Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Memurların xarici dövletlerde bank hesabı açması yasaqlanmalıdır”

10 Kasım 2016

10:08 am


10/11/2016 [14:06]: xeber –
Məlum olduğu kimi,
Rusiyada məmurların xarici ölkələrdə bank hesabına sahib olmasını yasaqlayan
qanun qəbul edilib. Qanuna görə, Rusiya məmurları başqa bir ölkədə bank
hesabına sahib ola bilməzlər. Qanunu pozan şəxslərin işdən uzaqlaşdırılması nəzərdə
tutulub.

Maraqlıdır, Azərbaycanda
da oxşar qanun layihəsinin qəbuluna ehtiyac varmı?

sayt-a açıqlama
verən KXCP sədri Mirmahmud Mirəlioğlu sözügedən qanunun Azərbaycanda qəbul edilməsinin
vacib olduğunu söylədi:

“Şübhəsiz ki, bu qanunun
Azərbaycanda da qəbul edilməsinə ehtiyac var. Doğrudur, bu məsələ ümumi şəkildə
bizim qanunvericilikdə nəzərdə tutulub. Lakin məxsusi olaraq belə bir qanunun
Azərbaycanda qəbulu yaxşı olardı. Çünki bu problem bizdə özünü xüsusilə ciddi
hiss etdirir. Baxın, bizdə millət vəkili, nazir, nazir müavini olan insanların
sorağı qısa müddətdən sonra ayrı-ayrı dövlətlərdən gəlir. Mətbuatdan məlum
olduğu kimi, bu günlərdə saxlanılan məmur övladının cibindən üç dövlətin
pasportu çıxıb. Odur ki, belə bir qanunun qəbuluna ehtiyac var. Yaxşı olar ki,
bu təcrübə ölkəmizdə də tətbiq edilsin”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler