Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mektebde şagirdlere “vor-zakon” mahnıları öyredilir – GÖZLƏNİLMƏZ…

03 Ekim 2016

11:36 am


03/10/2016 [15:32]: xeber –
Rusiya  məktəblərindən birində şagirdlərə  “qanuni oğru” mahnıları öyrədildiyi bəlli oldu. sayt-ın Ukrayna mediasına istinadla verdiyi məlumata görə, gözlənilməz olay Novosibirsk şəhərində baş verib.  Fransız təmayüllü 16 saylı gimnaziyada oxuyan şagirdlərin valideynləri hiddətlənərək bu barədə yerli “FlashSiberia” portalına məlumat veriblər. Qeyd edək ki, xəbəri digər Rusiya saytarı da təsdiqləyib. Valideynlərə məlum olub ki, onların övladlarına ev tapşırığı kimi məşhur rus “vor-zakonu” və şanson mahnılar müəllifi, 2002-ci ildə müəmmalı şəkildə qətlə yetirilmiş  Mixail Kruqun mahnılarından birinin mətnini öyrənmək tapşırılıb.  Xatırladaq ki, şanson deyəndə Rusiyada kafe-barda oxunan açıq-saçıq, bəzən bayağı, adətən türmə mühitinə aid mahnılar  nəzərdə tutulur. Valideynlərdən birinin sözlərinə görə, uşaqlar dərs zamanı musiqi müəllimindən  zarafatla  onlara M.Kruqun mahnılarını öyrətməyi xahiş ediblər. Müəllim isə ciddi formada tanınmış şansonun məşhur “Vladimirskiy sentral” mahnısının mətnini  kompüterdə çap etdrirərək şagrdlərə paylayıb və evdə öyrənməyi tapşırıb. Üstəlik, dərsdə həmin nəğməni uşaqlara 3 dəfə oxutdurub. Valideynlər isə etiraz edir ki, belə mahnıları 13 yaşından aşağı uşaqların dinləməsi, oxuması doğru deyil. Gumnaziya rəhbərliyi və şəhər təhsil departamaenti  olaya hələki şərh verməyib. Xatırladaq ki, Rusiyaya gedib-gələn  bəzi soydaşlarımızın da sevə-sevə dinlədiyi  “şanson kralı” Mixail Kruqun “Vladimirski sentral” mahnısı nəinki Rusiyanın, dünyanın ən qəddar, ən qapalı və sərt həbsxanalarından biri  olan eyni adlı türməsindən bəhs edir.  Keçmiş SSRİ-də və sonradan Rusiyada ən qatı cinayətkarları  Moskvada Yekaterina dövründən tikilmiş “Vladimirski sentral”a “etap” edirmişlər. Azərbaycandan da Lotu Bəxtiyar, Masallı Mamed kimi xeyli tanınmış  “avtoritet” də bu türmənin “süzgəci”ndən keçiblər.  Deyilənə görə,  bakılı Bəxtiyara  “qanuni oğru” adı da elə “Vladimirskiy Sentral”da verilib.M.Kruq  sözügedən mahnını “Sentral”da  onunla birgə cəzasını çəkən “Saşa Severnı” ləqəbli “qanuni oğru”ya həsr edib. Kruqla yaxın dost olan “Saşa Severnıy” bir vaxtlar Rusiya kriminalının atası sayılıb.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler