Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Men heç zaman ”qehreman” hesab etdiyiniz Əli Kerimlini lider hesab etmemişem”

08 Ekim 2016

5:44 am


08/10/2016 [09:41]: xeber –
Oktyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində “Azəri-Türk” Qadınlar Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda konfrans keçirib.Konfransda “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatları – Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail İbrahimli, sabiq deputat vəkili Sabir Rüstəmxanlı və digər şəxslər iştirak ediblər.Konfrans Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb.Daha sonra çıxış  edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, konfransın keçirilməsində məqsəd 25 illiyinin qeyd olunacağı Azərbaycan dövlətinin müstəqilliyi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır:“Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 ili tamam olacaq. Bu dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük və şərəfli inkişaf yolu keçib. Bu yolda Azərbaycan dövləti sosial-iqtisadi sahələrdə də inkişaf edib, müasirləşib, beynəlxalq tədbirlərin ünvanı olub”.T.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı “Azəri-Türk” Qadınlar Birliyi tərəfindən oktyabr ayında iki böyük tədbir keçiriləcək:“Onlarda biri İstanbulda da  keçiriləcək elmi  konfransdır. Lakin biz istədik ki, ilk olaraq Azərbaycanda, Azərbaycanın müstəqilliyinə imzasını atmış aydınlarımızla, ziyalılarımızla bu məsələni bir daha gündəmə gətirək. 25 il müddətində müstəqilliyimiz bizə nə verdi, nələri qazanıb, nələri itirdiklərimizi müzakirə edək. Layihəmizin əsas amalı ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyini Türkiyədə və bir çox xarici ölkələrdə təbliğ edək. Bugünkü tədbirimiz sadəcə olaraq başlanğıcdır”.Daha sonra çıxış üçün söz deputat Fəzail İbrahimliyə verilib. O bildirib ki, 1991-ci ilin 18 oktyabrı Azərbaycan tarixi üçün qürur mənbəyidir:“Azərbaycanın müstəqillik tarixi hər bir azərbaycanlının qəlbində yaşamalıdır və yaşayır. Heç kəsdə belə fikir yaranmamalıdır ki, Azərbaycan xalqı qəfil ayılıb, müstəqillik əldə etdi. 70 il Sovet İmperiyasının əsarətində yaşamağımıza baxmayaraq, milli ruhu qoruyub saxlamaq asan məsələ deyil. Bunu hər millət bacara bilməz”.Deputat vurğulayıb ki, bu gün Azərbaycanda müəyyən daxili problemləri qabardıb, müstəqilliyimizi təhlükə altına atmamalıyıq: “Azərbaycan xalqı şəhid verərək müstəqilliyini bərpa edib. 1919-cu ildə Üzeyir Hacıbəyov müstəqilliyin 1 ili münasibəti ilə ”Azərbaycan” qəzetində yazı yazaraq bildirib ki, bizim vəzifəmiz o qara günləri yaddan çıxarmamaqdır. Borcumuz, tanrının bizə verdiyi bu müstəqilliyi şərəflə yaşatmaq, onun üçün hər an hazır olmalıyıq. Bu fikir bugünkü günümüzlə də çox yaxşı uyğunlaşır. Ona görə də o qara günləri yaddan çıxartmaq lazım deyil”.Tədbirdə çıxış edən Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov da müstəqillik tarixinin əhəmiyyətindən danışıb. O bildirib ki, inqilab gec-tez “öz övladlarını yeyir”.Sabiq deputat  S.Rüstəmxanlı isə müstəqillik uğrunda aparılan mübarizədən danışaraq qeyd edib ki, Azərbaycan xalqı bu müstəqilliyi heç də asan qazanmayıb.Çıxış edən deputat Qüdrət Həsənquliyev 1991-ci ildə Ali Sovetdə keçirilən səsvermədə SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə səs verən 43 istiqlalçı deputatın “İstiqlal” ordeni ilə təltif olunmasını təklif edib. Q.Həsənquliyev bildirib ki,  həmin adamlar qəhrəmanlardır:“Mən ”Demblok” üzvlərini çıxmaq şərti ilə, Azərbaycanın Müstəqillik Aktına imza atan 50 nəfəri o qədər qəhrəman saymıram. Əsl qəhrəmanlar SSRİ-nin Azərbaycanda saxlanılmasına qarşı səs verən 43 nəfərdir. Bu adamlar doğrudan da qəhrəmandırlar. Mən dəfələrlə bildirmişəm ki, həmin insanlara “İstiqlal” ordeni verilməlidir. Bu adamlar Azərbaycanda sağlam ruhda böyüyən insanlara da yaxşı örnəkdirlər. Onlar əsl vətənpərvərdirlər. Bilirsiniz ki, Azərbaycanda xalq hərəkatı Dağlıq Qarabağa görə başlayıb. Azərbaycanda Qarabağ hərəkatı yeni başlayanda Kamran Bağırov birinci katib idi. Ancaq o, Heydər Əliyev kimi güclü siyasi lider deyildi. Lakin Kamran Bağırovun gücü ona çatdı ki, o, tələbələrə, zavod və müəssisələrdə çalışanlara küçələrə çıxıb xalq hərəkatına başlamaq üçün yaşıl işıq yandırmışdı. Bütün bunları ona görə qeyd edirəm ki, bəzi insanlar Azərbaycan Xalq Hərəkatından çıxan bir illik hakimiyyətin niyə qısa ömür sürməsinin səbəbini bilməlidir”.Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan dövləti artıq güclüdür və daha torpaq itirməməlidir. Gənclik itirilmiş torpaqlarımızı da bərpa edib, bütöv Azərbaycanı qaytarmalıdır.Sonra çıxış üçün söz deputat Fazil Mustafaya verilib. O da müstəqilliyimiz barəsində tarixi faktlara toxunaraq, öz fikrini bildirib.Tədbirdə iştirak edən Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu çıxış etmək üçün söz istəyib. Daha sonra o, iclasa AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin dəvət olunmamasını irad tutub:“Əli Kərimli və İsa Qəmbər Azərbaycanda Milli Azadlıq Hərəkatının liderləri olublar. Ancaq çox təəssüf ki, bu gün onlar burada yoxdurlar”.Tədbiri təşkil edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Yasəmən Qaraqoyunlunun çıxışına cavab verərək bildirib ki, əksinə, Əli Kərimli heç vaxt Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb:“Mən heç zaman sizin ”qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir. Onlar da gedib bu cür tədbirlər təşkil etsinlər, fikir bildirsinlər”.Daha sonra T.Rüstəmxanlı vurğulayıb ki, Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının liderlərindən biri və Azərbaycanın sabiq prezidenti olub:“Heç kəs bunu dana bilməz. Sizin adını çəkdiyiniz Əli Kərimli isə ABŞ və digər xarici dövlətlərin tapşırıqlarını yerinə yetirir. Xaricdən pullar alır. Ancaq siz o adamı ”qəhrəman” sayırsız. Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Azərbaycanın taleyi həll olunsa, həmin şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.T.Rüstəmxanlı söyləyib ki, ötən sərin 90-cı illərində Azərbaycanda xaos və silahlı üsyanlar baş qaldıranda, ölkə parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi:“Ancaq Heydər Əliyev bunun qarşısını aldı, imkan vermədi ki, Azərbaycan müstəqilliyini itirsin. İndi bütün bunlara görə Heydər Əliyevin haqqını necə tapdalamaq olar? Bu dövlətin müstəqilliyini qoruyub saxlayan məhz Heydər Əliyev olub”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler