Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Men İstanbulu sevmedim ki…  AŞİQ OLDUM

13 Ekim 2016

2:16 pm


13/10/2016 [18:08]: xeber –
“Uşaqlığımın sevgisi Türkiyə… Sənə qovuşmağıma ən çoxu 3 saat qalır. Düz 3 saatdan sonra sənə olan həsrətimə son qoyulacaq. Sənə gələcəm, sənə, ey mənim “Yurdda sülh, cahanda sülh” deyən Atatürkümün vətəni!!!” “Türk Hava Yolları”nın dəvətilə Bakıdan İstanbula uçan təyyarəyə minərkən bu sözlər beynimdə dolaşır. Daha sonra düşünürəm ki, görəsən bu həsrətin vüsalı nə qədər şirin olacaq, bal dadacaq, yoxsa terror qorxusu və qoxusu heç aman verməyəcək uşaqlıq sevgimlə doyunca həsrət gidərməyə. “Ya Allah” deyib həyatımda ilk dəfə təyyarənin salonuna ayaq basıram. Nəhayət ki, 34 yaşında özümdə cürət tapmışam təyyarəyə minməyə, amma yox, elə bu cəsarətin səbəbi də Türkiyə sevgimdir. O qədər özümlə danışmağa başım qarışıb ki, səsgücləndiricidən salona yayılan danışqda nə deyilldiyinin belə fərqində olmamışam. Yol boyu bərabər əyləşdiyim yol yoldaşım Laçın Sultan xanımla 2 saat 45 dəqiqəlik uçuş zamanı nə danışdığımızı belə xatırlamıram. Bircə o yadımda qalıb ki, “Türk Hava Yolları”nın onur qonağı olduğumuz üçün biznes klassda uçurduq. Nəhayət Türkiyəyə yetişirik, təyyarəmiz İstanbulda Atatürk hava limanına eniş edir. İstanbul eşq şəhəridir deyirlər, mənsə İstanbula eşqimlə birlikdə gəlmişəm. Türkiyəyə olan sevgimi də özümlə birlikdə gətirmişəm, İstanbulun məni aşiq etməsinə gərək yox, böyük meqapolisdən tələb olunan ancaq Türkiyə sevgimin layiqincə qarşılığını verməkdi. Məni sevməsi lazımdır, mənim Türkiyəni sevdiyim kimi…Deyəsən sevəcək də… İlk olaraq yerləşdiyimiz beşulduzlu Radisson Blu Hotelinin gülərüz personalından görürəm bu sevgini, səmimiliyi, istiliyi. Çaşıb qalıram, mən həqiqətənmi başqa ölkədəyəm deyə, axı eynən öz elimdə, öz evimdəymiş kimiyəm… Burada bir daha fərqinə varıram “Biz bir millət iki dövlətik” kəlamının nəyə görə deyildiyini. Otelə yerləşib bir qədər istirahət etdikdən sonra həmkarlarımla birlikdə Zeytunburnu deyilən əraziyə gəzməyə çıxırıq. Əvvəlcə şəhər içində gəzməyə tərəddüd edirəm bir qədər, terror falan olar deyə. Ancaq bir saat piyada gəzdikdən sonra anlayıram ki, terror nə gəzirmiş ki… Yenə özümlə danşmağa başlayıram, “Bu qədər gözəl şəhər olarmı, İlahi, yoxsa mən cənnətdəyəm, Sən sevilməyi artıqlaması ilə haqq edirsənmiş, Türkiyəm!” kimi suallar və cavabları dolaşır beynimdə. O qədər sehirlənmişəm ki, nahar belə yadıma düşmür. Yoldaşlar bir mini restorana girməsəydi bəlkə də yorulanadək gəzərdim. Girdiyimiz restoran çox səliqəli və təmizdir. Oturan kimi xüsusi uniformalı iki gözəl qız bizə yaxınlaşır, nə yeyəcəyimizi soruşur. O qədər zəngin mətbəxi var ki, bir neçə növ təamlar seçirik. Az keçmir ki, restoranın sahibi bizə yaxınlaşıb əvvəlcə ikramını təqdim edir, daha sonra özünü, əslən Azərbaycandan olduğunu bildirir. Bir qədər söhbətdən sonra biz də onu Azərbaycana dəvət edirik. Otelə qayıtdıqdan sonra ilk təəsüratlarımı həmkarlarla bölüşürəm, aralarında ilk dəfə Türkiyəyə gələn mən olduğum üçün daha maraqlı gəlir mənə gördüklərim, yaşadıqlarım. Bu eynidə Laçın xanım maraqlı bir ifadə işlədir: “Bu hələ jurnaldır, qızım, əsas film qarşıdadır”. Anlayıram ki, heyrətlənəcəyim məqamlar bundan sonra çox olacaq. Və belə də olur. Gecə gəzintisində anlayıram ki, İstanbul gerçəkdən də eşq şəhəridir, bu şəhərə aşiq olmadan, sehirlənmədən mümkün deyil. İstanbulun Avropasından başlayıb Asiyasını birləşdirən möhtəşəm körpülərinin üzərindən şəhəri dolanmaq, Boğaz mənzərəsi insanı necə aşiq etməyə bilər axı. Hələ boğazdakı bir-birinə evlilk təklifi edən gəncləri demirəm… Nağıllar aləmidir sanki…Nağıllar aləmi demişkən, Türkiyə sultanlarının iqamətgahı olmuş Topqapı sarayında özümüzü sultanlıq dövründə, sevgisi ilə dünyaya səs salmış rus qızı Hürrəm sultanın yanında, yenilməz Sultan Süleymanın divanında hiss edirik. Saraydakı “mis” kimi təmiz havadan doyunca ciyərlərimizə çəkib, yoruldum demədən sarayı gəzirik. Hər daşında, hər cığırında bir tarix yatan sarayın dənizə açılan ovsunlu mənzərəsində kim bilir neçə xatun sehirlənib. İndi muzey kimi qorunar iqamətgahların divarları nə qədər tarixi hadisələrə şahidlik edib, nə qədər əmrlər, fərmanlar verilib, neçə-neçə insanların, ölkələrin taleyi həll olunub bu divarlar arxasında. Saraydakı Hərəmxana, Şəms otağı, Saat otağı, Silah otağı, Məhəmməd peyğəmbərə aid kiçik muzeylərdə  o qədər tarixi ekspanatlar, dəyərli əşyalar, silahlar, geyimlər qorunur ki, gəzməklə-görməklə bitsə də, danışmaqla bitməz.Məscidlər məscidi olan Sulatanəhməd məscidi isə bir başqa aləmdir. O qədər hüzur, rahatlıq, saflıq verir ki, insan bu məkandan əsla ayrılmaq istəmir. Elə bir təəssürat yaranır ki, burada rəbbinə daha yaxınsan, əllərini açıb ondan sidq ürəklə nə istəsən, həmin andaca duaların hasil olacaq. Burada rəbbin səni bütün pisliklərdən arındıracaq. Ruhumu bürümüş bu izaholunmaz hisslə əllərimi qoşalaşdırıb Rəbbimdən sülh, barış, pisliklərdən uzaq bəyaz bir dünya üçün dua edirəm. Ətarfıma göz gəzirəndə isə görürəm ki, buadakı dinindən, milliyətindən asılı olmayan bütün turistlər mənim kimi dua edir. Sultanəhməd öz hikmətiylə heç bir ayrı-seçkilik salmadan bütün insanları Rəbbinin qarşısında eyniləşdirir, birləşdirir, hər birinə eyni dərəcədə hüzur verir. Huzurla, rahatlıqla dolu başqa bir məkan da Yerəbatan Sarıncı deyilən məkandır. Yerəbatan Sarıncı həm də başdan-başa bir möcüzədir. Bizans imperatoru Yustinianusun 527-565-ci illərdə yeraltı su anbarı məqsədilə tikdirdiyi bu məkanı əzəmətli və nəhəng sütunlar ayaqda, daha doğrusu yerin altında saxlayıb. Texnikanın olmadığı dövrdə bu ölçüdə nəhəng sütünların burada necə düzüldüyünü düşünə-düşünə gəzirsən. Həmin sütunlardan süzülən göz yaşına bənzər su damcıları isə bir başqa sehrdən xəbər verir. Yuxarıdan heç bi yerdə su dammasa da möcüzə kimi sütunları yalayıb axan damcılar karp balıqlarının üzdüyü tərtəmiz, bağlı yer olmasına baxmayaraq heç bir qoxusu olmayan suya qarışır. Xüsusi işıqlandırılmış bu məkanda səslənən həzin ney musiqisi olduqca sərin ortamla qarışıb bir başqa cazibə yaradır. Karpaların üzdüyü suya atılmış qaranlıqda parıldayan qəpiklər isə yerin altında sanki bir xəzinə olduğu təəsüratını yaradır.Bu cazibəni ilk dəfə otel otağımın dənizə açılan izahedilməz mənzərəsiylə qarşılaşan zamanı yaşamışdım. Getdiyim bütün məkanlarda da həmin cazibə təqib etdi məni. Hər addımda daha çox sevdim Türkiyəni, hər qarışda sevdim İstanbulu, həm də aşiq oldum. Təkcə gözəlliklərinə yox ki, simitçisini də, dondurmaçısını da, lokumçusunu da, köftəçisini də, küçələrdə qaynaşan turistini də sevdim. Addımbaşı rast gəldiyimiz can güvənliyimizi qoruyan, turistlərin rahatlığını təmin edən gülərzülü, mehriban polislərini də sevdim. Türkiyə olduğu üçün, Türkiyənin olduğu üçün sevdim. “Vətənindən sonra hansı şəhərdə yaşaya bilərsən” deyə soruşsanız, düşünmədən “İstanbulda” deyə cavabını verərəm. Çünki uşaqlıqdan mənimlə bərabər böyüyən Türkiyə sevgimə bir başqa sevgi qatdı İstanbul. Mən Türkiyəni sevmədim ki…. AŞİQ OLDUM!!!P.S. Məni uşaqlıq sevgim ilə qovuşdurduğu, Türkiyədə çox yüksək ortamda və yüksək səviyyədə qonaq etdiyi üçün “Türk Hava Yolları”na sonsuz minnətdaram. Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler