Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Memeliler quyruqlu ulduz toqquşmasından çoxalıb  – İDDİA 

15 Ekim 2016

7:52 am


15/10/2016 [11:48]: xeber –
55 milyon il əvvəl dünyayla toqquşduğu iddia edilən quyruqlu ulduzun məməlilərin planetdə hakimiyyət qurmasını təmin etmiş ola biləcəyi bildirilib.sayt xəbər verir ki, amerikalı alimlərin apardığı araşdırmalar quyruqlu ulduzun dünyayla toqquşmasının temperaturun qəfil yüksəlişinə, Eosen dövründə məməlilərinin sayının sürətlə artmasına zəmin yaratmış ola biləcəyini ortaya çıxarıb.Toqquşmanın təsiri ilə məhlul maddənin havada qatılaşması nəticəsində əmələ gəldiyi düşünülən kürə şəklində şüşə parçaları tapılıb. Alimlər bunun 55,6 milyon il əvvəl planeti sürətlə qızdıran karbondioksid və istixana təsiri yaradan digər qazlarla əlaqəsi ola biləcəyini açıqlayıb.Rutgers Universitetindən Dennis Kent orta hesabla 1700 dərəcə temperaturda formalaşan bir mineral aşkar edilməsini, daha aşağı temperatura malik vulkanik maqmanın bu mədənin ortaya çıxması üçün yetərli olmadığını bildirib. Kürələrdən birində mikroskopik kuvars hissəciklərinin görüldüyü, kuvarsın kosmik bir toqquşmanın yol açacağı intensiv təzyiq nəticəsində bu şəklə girəcəyinə diqqəti yönəldib. Bu iki sübutun dünyayla quyruqlu ulduzun toqquşması nəzəriyyəsini gücləndirdiyi də vurğulanıb.Qeyd edək ki, araşdırmanın nəticələri Science jurnalında geniş şərh edilib.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler