Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mekteb direktoru BakiPost.az saytını mehkemeye verir – Böhtana göre…

31 Ekim 2016

5:44 pm


31/10/2016 [21:40]: xeber –
Gəncədə yerləşən Kəlbəcər rayon 11 saylı orta məktəbdə müəllimin şagirdi döyməsi ilə bağlı günorta saatlarında BakiPost.az saytında gedən yazı ilə bağlı sayta etiraz məktubu daxil oluib.Şikayətçi 11 saylı Kəlbəcər 11 saylı orta məktəbin direktoru Əlizamin Qarayev məktubunda bildirir ki, adıçəkilən saytın əməkdaşı tamamailə yalan, təhrif edilmiş, qərəzli və sifarişli yazı yazmaqla həm onun şərəf və ləyaqətini təhqir edib, həm də rəhbərlik etdiyi təhsil ocağının işgüzar nüfuzuna zərbə vurub.Direktor bildirir ki, guya onun rəhbərlik etdiyi təhsil ocağında riyaziyyat fənnini tədris edən Qafur müəllimin 8-ci sinifdə oxuyan iki qızı döyməsi ilə bağlı saytda gedən yazı tamamilə uydurmadır:”Əvvəla, 11 saylı orta məktəbdə Qafur adlı riyaziyyat müəllimi işləmir. Guya qızların valideynlərinin riyaziyyat müəlliminə etiraz etməsi xəbəri də uydurmadır və bu yolla ictimai rəyi çaşdırmaq niyyəti güdülür. Ölkədə fikir və söz azadlığa var deyə hər yerindən duran bir sayt açıb insanların heysiyatınamı toxunmalıdır? Yoxlanılmamış, dəqiqləşdirilməmiş, tamamilə uydurma olan məlumatların tirajlanmasında hansı məqsəd güdülür? Təbii ki, niyyət bəllidir və bulanıq suda balıq tutmaq həvəsində olanların ucuz təhdid metodlarına boyun əymək fikrimiz yoxdur. Əksinə, mən həmin saytın rəhbərliyini xəbərdar edirəm ki, həmin qərəzli və böhtan xarakterli məlumatları saytdan yığışdıraraq bizdən üzr istəməsə onu məhkəməyə verəcəm. Qoy gəlib ədalət mühakiməsi qarşısında atdığı böhtana görə cavab versin”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler