Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mektebehazırlıq qrupları Bakıdakı 254 mektebde fealiyyet gösterecek

20 Eylül 2016

6:52 am


20/09/2016 [10:48]: xeber –
Oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qrupları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək.İdarədən verilən məlumata görə, hazırda BŞTİ tərəfindən məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün şəraitin öyrənilməsi məqsədilə monitorinqlər həyata keçirilir. Hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəb şəbəkəsinin genişlənəcəyi gözlənilir.Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar aşağıdakı sənədlər əsasında qəbul ediləcəklər:1. Məktəbin direktorunun adına ərizə;2. Uşağın mübadilə vərəqəsi;3. Uşağın doğum haqqında şəhadətnaməsinin surəti;4. Uşağın 3×4 ölçüdə 2 ədəd fotoşəkli.Oktyabrın 1-dən mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır.Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.  Hazırlıq qruplarının keçiriləcəyi məktəblərin siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar. Qeyd edək ki, Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler