Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mektub yazmaq kabusların qarşısında soyunmaqdır” – arzu ve ehtiras dolu sevgi mektubları 

26 Ağustos 2016

9:36 am


26/08/2016 [13:35]: xeber –
Tanınmış yazarların, incəsənət adamlarının məhəbbət məktublarını oxuyarkən özümüzü bir qədər günahkar hiss edərik. Çünki onlara məxsus olanı, bəlkə də bizimlə bölüşmək istəmədiklərini onlardan icazəsiz oxuyuruq. Ancaq günah da olsa, biz bu məktubları oxumalıyıq. Oxumalıyıq və günümüzdə tez istehlak edilən bir “mal” halına gəlmiş məhəbbətin bir zamanlar daha güclü və təmiz olduğunu xatırlamalıyıq.sayt daha bir neçə dahi yazarın ürəyimizi isidəcək məhəbbət məktublarını təqdim edir. Əvvəlini bu linkdən oxuya bilərsiniz: (http://www.moderator.az/news/149148.html)Təqdim edəcəyimiz bu məktubu Türkiyənin parlaq imzası Nazim Hikmət həyat yoldaşı Pirayəyə yazıb. N.Hikmət Pirayəyə çox sevgi məktubu yazıb və hər dəfə qızılı saçlı sevgilisini seirlə vəsf edib: “Qarıcım,Bu dəfəki ilk məktubuma sənin üçün yazdığım bir şeir ilə başlayıram:Saat dörd yoxsan, saat beş yoxsan / Altı, yeddi ertəsi gün və bəlkə də, kim bilir / Həbsxana həyətində bir bağçamız vardı. /İsti bir divar dibində on beş addım qədərdi./ Gəlirdin, yan yana otururduq, Qırmızı və böyük torban da qucağında.Quzum qarıcım, bu şeirləri yaxşı oxu. Yazdıqlarımın ən yaxşısı deyilsə də, ən yalansızlarıdır. Səni necə yalansız, bəzəksiz, sənətsiz sevirəm, bunlar da elədir…”Qeyd edək ki, Pirayə Nazim Hikmətin ailə qurduğu ikinci xanım olub. Nazim Hikmətlə ailə quranda onun birinci həyat yoldaşından bir oğlu və bir qızı olub. 20 il davam edən sevgiləri boyunca Pirayə Nazim Hikmətə hər zaman dəstək olub, uzun illər həbsxana həyatı yaşayan sevglisininin yolunu  səbrlə gözləyib. Lakin Nazim Hikmət həbsxanada olarkən yanına tez-tez gələn dayısı qızı Münəvvərə aişiq olub. Ailəli və bir oğlu olan Münəvvər Nazim Hikmətə görə həyat yoldaşından ayrılıb və həbsxanadan çıxandan sonra Nazim Hikmətlə ailə həyatı qurublar. Bu evlilikdən onların eynən Nazim Hikmətə oxşayan Mehmet adlı bir oğlan övladları dünyaya gəlib. Buna baxmayaraq, Münəvvər də Nazim Hikmətin həyatındakı son qadın olmayıb. N.Hikmət daha sonralar Qalina, Vera adlı xanımlarla da evlənib. Növbəti məktub Fransır yazarı Stendal sevgilisi Matilda Dembovskiyə yazdığı məktublardan biridir: “Çox xoşbəxtəm, gün keçdikcə sizi daha çox sevirəm, siz artıq mənə keçmişdə göstərdiyiniz ən bəsit dostluğu belə göstərmirsiniz.Eşqimin son dərəcə parlaq bir sübutu var.  Sizinlə birlikdəykən içinə düşdüyüm, özümə hirslənməyimə səbəb olan, amma öhdəsindən gələ bilmədiyim şikəstlik. Otağınıza gələnə qədər cəsarətli oluram, lakin sizi görən kimi titrəməyə başlayıram.Sabah gedirəm, sizi unutmağa çalışacağam, əgər əlimdən gələrsə, ancaq hələ bacara bilmirəm. Bugün ən böyük işim ehtiyatı əldən vermədən sizi görə bilmək yollarını axtarmaq olub. Sizi yanınızdaykən deyil  də, sizdən uzaqdaykən daha çox sevirəm. Sizdən uzaqdaykən mənə qarşı yaxşı münasibətdə olduğunuzu hesab edirəm, halbuki yanınızdaykən varlığınız bu şirin xəyalları yox edir”.Qeyd edək ki, Stendal İtaliyada sevgilisi Matildadanvskidən ayrıldıqdan sonra depressiyaya düşüb. 1821-ci ildə Parisə qayıtdıqdan sonra yazdığı “Eşq haqqında” kitabını Matildayla yaşadığı sevgiyə həsr edib. Bu məktubu da alman dilli, yəhudi əsilli çex yazıçı Frans Kafka öz tərcüməçisi olmuş sevgilisi Milenaya yazıb: “Yox Milena, sizə yazmağım üçün daha başqa bir imkan yaradasınız, sizdən bir daha xahiş edirəm. Poçta boşuna getməməlisinizdi, hətta poçtalyon qadından belə boş yerə məktub soruşmamalısınız. Başqa heç bir imkan tapa bilmirsiniz, vəziyyətə dözmək məcburiyyətindəsiniz, amma heç olmasa bir az səy göstərin, yazmağım üçün imkan yaradın.Dünən gecə yuxumda sizi gördüm. Detalları xatırlamıram, bildiyim tək şey bir-birimizin içində əriyib ağlayadığımızdır. Mən siz idim, sizsə mən. Sonda necə oldusa alovlandınız. Alovun parçala söndürülə biləcəyi ağlıma gəldi, köhnə bir pencək götürüb üzərinizə çırpmağa başladım. Amma bu dəfə görünüşümüz də dəyişməyə başladı, dəyişdi, dəyişdi, sonunda artıq görünməz oldunuz. Bu dəfə mən yanırdım, pencəklə alovları çırpan də mən idim. Amma çırpmağımın bir faydası olmadı və bu cür şeylərin yanğını söndürməyəcəyinə dair keçmiş qorxum təsdiqləndi.Bu arada yanğınsöndürənlər gəldi və necə oldusa sizi xilas etdilər. Amma əvvəlkindən fərqliydiniz, kabus kimi, qaranlığa təbaşirlə çəkilmiş xətlərdən ibarət olurdunuz, sanki, sonra qollarıma yığıldınız, öldünüz, ya da bəlkə xilas edilmiş olmağın verdiyi sevincdən huşunuzu itirmişdiniz. Amma burada da şəkil dəyişdirmənin qeyri-müəyyənliyi dövrəyə girdi, bəlkə də birinin qollarına yığılan mən idim”.Qeyd edək ki, Kafka Milena ilə Praqada tanış olub. Kafka Milena ilə tanış olana qədər iki qadınla nişanlı olmuşdu. Milena isə bu tanışlıq zamanı evil idi. Kafkayla iki il sevgili olan və məktublaşan Milenanın bu sevgiyə görə başı çox böyük bəlalar çəkib. Ayrıldıqalrı zaman isə Kafka Milenaya bütün məktublarını yandırmağı tapşırıb. Lakin həmin məktublar Milenanın yaxın dostu tərəfindən qorunub, bu günümüzə qədər gəlib çıxa bilib.Kafkanın sevgi məktubları ilə bağlı dediyi bu ifadə çox məşhurdur:”Məktub yazmaq kabusların qarşısında soyunmaq deməkdir,  onlar da ac canavarlar kimi bunu gözləyirlər. Yazıya  tökülən öpüşlər ünvanına çatmaz, kabuslar onları yolda içib qurtarar…”  Hazırladı: Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler