Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Melahet Mürşüdlü “Fetoçu”dur”

17 Ağustos 2016

9:32 am


17/08/2016 [13:29]: xeber –
sayta “Azad müəllimlər” Birlyinin adının çəkilməsini istəməyən keçmiş üzvlərindən birinin maraqlı yazısı daxil olub. Yazını olduğu kimi oxucuların diqqətinə çatdırırıq: “Son günlər bir neçə saytda keçmiş təhsil naziri Misir Məradovun “Qafqaz” universiteti və “Çağ öyrətim” şirkətinin şəbəkəsinə daxil olan orta məktəblər barədə bəlağətli çıxışının video çarxı geniş rezonansa səbəb olmuşdu. Həmin çıxışda Misir Mərdanov bir qədər də uzağa gedərək “Qafqaz” universitetini Azərbaycan xalqının milli sərvəti adlandırmışdı. Bundan bir neçə gün sonra saytların birində “Müsavat” partiyasının tanınmış funksionerlərindən biri, “Azad Müəllimlər” Birliyinin sədri Məlahət Mürşüdlünün bu mövzuda müsahibəsi dərc olunub. Məlahət xanım Misir Mərdanovu hec cür təkzib edə bilməzdi. Çunki xanım Mürşüdlü adı olub, özü olmayan bir təşkilatın adından vaxtilə Misir Mərdanovdan xeyli qrant alıb.Məlahət xanım müsahibəsində deyir: “Xatırlatmağa dəyər ki, Universitetin təsisçiləri bir neçə göstəricilərə görə Türkiyə ilahiyatçısı Gülənin yaxınlarının strukturu hesab olunur”. Məlahət Mürşüdlü belə bir ifadədən sonra “Qafqaz universitetinin” idarəçiliyinin dəyişdirilməsinin əleyhinə olmaqla hökumətin bu sahədəki siyasətinə qarşı çıxır. Məlahət Mürşüdlünü buna sövq edən əsas səbəblərdən biri də onun Türkiyə Dəyanət Liseyinin müəllimi olmasıdır. Göründüyü kimi gülənçilər həm də Vətəndaş cəmiyyəti sektorunda özlərinə yer tapa biliblər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler