Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mekteb direktorları üçün xüsusi hazırlıq kursları teşkil olunacaq

01 Temmuz 2016

8:52 pm


02/07/2016 [00:48]: xeber –
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Direktorların hazırlığı kursları -2016” layihəsi Bakı şəhəri ilə yanaşı regionlarda da keçirilməyə başlanılıb. sayt xəbər verir ki, bu təlimlərin məqsədi müasir idarəetmənin bilik və bacarığına yiyələnən, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir. Təlimlərdə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən 40 təhsil işçisi iştirak edib. Təlimlərdə təhsil menecmentinin daha səmərəli təşkilini dəstəkləyən  təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsilin idarəedilməsi və monitorinqi, təhsili idarəetmənin  psixoloji əsasları, təhsildə maliyyənin idarəolunması kimi fənlər tədris olunub. Təhsil Nazirliyinin nümayəndələri və Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç kursun dinləyiciləri olan direktorlara sertifikatlar təqdim edib. Qeyd edək ki, növbəti layihə 8 İyul –  6 Avqust aralığında Gəncədə şəhərində keçiriləcək. Layihədə  Gəncə şəhəri, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından  41 nəfər  iştirak edəcək . Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler