Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Memur deyilem ki, desinler, sürdüyü maşını, yaşadığı evi hansı pulla alıb”

01 Kasım 2016

4:48 pm


01/11/2016 [20:46]: xeber –
Bu günlərdə internet saytlarda Hacı İbrahim Nehrəmlinin qalmaqallı müsahibəsi dərc olunub. Müsahibədə tanınmış iş adamı geyimlərini aldığı  dünyaca məşhur firmaların adını çəkir. Bu müsahibə sosial şəbəkələrdə onu qınaq obyektinə çevrilməsinə səbəb olub. Bununla bağlı danışam Hacı İbrahim Nehrəmli belə bir müsahibə vermədiyini, onun adından yalan yazıldığını deyib. – İbrahim bəy, bu günlərdə sizin adınızdan bir müsahibə yayıldı və orada geyimlərlə bağlı dedikləriniz diqqət cəlb etdi. Bizim üçün maraqlıdır, Hacı İbrahim həqiqətənmi belə bir müsahibə verib  və o sözləri deyib? – Əslində, heç mənim o müsahibədən xəbərim yoxdur. Onu haradansa götürüblər, o geyimləri də yazıblar.  Mən iki ilə yaxındır xaricə getmirəm, ölkədən çıxışıma qadağa qoyulub. Xaricə getməmişəmsə, o brend paltarları haradan və necə almışam? Mən həmin saytın rəhbərliyi ilə əlaqə saxladım, onlar bu materialı “New York Times” qəzetində çıxmış  müsahibəmdən götürüb, hazırlayıblar. Yeni formada veriblər. – Orada firma adları çəkilir ki, siz o firmalardan geyinirsiniz. Hansısa iş adamının zövqlə geyinməsi qəbahətdirmi? Bu yanaşmaya münasibətiniz necədir?- Ölkəmizdə tekstil sənayesi inkişaf etmədiyindən, Azərbaycanda hamı xarici firmadan geyinir. Hamı kimi mən də hansısa firmadan geyinirəm. 20 il bundan əvvəl geyindiyim firmaların məhsullarından bu gün də istifadə edirəm. Burada heç bir qəbahət görmürəm. Hər kəs ürəyi necə istəyirsə, zövqlə geyinməyi bacarmalıdır. İstər bahalı firma, istər ucuzlu, fərq etməz. Mənim geyinim reklam mövzusu olmamalıdır. – Bəs, bu təpkinin, sosial şəbəkələrdə və saytlarda  sizin şəxsinizə ünvanlanan tənqidin səbəbi nədir?- Görünür, ortada qərəz və sifariş var. Yoxsa, mənim vermədiyim müsahibəm niyə bu qədər səs-küy yaratsın?! Mən məmur deyiləm ki, xalq desin ki, əynindəki geyimi, sürdüyü maşını, yaşadığı evi hansı pulla alıb? Mən az qala 30 ildir ki, bizneslə məşğulam. Qazandığım pullardan özümə paltar da alacam, ayaqqabı da, avtomobil də. Bütün dünyada iş adamlarının, milyonçuların həyatı bahalı olur. Cəmiyyətdə buna normal yanaşılır. O cümlədən də mən qazandığım vəsaitə uyğun yaşayıram. Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki? – Bəlkə, bu, sizin həddindən artıq məşhur olmağınızla bağlıdır?- Bu amil də rol oynayır. Bilirsiniz, qəzetçilər məşhur adamlardan yazanda daha çox oxucu qazanırlar. Oxucu da məşhur adamlar barədə məqalələr tələb edir. Mənim personam jurnalistlərlə oxucu arasında ortaq məxrəc yaradır. Ona görə də bəzən bu cür anlaşılmazlıqlar yaranır. Mən jurnalistlər üçün əl çatan iş adamıyam. Fərq qoymadan istənilən mətbuat orqanına danışıram. Ona görə də gərək jurnalistlər, sayt və qəzet redaktorları bunu nəzərə alsınlar. Mən də bəziləri kimi mediadan qaçsam, yaxşı olar? Əlbəttə yox! Bilirsiniz ki, biz ailə olaraq hər zaman Əliyev siyasətinə xidmət etmişik. Bu gün mən də, qardaşlarım da bu siyasətə xidmət edirik. Biz ümumiyyətlə müxalifətdə olmamışıq. Bizim kəndimizdən, Nehrəmdən müxalifətçi çıxmayıb. Əminik ki, bu gün də, sabah da olmayacaq. – Müxalifətçi olmaq pisdirmi? Düzdür, Azərbaycanda müxalifətdə olmaq o deməkdir ki, pulun olmayacaq, məhrumiyyətlərlə üzləşəcəksən. Ancaq müxalifət də lazımdı. – Mən demirəm ki, müxalifətdə olmaq pisdir. Xeyr, xahiş edirəm sözümü təhrif etməyəsiz. Sözümün canı odur ki, bizim ailəmiz iqtidarçıdır. Bu, bizim tutduğumuz yoldur. 90-ci illərdən bu yana Heydər Əliyevin siyasətini dəstəkləmişik. İndi də prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. – Adınızdan yalandan yazıldığını iddia etdiyiniz müsahibəyə görə hansısa jurnalisti, saytı məhkəməyə vermək fikriniz varmı? – Yox, mən heç vaxt jurnalistləri məhkəməyə verməmişəm, yəqin indən sonra da onlarla münasibətimi məhkəmələrdə aydınlaşdırmayacam. Orada bəzi şirkətlərin, brendlərin adlarını səhv yazıblar. Mən müsahibə versəydim, həmin brendlərin adlarını düz deyərdim. Bu da məntiqlə o deməkdir ki. mənim adımdan yayılan müsahibənin Hacı İbrahim Nehrəmliyə heç bir aidiyyatı yoxdur. Yazıblar ki, guya firmalar Hacı İbrahimə paltar saxlayırlar, o da gedib götürür, özü də xaricdə. Bu  məlumatlar yalan olduğuna görə, mən narahat oldum. Ölkədən çıxa bilmirəmsə, xaricdən necə paltar ala bilərəm?! – Bəs, “Xəzər adaları”nda vəziyyət necədir? – “Xəzər adaları” çox gözəl proyektdir. Mən bu proyekti başlamışam və bunun davamını da gətirəcəyəm. Buna görə mənə böyük dəstək lazımdır, o dəstək yoxdur. Ancaq böyük maraq var. Bu ayın 15-ə qədər bir çox insanları qəbul edəcəyəm. “Xəzər Adaları”na yatırım qoymaq istəyənlər var. İlkin müqavilələri razılaşmışıq. Düşünürəm ki, ayın sonuna qədər konkret məsələlər bəlli olacaq. Yeni ildən xarici investorlarla birgə orada tikintiyə başlayacağıq. – Sizin layihənizlə bağlı ABŞ, İngiltərə, Türkiyə, Rusiya mətbuatında, telekanallarında yazılar, verilişlər getdi. Ərəb ölkələrində də sizinlə bağlı məlumatlar yayıldı. Bəs indi necə, xarici jurnalistlər “Xəzər Adaları”nın taleyi ilə bağlı zəng edib soruşurlarmı?- Açığı deyim ki, zəng edirlər. Lakin mən özüm müsahibə verməkdən qaçıram, çox müsahibə vermirəm. İstəyirəm işlər sürətlənsin, sonra məlumat getsin. Dünya mediasında yayılmasın ki, “Xəzər Adaları”nda işlər dayanıb. Bu, məşhur proyektdi, bütün dünyada sorağı yayılıb, bu gün də gəlmək istəyənlər var. Mən nə qədər investor qəbul etmişəm. İnternetdə mənimlə bağlı yayılan məlumatlar ki var, “tutuldu”, “ölkədən çıxışına qadağa qoyuldu” və sair, bunlar insanları qıcıqlandırır. Ancaq düşünürəm ki, hər şey qaydasına düşəcək. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler