Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Memmed Arazı “Ədebiyyat qezeti”nden neye göre uzaqlaşdırdılar? – TARİX

22 Haziran 2016

9:52 pm


23/06/2016 [01:51]: xeber –
Ömrünü Azərbaycan televiziyası və ədəbiyyatına  həsr edən şair-dramaturq, televiziya mütəxəssisi Camal Yusifzadə Azərbaycan Sovet Ensiklopediyasında Rəsul Rza ilə birgə çalışıb. Sonradan “Ədəbiyyat qəzeti”nin ən yaxşı vaxtlarında oranın şöbə müdiri kimi çalışıb.Camal Yusifzadə sonradan həyatını dövlət televiziyası ilə bağlayıb. AzTV-də “Ədəbi-dram verilişləri” redaksiyasında baş redaktorun müavini və televiziyanın nəzdindəki Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifələrində çalışıb. Hazırda isə təqaüddədir.Mart ayında 75 yaşı tamam olan yazıçının vaxtilə çalışdığı heç bir qurumda yubileyini keçirmək yetkililərin yadına düşmədi… Camal Yusifzadə sayt saytına müsahibəsində bir çox maraqlı detallara toxunub:- Camal Yusifzadənin formalaşması haradan başladı? – Mən “Ədəbiyyat qəzeti”ndə formalaşmağa başladım. 1969-1991-ci illərdə orada fəaliyyət göstərmişəm. Cabir Novruz qəzetin baş redaktoru idi. Orada  çalışarkən, Rəsul Rzanın mənə çox yardımı oldu. Məni ensiklopediyaya Rəsul Rza özü dəvət etmişdi, mənlə yanaşı Tofiq Abdini, Vaqif Səmədoğlunu, Ələkbər Salahzadəni, İsa İsmayılzadəni, Fikrət Sadığı da öz ətrafına topladı. Daha sonra biz müxtəlif sahələrə ayrıldıq. “Ədəbiyyat qəzeti”nə dəvət aldım. Ensiklopediyadan  izn alıb ora getdim. Qəzetin teatr, kino, musiqi şöbəsində fəaliyyətə başladım. Hamı üçün mənim bura gəlməyim gözlənilməz oldu. Çünki özüm tarixçi idim. Tamamilə başqa bir sahəyə addım atırdım. Qəzetə gələn zaman Mirzə İbrahimov və başqaları tərəfindən böyük sorğu-sualla üzləşdim. Mənim bu qəzetdə “Qəmlo kimdir?” adlı siyasi motivli məqaləm dərc olunmuşdu. Fərman Kərimzadənin “Qarlı aşırım” əsərinə resenziya kimi yazılmış məqalə idi. Bu yazıda mən düşmən obrazını daha da güclü vermişdim. Yazıda diqqət çəkmək istədiyim nüans əslində bundan ibarət idi: Düşmən nə qədər güclüdürsə, qarşı tərəfin də bir o qədər güclüdür. Aciz rəqib olsa, güclü tərəfə necə faciələr yaşada bilər? Məntiqi baxımdan uyğunsuzluq var. Mirzə İbrahimov mənə belə incəliklərə varmamağı, qalmaqal yaradacaq nüanslara toxunmamağı məsləhət bildi. – Rəsul Rzanın, Mirzə İbrahimovun həyatınızdakı rolu nədən ibarət olub? – Mənim həyatımda 2-3 şəxsiyyətin əvəzsiz rolu olub. Məsələn, Əli Kərimin. O,  həm də mənim yaxın dostum idi. Əli Kərimin həyat yoldaşı Elza xanım “Xatirələr” kitabında yazır: “Əlidən soruşdum ki, mən görürəm, sən Camalı yaman tərifləyirsən, o səndən  də yaxşı yazır? Əli Kərim bəli, məndən də yaxşı yazır, böyük isdedadı var deyə cavab verib. Çünki o məndən sonrakı nəsildir, belə də olmalıdır”. Rəsul Rzanın 60-70-ci illər nəslinə böyük bir qayğısı, diqqəti vardı. O mənə çox yardımçı olub. Haqqımda 3 məqalə yazıb. Mən bir dəfə hətta onun yanına gedib, bunun yaxşı görünməyəcəyi ilə bağlı narahatlığımı dilə gətirdim. Çünki orada məni Sabirlə, klassiklərlə müqayisə edirdi. Rəsul Rza mənə cavabında “bir sən de görək, mən kiməm, hansı titullarım var? Mən də onun titullarını saydım. Dedi ki, məqaləni bu titulların sahibi olan mən yazmışam və  nə yazdığıma da bələdəm. Kimin sözü olsa mənə deyəcək, sən get yaradıcılqla məşğul ol. Mən “Molodyoj Azərbaycana”, bir də “Ədəbiyyat qəzeti”ndə yazılarımı verirdim. Əsərim çıxdıqdan sonra “Molodyoj Azərbaycana” qəzeti mənim haqqımda geniş yazı yazmışdı. Daha sonra  Yazıçılar İttifaqına getdim. Mirzə İbrahimovun da mənim üzərimdə böyük əziyyəti var.- Mirzə İbrahimovla bağlı hansı maraqlı xatirələriniz varmı? – “Kommunist” partiyasına girəndə mənə zarafatla demişdi ki, bu partiyaya girmək asandır, çıxmaq isə çətin, ehtiyyatlı ol! Mən də ona “biz bir yerə bir dəfə gedərik” dedim. O partiyadan  20 yanvar hadisələrindən sonra çıxmalı oldum. – Yazıçılar İttifaqında çalışdığınız dönəmdə yəqin ki, orada  müəyyən çaxnaşmalar, intriqalar vardı, bunlar sizə necə təsir edirdi? – İttifaqda müəyyən qruplaşmalar vardı. Yeni poeziyanın ab-havası gələndə fərqli fikirlər yaranırdı. Hamı bir-birini bəyənmirdi. Ədəbiyyat rəngarəng idi, qəbul olunmaq da çətin məsələ idi. Rəsul Rzanın o zamanlar “Qayğı” sözü və  qayğı özü” adlı məqaləsi çıxdı. Məqalədə “bu söz dildə qalmamalıdır, gəncələrə dəstək olmaq lazımdır”, deyirdi. Ədəbiyyatda bu mübarizə hər zaman olub, olacaq da. Ədəbiyyatın marağı da elə budur. Əslində o vaxtlar elə ədəbiyyatın renosans dövrü idi. Ədəbiyyatın əsas simaları da o zamanlarda formalaşıb. Şəxsiyyətə münasibət çox qəliz idi. Mənim şeirlərimin təqdimatı keçirilən zaman çoxları onları anti-sovet düşüncəsinə yozmağa cəhd etdi. “Gümüş balıq” adlı şeirim çox söz-söhbətə səbəb oldu. “Şeirdə azadlıq istəyirəm” deməyim, onlarda bu misraların sətiraltı məna daşıdığı fikirləri oyatdı. Onlar hesab edirdi ki, mənim şeirimin məqsədi sovet dövründə azadlıq olmadığı fikrini göstərməkdir. Mən sadəcə insan enerjisinin dəyişə bildiyini və bu zaman mənim balıq olmaq arzusunda olduğumu çatdırmaq idi. Şeirin sonunda “yenə yağış dənənləri üzümə dəysin deyə insan olmaq istəyirəm” deyilir. Yəni fikir dəyişən enerjidir. Başqa bir mətləb yoxdur. O zamanlar çox böyük skandal doğuran şeir oldu. Hər yazılan şeirə qara münasibət beləcə özünü göstərirdi. Yeni nəslin qəbul olunması bax belə çətinliklərlə başa gəldi. Hər şeyi siyasi rəngdə görənlər  Bayram Bayramov, Süleyman Rüstəm, Məmməd Rahim və başqaları əsas senzura idi. – Siz Yazıçılar İttifaqında nə kimi etirazların şahid olmusunuz? – Nəriman Nərimanovun 100 illik yubileyi keçirilirdi. Mərkəzi Komitənin rəhbərinə zəng etdik ki, izn verirsiz biz həftəlik qəzetik, heykəlin üzü açıqdır, onun şəklini verək, onlar da izn verdi. Lakin yazı çıxdıqdan sonra problem yaratdı. “Açılış olmadan qəzetdə niyə gedib”, deyə məsələ qaldırıldı. Bizdə dedik izn almışdıq, açılış olmasa da heykəlin üzü açıq idi, sizə də xəbər etmişdik. Lakin onlar sözlərini inkar etdilər. O zamanlar Məmməd Araz baş redaktoru əvəz edirdi. Qərar oldu ki, Məmməd Araz işdən azad edilsin, vəzifədən çıxarılsın, ittifaqdan uzaqlaşdırılsın. Bu zaman Sabir Əhmədov bizi müdafiə etdi. Belə qərar verilməsinə izn vermədi. Sabir Əhmədov söylədi ki, siz artıq 30-cu illəri təkrarlayırsınız. Bu söz çoxlarını tutdu və iş üstüörtülü icra olundu. Bir müddət sonra Məmməd Araz işdən uzaqlaşdırıldı. Qabil də məsələyə etiraz etdi. Nəriman Nərimanovun “Kommunist” ideologiyasının rəhbəri olduğunu və qəzet də onu çap edir, burada qeyri-adi bir şey də olmadığını dedi. Lakin bütün bu etirazlar bir fayda vermədi. O dövrün ədəbi mühiti İsa İsmayılzadə, Vaqif Səmədoğlu və başqalarını qəbul etmək istəmirdi. Onların yaradıcılığına çox mane olunurdu. Gənc ədiblərə Nəbi Xəzri və Süleyman Rüstəm də bir dəfə etiraz edəndə Rəsul Rza məsələyə qarışıb “Qayğı sözü, qayğı özü” adlı məqaləsini yazdı. – Sabir Əhmədli ilə yanaşı xarakter kimi qəbul olunmayan başqa kimlər vardı? – Sabir Əhmədov çox şeyə etiraz edirdi. Ona görədə onu da qəbul etmirdilər. Sağlığında ona heç bir ad verilmədi. Yalnız ömrünün sonuna yaxın xalq yazıçısı adı verilib. Baxmayaraq ki, Sabirin oğlu Qarabağ döyüşlərində şəhid olmuşdu,  qardaşı 19 yaşında Sovet İttifaqı qəhrəmanı idi. Özünün də gözəl yazıları vardı.  – Ədəbi proseslərin çox hissəsi gözünüzün önündən keçib. Ədəbi aləmdə ataların oğullarının həyat yoluna bir ömür boyu təsirini görmüsüzmü? – Mən Vaqif Səmədoğlu ilə yaxın dost idim. Onu Səməd Vurğun ilə qarşılaşdıranda dedi ki, o tamam ayrı yöndə yazırdı, mən isə başqa istiqamətdəyəm. “Atam bütün xalqın sevimlisi şairidir, amma yolumuz əksdir”, deyirdi. Səmədoğlu qardaşlarının heç biri atasının yolu ilə getmirdi. Karyeralarını onlar özləri qurub, ataları onlara şərait yaratmayıb. O qardaşlar çox çətinliklər görüb. Genetik keçid təbii ki, hamıda olur, amma bir ömür yox. Rəsul Rzanın 60-70-ci illər nəslinə etdiklərini heç oğlu Anara etməyib. Onlar hamısı öz gücünə ədəbi mühitə gəlib və qala da bilib. Rayon və şəhər mühiti də eyni deyil. Səmədin uşaqlarının intellekti də, savadı da, dünyagörüşü də zəngin idi. Mən Vaqif Səmədoğlu haqqında film də çəkmişəm. Süleyman Rüstəmin, Mirzə İbrahimovun, Məmməd Rahimin də oğlu vardı. Niyə onlar ədəbi mühitə gələ bilmədi? Yəni irsi keçiddən başqa, gərək isdedad və yaradıcılıq özlərinin qanında ola. Ədəbiyyata gəlib və qalmaq asan iş deyildi. Ənvər Yusifoğlu və başqaları da gəlib getdi. – Yazıçılar İttifaqına belə xidmət etdiniz, bəs niyə sizin 75 illiyiniz qeyd olunmadı? – Mən özüm demədim. Onlar da etmədi. Gərək deyəydim, təşkil edəydim, bunlar mənə maraqlı olmadı. “Azərbaycan” jurnalı təbrik etdi, lakin qurumun özündən heç bir səs çıxmadı. Kimsə gedir deyir, onun da yubileyini edirlər. Mən desəm edərdilər, lakin etmədim. Bəlkə də kimsə xatırlamır, gərək arxivi qurdalayıb, bilələr. Oranın öz işçiləri gərək tərtib edə, Anar müəllimə təqdim edə, o da tapşırıq verə ki, işlər icra olunsun. Hər ay müntəzəm diqqət yetirilsə kimsə yaddan çıxmaz. Bu işlər zəifdir. – Anar və Fikrət Qoca ilə son ünsiyyətiniz nə vaxt olub? – Keçən ay, Seyran Səxavətin kitabının təqdimatında. Anar da, Fikrət də mənə niyə gəlmirsən dedilər, gəl-get bura sənin evindir. Söhbət edək. Fikrətlə yaxın olmuşuq, zarafatımız var, münasibətimiz yaxşıdır, haçan getsəm nə istəsəm edərlər. Onlar mənim yaradıcılığımı çox bəyənirlər. Fikrətin ailəsini də yaxşı tanıyıram. Səmimi münasibətimiz var. – Uzun müddət AzTV-də çalışdınız. Televiziya sizi bir yaradıcı şəxs kimi necə xərclədi? – Yaradıcı adam üçün televiziya lazım deyil. Oradakı mühit tam  başqadır, münasibətlər başqadır. Oradan gərək uzaq durasan. Sırf ədəbiyyatla məşğul olmaq istəyən insan vaxtını televiziyada qoyarsa, işləri axsayar. Ömrünü yaradıcılığa həsr etmək istəyənlər gərək, efirə yaxın durmaya. – AzTV-dəki fəaliyyətiniz sizin yaradıcılığınızı nə dərəcədə əngəllədi? – Mən orada çalışanda kimsə bilmirdi ki, yazaram. Orada tamaşalarım oldu, filmlərim çəkildi. Lakin müsbət cəhətləri ilə yanaşı mənfi cəhəti də çox oldu. Mən orada 70 film işlədim. Televizyanın faydasını dana bilmərəm, amma yenə də uzaq durmaq lazımdır. – AzTV-nin görünməyən tərəfləri hansılardı? – Dil çox yaxşı qorunur, dialektə izn verilmir, geyimlərə məhdudiyyət var, daha ciddi olmağa üstünlük verilir. Aparıcı etikası əsasdır. Bu baxımdan digər televiziyalardan əsas fərqi budur. Bunlar önəmli nüanslardır. Digər kanallara nisbətən azadlıq azdır, istər efirə gedən material, istər dəvət olunan qonaqlar bunlarda əsaslı fərq var. Elmin NuriKəmalə Yusifli




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler