Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Memurları qanunsuzluğa sövq eden başlıca amil cezasızlıq mühitidir”

05 Kasım 2016

7:48 am


05/11/2016 [11:44]: xeber –
Tanınmış hüquqşünas Namizəd
Səfərov sayt-a açıqlamasında ölkədə baş verən məmur özbaşınalıqlarının
səbəbinə aydınlıq gətirib. Bütün bu özbaşınalıqların cəzasızlıq mühitindən irəli
gəldiyini bildirən N.Səfərov, məhz cəzasızlıq mühitinin məmurları qanunsuzluğa
sövq etdiyini vurğulayıb:

“Məmurları qanunsuzluğa
sövq edən başlıca amil cəzasızlıq mühitidir. Onlar bilirlər ki, nə qədər ki, vəzifədədirlər,
nə qədər ki, bu rejim mövcuddur, yol verdikləri qanunsuzluqlara görə qanun qarşısında
cavab verməyəcəklər. Onları heç kim buna görə məsuliyyətə cəlb etməyəcək. Ona
görə də yaranmış vəziyyətdən istifadə edib istədikləri özbaşınalığı törədirlər.
Bu özbaşınalıqların qarşısını almaq üçün öncə qanun qarşısında hər kəsin bərabərliyini
təmin etmək, cəzasızlıq mühitinə son qoymaq lazımdır. Kimliyindən, vəzifəsindən
asılı olmayaraq hər kəs bilməlidir ki, etdiyi qanunsuzluğa görə hökmən cavab
verəcək. Nə qədər ki, bu yoxdur, məmur özbaşınalıqları da davam edəcək”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler