Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Men bunu Allahsızlıq kimi qebul edirem…”

27 Haziran 2016

6:20 am


27/06/2016 [10:18]: xeber –
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı sayt – a müsahibə verib, onunla əməkdaşımızın söhbətini oxuculara təqdim edirik:Müsahibənin əvvəlini bu linkdən oxumaq olar—  moderator.az/news/142262.html- Fəzail bəy, seçicilərinizdən bank borcuna görə həbs olunan yoxdur ki?- Məndə bu barədə bir məlumat yoxdur. – Bəs banka borclu olması səbəbindən sizə müraciət edən seçiciləriniz də çoxdurmu?- Açığı, bununla bağlı da mənə seçicilərimdən kimsə müraciət etməyib. Amma siz özünüz də onun şahidisiniz ki, ölkə miqyasında bu problem var və dəfələrlə Milli Məclisdə bununla bağlı məsələ qaldırmışam.  – Amma heç bir nəticə yoxdur.- Mənə elə gəlir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə işləyir və nəticəsini gözləyək görək nə olur. – Ölkənin “Qordi düyünü”nə çevrilmiş bank kreditlərinin qaytarılması məsələsində sizin təklifiniz nədən ibarətdir?- Təklifim odur ki, Azərbaycan vətəndaşlarının, xüsusən də onun aztəminatlı təbəqəsinin maraqları nəzərə alınmalıdır. Mənə qalsa, banklar əhaliyə ucdantutma istehlak kreditlərini verməklə böyük bir soyğunçuluqla məşğul olub. 30 faizə qədər istehlak krediti verməklə Azərbaycan xalqının əksəriyyətinin ehtiyaclarının üzərində böyük para qazanıblar. Mən bunu Allahsızlıq kimi qəbul edirəm. Bu azmış kimi təkcə yüksək faizlə deyil, həm də əhalinin iqtisadi biliklərinin azlığından sui-istifadə edib onları aldadaraq kreditləri dollarla verib elə bankdaca manata çevirib verməklə müştərilərini ikiqat ağır və məşəqqətli vəziyyətə saldılar. Ona görə də bu bəla bu günə qədər də öz həllini tapa bilmir. Əslində banklar özlərini də çox çətin vəziyyətə salıblar. Yəni bank rəhbərləri öz tamahları ucbatından həm vətəndaşları pis duruma saldılar, həm özlərini. – Siz özünüz nə zamansa banklardan kredit götürmüsünüz ki, hansı faizlə verildiyini əyani şəkildə görəsiniz?- Mən götürməmişəm, amma övladlarımdan götürən olub. – Siz o zaman faizlərin aşağı salınması üçün bank rəhbərliyinə müraciət etmisiniz yəqin…- Yox, bir dəfə övladlarımdan biri “Dəmirbank”dan hardasa 22 faizlə kredit götürmüşdü, sonradan öyrəndim ki, orada müəyyən problem yaranıb, amma buna baxmayaraq mən özüm müdaxilə etmədim, oğlum özü də buna ehtiyac duymadı, özü onlarla danışıqlara getdi, haqsız olduqlarını onlara sübut elədi, bildirdi ki, belə olmasa məhkəməyə müraciət etmək zorunda qalacağıq. Bank rəhbərliyi də anladı ki, oğlum haqlıdır və bunu məhkəmədə sübut etməyə haqqı çatacaq, həm də axı ortada mən də varam axı, yəni övladımın haqqı pozulursa, mən də ona dəstək verəcəm, ona görə də bankın iddia etdiyi külli miqdarda hesablanmış əlavə faizlərin hamısını ləğv elədilər. Mən bundan sonra övladlarıma qadağan elədim ki, bu cür kreditlərə getməyin. Bildirdim ki, kredit lazım olanda yaxşı olar ki, Sahibkarlığa Yardım Fonduna müraciət edin və oradan kredit götürərək sahibkar kimi fəaliyyətinizi qurun. Amma heç bir halda fırıldaqçı banklarla iş birliyinə getməyin.  – Fəzail müəllim, Eldar Mahmudovun özünün və dəstəsinin törətdiyi əməllərin bir qismi ilk dəfə ifşa olunandan bir neçə gün sonra elə sizin kabinetinizdə bu barədə geniş müsahibə etmişdik. Aradan 7 ay vaxt keçsə də bu mövzu aktuallığını nəinki itirmir,əksinə, artırır və bir gün onun ölüm xəbəri yayılır, o biri gün həbs xəbəri. Sizcə bu xəbərlərin hansının gerçəkliyə çevrilməsi ehtimalı böyükdür?- Bu haqda hər hansı fikir söyləyə bilmərəm. Ancaq bircə onu bilirəm ki, hər halda Eldar Mahmudov və onun bandası çox böyük qanunsuzluqlara yol verib, törətdiikləri ciddi cinayət ortalıqdadır, hələ cəmiyyətə bəlli olmayan çoxsaylı cinayətlərin mövcudluğunu da kimsə danmır, istintaq gedir və hesab edirəm ki, irəlidə onların bir çox cinayətləri ifşa olunacaq. Ola bilməz ki, bütün bu cinayət işinin gedişində və yekunlaşmasında Eldar Mahmudov hansısa bir səviyyədə kənarda qalsın. Bu mümkün olmayan məsələdir. Çünki həmin bandanı formalaşdıran odur. Bütün bu proseslər onun rəhbərliyi altında aparılıb. Burada iki məsələ var, ya o özü bu cinayətkar komandaya rəhbərlik edib, ya da ondan xəbərsiz bütün bu dəhşətləri törədiblərsə də bunun özü də bir cinayətdir. Hər iki halda Eldar Mahmudov məsuliyyət daşıyır və mən bir daha təkrar edirəm ki, o bizim hər birimiz üçün müqəddəs bir yer olan milli təhlükəsizlik sistemimizə çox böyük zərbə vurdu, onun imicini zədələdi. O bunu etməli deyildi, mən heç cür başa düşə bilmirəm ki, nə üçün o bunu edib. Ağlıma belə gəlməzdi ki, Eldar Mahmudov bu cür əməllərin sahibi ola bilər. Təbii ki, mənim kimi təəccüb içində olan xeyli insanlar var.- Buna “xeyli” deməyək, demək olar ki, ölkədə hamı heyrət içindədir…- Niyə və nə üçün bunu etdilər, hələ də inana bilmirəm. İnanın səmimiyyətimə, bu sualın cavabın tapa bilmirəm. Ona görə də mən tam əminəm ki, Eldar Mahmudov hökmən bütün bu əməllərə görə cavab verəcək. İndi o başqa məsələ ki, siz dediyiniz kimi o istintaqın nəticələrinin doğura biləcəyi dəhşəti hesablayıb intihar edə də bilər. Amma indidən onu heç cür demək olmaz. Amma yaxşı olar ki, o qanun qarşısında cavab versin və törətdikləri əməllərə görə haqq etdiyi cəzasını sonadək çəksin. Əminəm ki, elə belə də olacaq. – Nə siz, nə mən hüquqşünas deyilik, amma hər birimiz gözəl bilirik ki, əgər Eldar Mahmudovun qudası Cahangir Hacıyev həbsə atılıbsa, onun həyat yoldaşı Zamirə Hacıyevanı bir an belə, nəzarətsiz buraxmaq olmaz. Çoxları bu qənaətdədir ki, onun ölkədən çıxışına göz yumulduqdan sonra indi durub barəsində axtarış elan ediblər…- Təbii, bir nəfərə görə bütün ailəni nəzarətdə saxlamaq da doğru deyil. Amma haqlısınız, Zamirə Hacıyeva belə bir səs-küylü cinayət işinin istintaqınının gedişində heç cür nəzarətdən kənarda qoyulmalı deyildi. İndi o məsələ də araşdırılmalıdır ki, Zamirə Hacıyeva ölkəni nə vaxt tərk edib və əsas məqsəd istintaqdan yayınmaqmı olub, yoxsa başqa planların tərkib hissəsi kimi qaçıb aradan çıxıb. Bu cür adamlar çox ehtiyatlı olurlar və onlar varidatlarını xaricdə yerləşdirməklə bərabər eyni zamanda digər ailə üzvlərini də kənarda yerləşdirməyə də nail olurlar. Amma hər halda onun barəsində beynəlxalq axtarış elan olunubsa əminəm ki, bu axtarış özünün konkret nəticələrini verəcək. – Fəzail müəllim, oruc tutursunuzmu?- Xeyr. – Gələcəkdə də oruc tutmağı planlaşdırmırısınız heç?- Ehtiyac duymuram oruc tutmağa. Çünki digər əməllərlə Allahın qoyduğu yolla getdiyimi düşünürəm.  – Oruc tutmasanız da fitrə çıxırsınız.- Təbii ki, çıxırıq.- Qafqaz Müsəlmanları İdarəsinin dediyi kimi çıxırsınız, yoxsa xeyli böyük məbləğ olur?- Onu evdə xanımım müəyyənləşdirir və lazım olan adamlara verir. – Heç sizin xəbəriniz olmur demək?- Yox, niyə ki, xəbərim olur, amma bir qayda olaraq hər il Ramazanda yoldaşım mənim və övladlarımın əmək haqqımızdan fitrəni çıxarır, ehtiyacı olanlara verir. Eyni zamanda hər müqəddəs bayramlarda dünyadan köçənlərimizin ruhuna dualar oxunması üçün də də müəyyən pul ayırırıq. – Amma deyirlər ki, oruc tutub namaz qılmayan insan dindar deyil. Nə vaxtsa Həcc ziyarətinə də getməyi düşünmürsünüz?- Mən dindar deyiləm. Amma Allahımı da tanıyıram, ona sitayiş edirəm, onun qoyduğu yolu getməyə çalışıram, pisliklərdən uzağam, paxıllığım yoxdur.- Bu günədək hətta bilmədən də kimsəyə pislik etməmisiniz?- Yox, hətta mənə pislik edənə də çalışıram ki, pisliklə cavbab verməyim ki, o mənim yaxşılıqlarımdan nəticə çıxarsın. Mən indiyə qədər kiməsə baiskarlıq edib onu çətin vəziyyətə salmamışam. Mənim xarakterimdə bu yoxdur. Həm də etdiyim yaxşılıqları yaddaşımda saxlamıram, İnsanların uğuruna sevinirəm, kimsəyə paxıllıq etmirəm, kiminsə vəzifədə yüksəlməsinə həsədlə, qısqanclıqla baxmıram.- Yeri gəlmişkən, arada bir söz çıxardılar ki, Fəzail Ağamalı da hansısa yüksək posta təyinat ala bilər… – Bundan böyük vəzifə varmı? Millət vəkili olmaqdan şərəfli və gözəl vəzifə varmı?- Şərəfli deyə bilmərəm, amma gözəl vəzifə var. Tutaq ki, nazir, komitə sədri və s. – Nazir vəzifəsi də yaxşı vəzifədir, amma millət vəkili heç də ondan aşağı vəzifə deyil. – Təbii ki, kağız üzərində elədir, amma reallıqda nazirlər əlçatmaz, ünyetməzdirlər…- Ola bilsin nazirin bəzi üstünlükləri var ki, millət vəkillərində bu yoxdur. Amma millət vəkillərinin dövlətçilik qarşısındakı xidmətləri əvəzsizdir.- Amma bəzi nazirlər var ki, daim deputat həmkarlarınız gileylənirlər ki, onlara prezident nə qədər xalqın xidmətçisi olduqlarını desə də yenə də  ulaşamaq qeyri-mümkündür…- Etiraf edim ki, bu problem var və zaman-zaman mən də, deputat həmkarlarım da bu məsələni parlament tribunasından da səsləndiriblər. Mən özüm də bəzi hallarda belə problemlə rastlaşmışam və xatırlayırsınızsa Milli Məclisdə də qaldırmışam bu məsələni.  Hesab edirəm ki, bizim nazirlərə olan sayğımız eyni zamanda adekvat olaraq nazirlərin də millət vəkillərinə sayğı göstərməsi ilə tamamlanmalıdır. Amma təəssüf ki, bir sıra hallarda biz bu formatın pozulmasının şahidi oluruq. Mən tam məsuliyyətlə deyirəm ki, bu gün millət vəkillərinin mütləq əksəriyyəti dövlətə çox sədaqətlidirlər, prezidentimizin ideyalarını həyata keçirməkdə bütün imkanları və potensialları ilə çalışan, öz təmizlikləri ilə fərqlənən  insanlardılar.- Təmizlikləri ilə fərqlənən həmin deputatlar içərisində bir neçə nəfəri çıxmaq şərtilə az qala 80 faizinin 100 minlik xidməti maşını var və aşkar-gizli sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar…- Bilirsiniz, millət vəkillərinin içərisində vaxtilə bizneslə məşğul olanlar olub. İndi gəlib millət vəkili seçilibsə biznesini dağıtmalı deyil ki. Yəqin ki, sonradan o işləri başqa bir adama və ya lap övladına həvalə edir. Yaxud müqavilə ilə sən o biznesi başqa birinə verirsən və oradan gələn puldan bu və ya digər formada istifadə edə də bilirsən.- Deputatların tən yarısı oliqarxlardır…-Təbii, mən demirəm ki, millət vəkilləri acından ölür. Onların dolanışıq imkanları da yaxşıdır, şəraitləri də var. Amma siz deyən kimi oliqarx kimi təqdim etmək onların imkanlarını şişirtməkdir. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler