Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Memurlar her şeyi kraskalı katibelerine baxıb ölçürler…”

15 Temmuz 2016

12:48 pm


15/07/2016 [16:44]: xeber –
«Bu gün cənab prezident çalışır ki, camaatın güzəranını yaxşılaşdırsın. Lakin hakim komandada elə bir qol var ki, xalqın prezidentdən narazı qalmasına çalışır».Bu fikirləri  Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin son iclasında Prezident çox ciddi məsələlərə toxundu və məmurlara xəbərdarlıq etdi: «Prezident həmin çıxışında öz komandasından narazı olduduğunu açıq şəkildə ortaya qoydu. Təsəvvür edin, ondan iki-üç gün keçəndən sonra işığın pulunu qaldırdılar. İndi də qazın pulunu qaldırmaq barədə düşünürlər. Hakimiyyətdə prezidentə xəyanət edən qüvvələr var deyəndə, elə bunları nəzərdə tuturdum da… Prezidentin tapşırıqları, verdiyi qərarlar yerinə yetirilsə, Azərbaycan xalqı böyük mənunluq hissi ilə yaşayar. Bölgələrdə camaatı incidirlər, müxtəlif adlarla qeyri-qanuni pul yığırlar. Narazılıq budur, camaatı dövlətin üzərinə qaldırmaq budur. Nazirlər Kabinetində böyük əksəriyyət prezidentin tapşırıqlarına əməl eləmir. Bu da vəziyyəti daha da kritikləşdirir».Partiya sədri onu da qeyd edib ki, hakimiyyət daxilindəki müxalif qüvvə artıq tam gücü ilə hərəkətə keçib: «Kimin nə deməsindən asılı olmayaraq, camaatda narazılıq yaradıblar. Bununla da prezidentə qarşı böyük bir narazı kütlə yetişdirirlər. Sosial müavinəti, pensiyasını ala bilməyənlər etiraz edirlər, yolları kəsirlər. Bunların hamısı narazı kütlənin saynı daha artırmaq, cəbhəni genişlətmək deməkdir. Nə qədər ki, həmin adamlar komandadan uzaqlaşdırılmayıb, hazırkı vəziyyət ölkədə böyük bir sosial partlayışla nəticələnəcək. Xalq bundan artıq dözə bilməz. Millətin böyük narazılığı var. Məmurların qəbuluna düşmək mümkün deyil. Ölkədən xəbərləri yoxdur. Hər şeyi min manatlıq kostyum geyən müavinləri, kraskalı katibələrinə baxıb ölçürlər, amma millətin vəziyyəti olduqca acınacaqlıdır. İndi əziz qardaşımı inandırmaq istəyirlər ki, artıq vəziyyət yaxşıdır, ünvanlı sosial yardımı kəsmək məsləhətdir. Bir nazirin ay ərzində aldığı rüşvəti bir yerə toplasan, ehtiyacı olanların hamısına ünvanlı sosial yardım vermək olar. Yəni, bu adamlar harda həssas nöqtələr var, harda narazılıq var, ora əl atırlar ki, camaat bir az də qəzəblənsin. Arı pətəyinə çöp uzadırlarmış kimi, aranı qarışdırmaq istəyirlər. Prezident də bilir ki, ətrafındakıların bəziləri hərəsi bir yerə işləyir. Bir vaxt deyəndə ki, Eldar Mahmudov dövlət çevrilişi etmək istəyir, heç kim dinmirdi. Axı mən bildiyimi deyirəm. Əziyyət çəkirəm, təzyiqlərə məruz qalıram, amma öz yolumdan dönmürəm. Mən qorxmadan danışıram. Həmin məmurların Milli Məclisdə deputat dəstəsi var. Prezident İrana səfər edir, o istiqamətdə aktivliyə başlayır, o dəqiqə həmin qrup işə düşür və İran əleyhinə kampaniyaya başlayırlar. Bax, burlar, bu cür mənfur əməllərlə məşğuldurlar».H.Hacıyev qəti addımları atılmasının zəruri olduğunu bildirib. O deyib ki, Nazirlər Kabineti təcili buraxılmalıdır: «Yaxın müddətdə həmin xəyanətkar məmurlardan qurtulmasaq, vəziyyət çox gərgin olacaq. Hələlik görünən odur ki, konkret addımlar atılması mümkün deyil. Çünki həmin məmurlar dirəniş göstərirlər. Açığını deyim ki, hökumətin 60-70 faizi əks cəbhədə duranlardır. Bir hissəsi Rusiyaya bağlıdır, biri başqa yerə bağlıdır. Birinci, devalvasiyada ciddi islahatlar aparmaq istədilər, amma həmin qüvvələr o dəqiqə rayonları ayağa qaldırdı. Bununla demək istəyirlər ki, bizə toxunulsa, bütün xalqı ayağa qaldıracağıq. Bilirsiniz, Prezident təkdir, tək bir adam nə etməlidir, nə edə bilər, onu edir. Ancaq bir məsələ də var ki, deməklə nəsə həll olunmur, real addımlar atmaq lazımdır. Ona görə də biz prezidentin ətrafında birləşməliyik. Gec də olsa, prezident bu addımı atacaq. Hesab edirəm ki, bir-iki nazir, bir neçə icra başçısı həbs olunmalıdır. Qəti addımlar atılmasa, gərginliyin qarşısını almaq mümkün olmayacaq».(mia.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler