Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Memarlıq ve İnşaat Universiteti 40 yaşını qeyd edib – Fotolar

23 Haziran 2016

12:32 pm


23/06/2016 [16:29]: xeber –
İyunun 23-də “Gülüstan” sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.Tədbirdən öncə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi və kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər qoyublar.Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiklər, dünyanın müxtəlif ölkələrindən olan alimlər, ali məktəb rektorları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların təmsilçiləri iştirak ediblər.Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra AzMİU-nun 40 illiyik yubileyinə həsr olunmuş film nümayiş olunub.Yubiley mərasimini giriş sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova qonaqları salamlayıb. O, yüksək dövlət təltiflərinə görə ölkə Prezidentinə rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib. Rektor ölkəmizdə 95 illik tarixə malik memarlıq və inşaat ali təhsilinin tarixindən, AzMİU-nun keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. AzMİU-nun yaradılmasında və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu xatırladan rektor ulu öndərin hər zaman universitetə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. G.Məmmədova 1975-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan ali məktəbin ötən illər ərzində zəngin inkişaf yolu keçdiyini söyləyib. Rektor bildirib ki, inkişafının yeni mərhələsini yaşayan universitetdə məhz İlham Əliyevin qayğısı və dəstəyi ilə son illərdə müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş tədris laboratoriyaları və mərkəzlər istifadəyə verilib.Universitetin akademik göstəriciləri haqqında məlumat verən rektor AzMİU-nun zəngin maddi-texniki imkanlara və qabaqcıl təcrübəyə malik olduğunu bildirib: “Universitetdə 7 minə yaxın tələbənin təlim-tərbiyəsi ilə 550-yə yaxın professor-müəllim və elmi işçi məşğul olur. AzMİU-da dünyanın 14 ölkəsindən 700 əcnəbi tələbə təhsil alır. Təhsil Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirmək məqsədilə yaradılmış SABAH qrupları AzMİU-da da uğurla fəaliyyət göstərir”.Hazırda dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq edən AzMİU Beynəlxalq Universitetlər Assosiasiyasının, Avrasiya, Qara Dəniz Ölkələri, İslam ölkələri Universitetləri assosiasiyalarının üzvüdür, dünyanın bir neçə qabaqcıl universiteti ilə ikili diplom proqramı üzrə mütəxəssislər hazırlanır. AzMİU-da KNAUF, Təmiz şəhər tədris mərkəzləri, Holsim və başqa qurumlar fəaliyyət göstərir. Rektor gənclərin elmə, təhsilə marağının ildən-ilə artması nəticəsində Universitetinin bundan sonra daha böyük nailiyyətlər qazanacağına əminliyini bildirib.Universitetin rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edən Baş nazirin müavini Abid Şərifov AzMİU-nun elm, təhsil sahəsində önəmli xidmətlərini vurğulayıb, Azərbaycanın bu nüfuzlu ali təhsil müəssisəsinə yeni nailiyyətlər arzulayıb.Təhsil naziri Mikayıl Cabbarov universitet kollektivini təbrik edib, zəngin ənənələrə malik AzMİU-nun 40 illik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamət və hədəflərindən bəhs edib, əldə olunan uğurların davamlı xarakter daşıdığını bildirib: “Ali təhsilin qloballaşması nəticəsində alətlər dəyişir, təhsil sisteminin real iqtisadiyyatla bağlantısı daha da artır. Müasir dünyada ali təhsil müəssisələri təkcə elm-tədris funksiyasını deyil, həm də iqtisadi artım mərkəzi rolunu oynayırlar”.Təhsil naziri ölkə başçısının təbrikini və yubiley münüsibəti ilə AzMİU əməkdaşlarının təltif olunması barədə sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb, yüksək dövlət təltiflərini təqdim edib.Daha sonra ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BDU-nun rektoru, akademik Abel Məhərrəmov və başqaları təbrik nitqi ilə çıxış edib, universitet kollektivinə xoş arzularını çatdırıblar.Onu da qeyd edək ki, memarlıq və inşaat ali təhsilinin inkişafındakı xidmətlərinə görə universitetin bir qrup əməkdaşı Təhsil Nazirliyinin fəxri fərmanlarıyla təltif olunublar.AzMİU rəhbərliyi də memarlıq və inşaat ali təhsilinə göstərdikləri diqqət və qayğıya görə bir sıra dövlət və özəl şirkətləri, eləcə də səmərəli əməkdaşlığa görə bir sıra KİV nümayəndələrini mükafatlandırıb.Tədbirin sonunda AzMİU-nun kollektivi adından ölkə Prezidentinə ünvanlanmış məktub oxunub.AzMİU-nun mətbuat xidməti




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler