onun qəhrəmanlığını təkrarlamaq yanğısı ilə alışıb-yanır… Biz də sayt olaraq onun adını yaşatmaq və şəhid igidimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər fürsətdə onu rəhmətlə anmağa çalışırıq. Bu dəfə də eyni amacla Biləsuvar rayonu Əliabad kəndinə yollandıq. Milli Qəhrımanın ata evində qonaq olduq və atası Ağakərim kişi ilə söhbətləşdik. Anası Şamama xanım səhhətində problem olduğu üçün danışa bilməyəcəyini bildirdi.Ağakərim İbrahimov:“Söhbət Mübarizdən gedirsə, mən Mübariz ölən gün öldüm. Onu bilirəm ki, Mübariz canından keçdi və istəyinə nail oldu. Mən istəmirəm Mübarizin qəhrəmanlığını siyasiləşdirsinlər. Bəzən məni də buna qoşmaq istəyirlər. Amma demişəm ki, məni siyasətə qoşmayın. Mübarizin qəhrəmanlığının təbii ki, aprel döyüşlərinə də müsbət təsiri oldu. Həmin vaxtı müharibəyə nə deyirsən? – deyə sual mənə sual verdilər. Dedim ki, sülh olsun. Çünki, mən bir şəhid atası olaraq müharibə istəyə bilməzdim. Mən övlad itirmişəm və bilirəm bu itki nə deməkdir. Bu qapıya yüzlərlə adam gəlir. Gələnlərdən elələri olur ki, onlarla görüşdən sonra çox pis oluram. Amma, elələri də olur ki, bir neçə gün təsəlli tapıram.Allah mənə dedi ki, üç oğlun var, biri Vətənə fəda olsun. Mən xaqımı çox sevirəm. Milyonum olsa, öz xalqımdan əsirgəmərəm. O, vaxt prezidentə dedim ki, mən Sizi çox sevirəm.Mübarizin şəhid olmasında Allahın iştirakı var idi. Mən Allahdan axirətimi istəyən adamam. Mübarizin şəhid olmasını, Mübariz dünyaya gəlməmişdən öncə mən yuxuda görmüşdüm. İndi baxıram ki, həmin hadisələr və yuxulardı ki, onlar mənə bu günki günü xatırladır. İnsanın ürəyində birinci Allah sevgisi olmalıdı və sonra Vətən sevgisi gəlir. Allah sevgisi ürəyində olmayan adamın Vətən sevgisi də ola bilməz. Mübariz üçün mən ağlamıram, onun hüzründə də burdakı camaata deyirdim ki, ağlamayın. Çünki onu mənə Allah vermişdi, Allah da aldı.Hər il balalarımız şəhid olur. İyirmi faiz torpaqlarımız işğal olunub. Bilirsiniz necədi, Qarabağ probleminə görə kimlərisə suçlamamalıyıq, bir-birimizin qəlbinə dəyməməliyik. Millət olaraq hər-hansı şəxsi günahkar hesab etməməliyik. Bir-birimizi sevək və torpaqlarımızın azadlığı uğrunda əlimizdən gələni əsirgəməyək. Allahadan kömək istəyək. Dua edək ki, Allah bu zülmün qarşısını alsın.Mübarizin qəhrəmanlığı haqda çoxlu kitablar dərc olunub. Bu gün də bizim yaşadığımız bu evi gənc nəsil ziyarət edərək, onun qəhrəmanlıq yolu ilə tanış olurlar. Mübariz öz borcunu yerinə yetirdi. Bu gün Mübariz yox, onun qəhrəmanlığı yaşayır. Mübarizin məktubda yazdıqları ilə mən tanış idim, onları evdə demişdi. Mübariz mənim çiynimdədi. Allahdan ömür istəyirəm”.Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler