Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Men bu saat Qarabağdan gelirem, ön xetde iş qaynayır…”

21 Ağustos 2016

8:52 pm


22/08/2016 [00:51]: xeber –
Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonların 5-nin Azərbaycana qaytarılmasını nəzərdə tutan “Lavrov planı”, yaxud “Putin planı” ətrafında spekulyasiyalar davam edir. Bir sıra ekspertlər iddia edirlər ki, hakimiyyət ərazilərin qaytarılmasına razılıq verib və hətta bütün strukturlara bu istiqamətdə hazırlıqlara başlamaq barədə təlimat göndərilib.Virtualaz.org xəbər verir ki, erməni hərbi ekspert Karen Vrtanesyan təmas xəttinə baş çəkəndən sonra ərazilərin qaytarılmasına hazırlıqla bağlı deyilənlərin daha çox “siyasi spekulyasiya” olduğunu bildirib.“Mən Qarabağdan bir neçə saat əvvəl qayıtmışam, ön xətdə iş qaynayır, hər şey çox fəal şəkildə möhkəmləndirilir, yeni avadanlıqlarla təchiz olunur. Və bütün bunların fonunda ərazilərin qaytarılmasına dair hansısa anlaşmaya dair deyilənlər həqiqəti əks etdirmir…Ciddi dəyişikliklərdən danışmaq hələ çox tezdir”-Vrtanesyan “Aravot” qəzetinə bildirib.Xatırladaq ki, bundan əvvəl də ermənilərin təmas xəttindəki mövqelərini möhkəmləndirdikləri, bütün postlara gecəgörmə cihazları və videomüşahidə sistemləri yerləşdirdiyi haqda danışılırdı.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler