Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Memurlar prezidentin tapşırıqlarını icra etmir” – Fezail Ağamalı

12 Temmuz 2016

9:28 am


12/07/2016 [13:25]: xeber –
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında növbəti dəfə dövlət məmurlarının torpaqları zəbt edərək hasarlaması probleminə toxunub.sayt xəbər verir ki, ölkə başçısı çıxışında bunun yolverilməz olduğunu vurğulayaraq torpaqdan səmərəli şəkildə istifadənin vacibliyindən danışıb:“Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər”- deyə ölkə başçısı sözlərinə əlavə edib.Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “Qafqazinfo” ya sözügedən problemlə bağlı açıqlama verib. O qeyd edib ki, ölkə başçısının bu məsələ ilə bağlı dediklərindən ciddi nəticə çıxarmaq lazımdır: “Ümidvaram ki, müvafiq qurumlar bu fikirlərə ciddi yanaşacaqlar. Bu məsələ cəmiyyətdə ciddi narazılıq yaradan problemlərdən biridir. Təsadüfi deyil ki, prezident də bir daha bu məsələni xüsusi olaraq vurğuladı.Torpağa münasibət dəyişilməlidir. Etiraf etmək lazımdır ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bu sahədə dəyişikliklərə başlayıb. Artıq bu sahənin inkişafı üçün ciddi təməl qoyulur. Əgər bu təməl 10-15 il əvvəl qoyulsaydı, biz indi onun konkret nəticələrini görərdik.Ölkə başçısı bu sahənin inkişafına ona görə önəm verir ki, bu sahə qeyri- neft sektorunda ən gəlirli sahələrdən biridir. Biz eyni zamanda Xəzər dənizi sahilində torpaqların hasarlanması məsələsinə də diqqət çəkmişik. Ancaq bu məsələdə konkret nəticələr yoxdur. Ona görə ki, müvafiq qurumlar bununla bağlı addımlar atmırlar, ölkə prezidentinin tapşırıqlarını icra etmirlər. Burada şəxsi maraqların, müəyyən sədlərin keçməyin çətin olduğu görünür. Ancaq tapşırıqlar yerinə yetirilməzsə, mən növbəti addımlarda prezidentin kimisə ciddi şəkildə cəzalandıracağını gözləyirəm”.Millət vəkili vurğulayıb ki, dövlət məmuru tamah məqsədilə torpağı hasarlayır: “Yaxşı, başa düşürəm ki, Xəzər sahilində kənd təsərrüfatı qurmaq çətindir, oranı ona görə hasarlayıblar ki satılsın, külli miqdarda pul qazanılsın, yəni biznes maraqları var. Ancaq min hektarlarla yararlı torpaq sahələrini hasarlayıb onu istifadəsiz qoymaq Azərbaycan iqtisadiyyatına çox böyük zərbələr vurur. İstifadə edilmirsə, bunun hüquqi mexanizmi tapılmalıdır. Mülki Məcəllədə, Torpaq Məcəlləsində bununla bağlı müəyyən dəyişikliklər edilməlidir”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler