Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Memur erini öldüren qadına hökm oxundu: 18 il hebs

14 Eylül 2016

9:52 am


14/09/2016 [13:51]: xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Xalidə İsgəndərovaya hökm oxunub. Məhkəmənin qərarı ilə X.İsgəndərova 18 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, o, son sözündə ərini öldürmədiyini, günahsız olduğunu söyləmişdi.Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.Zərərçəkmiş tərəf isə X.İsgəndərovaya verilən işin 20 ilə qaldırılmasını tələb etmişdi.  Onu da qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin qarajında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova 8 ay sonra şübhəli şəxs qismində saxlanılmışdı. O, hadisə zamanı evdə olan qızının ifadəsi əsasında həbs edilmişdi. Qızı Əmanə daha sonra məhkəmə prosesində verdiyi ifadəni təsdiq etməyib və anasının günahsız olduğunu bildirmişdi.Qətlə yetirilən F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.(Musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler