Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mekke evezine Kerbela”: Klintonun İslama qarşı müdhiş planı…

10 Ekim 2016

7:04 pm


10/10/2016 [22:31]: xeber –
Ortada prezidentlər, nazirlər,  ali ruhanilər, şeyxlər, müctəhidlər və s.-dən ibarət  FETÖ-dan da dəhşətli bir  xaos şəbəkəsi var…Amerikadakı seçkiqabağı kampaniyanın iki əsas qəhrəmanı var: kişi (!) Donald Tramp və qadın (!) Hillari Klinton… Bu iki şəxs nəinki ABŞ-ın, faktiki olaraq bütün dünyanın idarəedici qurumlarından birinin rəhbərliyinə namizədlərdir.  Nədən ki, Ağ Ev rəhbərlərinin verdiyi hər bir qərar yer üzündəki ictimai-siyasi, iqtisadi, hərbi və s. proseslərə təsirsiz ötüşmür. Bu gün həm Amerika daxilində, həm də digər dünya ölkələrində siyasi olaylarla maraqlanan “ağlı başında olan” hər kəs Trampın seçilməsinin qəti əleyhinədir. Çünki onun  nitq, jest və hərəkətləri bir insan kimi xarakterini, bir super dövlətin lideri olduğu halda planeti nə hala sala biləcəyini dərhal biruzə verir. Özünün aqressiya dolu çıxışlarıyla D.Tramp  daha çox Amerikadakı və ümumiyyətlə, cəmi müsəlmanların nifrətini qazanıb. Belə çıxır ki, H.Klinton müsəlmanlara rəğbətlə yanaşan bir siyasətçidir və düşünən(!) müsəlman məhz bu namizədə dəstək verməlidir.  sayt-ın  aparıcı xüsusi xidmət  orqanlarının məlumat bazalarına çıxışı olan məxfi ekspert-konspiroloqu  hesab edir ki, əslində H.Klintonun hakimiyyətə gəlişi yalnız müsəlmanlar üçün yox, bütövlükdə bəşəriyyyət üçün daha böyük təhlükədir… -Siz hansı əsasla bu qənaətə gəlmisiniz?- Əslində bunlara “seçkiqabağı kampaniya” yox, “seçkiöncəsi manipulyasiya” desək, daha doğru olar. İnsanları seçki prosesinə cəlb etmək üçün supergüclərin təlxəyi, klounu rolunu oynayan və Ağ Evin hansısa dövlətə qarşı rəsmən deyə bilmədiyini dolayısıyla açıqlayan  D.Trampın açıq çıxışlarına rəğmən H.Klinton gizli və hiyləgər planlara malikdir. Burada Şeyx Şamilin kəlamı yada düşür: ”Ən təhlükəli düşmən dost cildində olan düşməndir”. Keçmiş dövlət katibinin kimliyini müəyyən etmək üçün onun dövlət katibi kimi hakimiyyətdə olduğu dövrdə (2009-2013) Amerikanın, Pentaqonun bəşəriyyətə və xüsusilə, İslam dünyasına qarşı törətdiklərini yada salmaq kifayətdir. Yalnız 2011-ci ildən Misirdən, Əlcəzairdən başlanan “Ərəb baharı”, Liviya və Suriyanı bu günədək dəhşətli xaos içində saxlayan əcaib üsyanları yada salmaq yetərlidir. Və bunlar hələ üzdə olan proseslərdir. Son məlumatlara görə, Hillari Klintonu dünəndən bu günə himayə edən Rokfellerlərdir. Bu transmilli sələmçi bankir-oliqarx şəbəkəsi ABŞ-ın və dolların dünyadakı hegemonluğunu hər vasitə ilə qoruyub saxlamağa çalışır. Onların  oxşar tipli rəqibi, amma yeri gələndə müttəfiqi olan Rotşildlər isə əksinə, nəinki Amerikanı, bütün dünyadakı dövlətçilik sistemlərini çökürtmək və planeti bütövlükdə xaosa bələməklə yönəltmək məqsədi güdür. Odur ki, Rotşildlər  daha radikal, “hər  yetənə daş atan”  respublikaçı namizədə – D.Trampa “stavka” edirlər.  Yəni, bununla ABŞ-ın sonuna çıxmaq fikrindədirlər. Bir sıra siyasətçilərin “Tramp Amerikanın son prezidenti olacaq” ifadəsi də təsadüfi deyil. Rokfellerləri ABŞ-ın  Hərbi Sənaye Kompleksinin əksər hissəsi, iri bankirlər, iqtiasadçı və s. dəstəkləyirsə, Rotşildlərin əlində daha kəskin bir silah da var: “WikiLeaks”. Bu “məğlubedilməz” sayt hələ prezidentliyə namizəd olmamışdan öncədən Hillari Klintonu “vurmağa” başlayıb. Bu günlərdə isə  H.Klintonun dövlət katibi olduğu dövrdə (2009-2013) “İŞİD”-ə  və “Əl-Qaidə”yə dəstək verməsi  barədə “sensasion” yazışmalar əldə edildi… Ancaq sabiq dövlət katibinin supergüclərin himayəsi altında həyata keçirdiyi  elə məxfi əməlləri var ki, “WikiLeaks”sin rəhbəri Assanjs, yaxud  “Rusiyaya satılımış” MKİ agenti Edvard Snoudenin bunlardan ya xəbərləri yoxdur, ya da bilərəkdən bu barədə susurlar. O da var ki, hər iki “odda yanmaz-suda batmaz” məxfi məlumatlar dağarcığı ağalarının əmri olmadan hər şeyi bilə bilməz və hər bildiklərinin danışa, paylaşa bilməzlər…- Bəs Klintonun hansı gizli planları var?-Əldə etdiyimiz informasiyaya görə, keçmiş dövlət katibinin əsas planı İslam dünyasının parçalanmasını tamamlamağa yönəlib. Hazırda dünyanın heç  bir aparıcı saytında bu barədə informasiya yoxdur. Ancaq mötəbər mənbələrə əsasən Klintonun planı həqiqətən mövcuddur və onun çox qəribə adı var:” Kerbela vs Mekka”. İngiliscədən tərcümədə bu,”Məkkə əvəzinə Kərbəla” deməkdir…- Planın mahiyyəti sizə məlumdurmu?- Bəli. Planın adı artıq çox şeyi açıqlayır:”Məkkə əvəzinə Kərbəla…” Nə deməkdir bu? Söhbət Qurani-Kərimdə Allahın vacib buyurduğu Həcc ziyarətinin hədəfi olan cəmi müsəlmanların ən müqəddəs şəhəri – Məkkənin bir qisim möminin şüurunda  Kərbəla ilə əvəzlənməsi cəhdindən gedir. Əslində bu məkrli və iyrənc planın kökü XVIII əsrdə  Böyük Britaniya Krallığının İslam dünyasını parçalamaq üçün hazırladığı 1000 səhifəlik yüzillik proqramının tərkib hissəsi və davamıdır. Bəşər və İslam düşmənləri o zaman  sona çatdıra bilmədiklərini  bu gün tamamlamaq əzmindədirlər. Son olaylara diqqət edin: 2015-ci ilin Həcc ziyarəti ərəfəsində Məkkədə gah nəhəng tikinti kranı aşıb məscidi uçurdu, gah  dəhşətli tıxac, basabas yarandı,  gah da otel yandı. Nəticədə zəvvarlardan yüzlərlə  həlak olan, minlərlə  yaralanan oldu. Sonda isə bilindi ki, ölən və yaralananların əksəriyyəti iranlıdır. Niyə məhz iranlı? Bu təsadüf idimi? Xeyr. Bu, MKİ, MOSSAD, Mİ-6 vasitəsilə  hazırlanmış ssenarinin tərkib hissəsi idi. Daha irəli gedən strateji məqsəd, ümumiyyətlə, müsəlmanları Həcc ziyarətinə gəlməkdən çəkindirmək idisə, yaxın planlı taktiki məqsəd İranla Səudiyyə Ərəbistanı arasındakı ziddiyyətləri son həddədək gərginləşdirmək idi… Onsuz da 2011-ci ildə Suriyada körüklənən  daxili qarşıdurmalardan bu  gərginlik artmaqda idi. 2015-ci ildə başlanan Yəmən savaşları isə iki müsəlman ölkəsini üçüncü İslam ölkəsinin ərazisində faktiki hərbi qarşıdurmaya gətirməklə gərginliyi zirvəyə doğru aparmaqdadır. Əslində  təməllərindən İslam adıyla, amma İslama zidd bir sıra əsaslarla qurulmuş hər iki dövlətin toqquşacağı, daha doğrusu, toqquşdurulacağı labüd idi… Daha açıq desək, bu qlobal siyasi teatr səhnəsində şiə müsəlmanların himayəçisi rolunda İran, sünni müsəlmanların arxası rolunda isə Səudiyyə Krallığı çıxış edir…- Belə çıxır ki, Hillari Klintonun kuratoru olduğu planda əsas məqsəd İran-Səudiyyə qarşıdurmasını birbaşa qarşılıqlı hərbi toqquşmaya, müharibəyə çatdırmaqdır. Bunun üçün də şiələrin birbaşa və dolayısıyla Məkkəyə, yəni Həccə yolunu kəsmək və onları Kərbəlanı ziyarət etməklə  bu vacib əməli əvəzləmələrinə inandırmaq gərəkdir…- Bəli. Bundan sonra Məkkə qırğınlarıyla İran rəhbərliyinın əlinə kozır verildi ki,  təhlükəsizliyi bəhanə edib ölkədəki şiə müsəlmanların Həccə getməsinə qadağa qoyulsun. “Hizbullah” da İrandan nümunə götürərək Livandakı tərəfdarlarına eyni göstərişi verdi. Müsəlmanlara Quranda vacib buyurulan bir əmrin icrasına əngəl olmağın şəriət baxımından nə dərəcədə  dürüst olub-olmadığını qoy İslam alimləri müəyyən etsinlər. Həmçinin şiələrə  “kafirlər Məkkəni murdarlayıb və oranın yolunu kəsib, ona görə Kərbəla bizə kifayətdir”  kimi düşüncələr aşıalamağa  şərait yarandı. Digər tərəfdən isə Ərəbistana  sünniləri və özlərini onlara “yaxın” kimi sırıyan vəhabiləri də  “görürsüz, şiələr kafirliklərini isbatladılar”, daha Həcci vacib saymırlar, bidət olaraq özlərinə yeni “Həcc” icad ediblər, Allahın, Quranın, Peyğəmbərin(s) əleyihinə gedirlər…” düşüncələriylə şiələrə qarşı tam radikallaşdırmaq  üçün “əsas” verildi. Və Bütün bunların  İslam coğrafiyasında  hansı bir xaotik bir qarşıdurmaya gətirib çıxaracağını təsəvvür etmək çətin deyil… Türkiyə, İran və Səudiiyyə Ərəbistanın da  neçə-neçə parçalara bölünməlidir…-Axı bu günlərdə məlum oldu ki, Hillari Klinton hələ 2013-cü ildə dövlət katibi olarkən Səudiyyə Ərəbistanını ekstremizmə meydan verməkdə günahlandırmışdı?- Siyasətdə hər deyilən sözün arxasında  həqiqət dayansaydı, dünya düzələrdi ki…Bunlar hamısı yenə də manipulyasiyadı. Digər tərəfdən, “WikiLeaks”in ortaya çıxardığı həmin Klintonun “Əl-Kaidə”yə və “İŞİD”-ə silah və  digər vasitələrlə dəstək verməsi də onun əməllərinin sözlərinə tam zidd olduğunu təsdiqləyir. Onu da deyim ki,  Klinton sadəcə icraçıdır. Bu planın arxasında Rokfeller və Rotşldlərdən də böyük güclər durur. Bu haqda növbəti söhbətlərimizdə bəhs edərik. ABŞ-ın son illər nüvə enerjisi məsələsində rəsmi Tehranla uzlaşması da, guya Səudiyyə Krallığıyla müəyyən məsələlərdə aralarında ziddiyyət yaranması, Yəmən və Suriyada münaqişənin uzadılması  və s. eyni planın tərkib hissəsidir. Diqqət edirsizmi  İraq savaşı başladığı ilk vaxtlarda müsəlmanlar Həcc, eləcə də  Kərbəla ziyarətinə getməkdə  əngəllərlə üzləşirdilər.  Sonradan bu əngəllər tədricən aradan qalxdı. “İŞİD” də  bir müddət Kərbəla ətrafında döyüşlər apardı. Lakin bu günlər Kərbəlaya gedib-gəlmək o qədər də çətinlik törətmir. İrandan, eləcə də Azərbaycandan şiələr  bu ziyarətə əvvəlkindən də  böyük həvəslə yollanırlar. Azərbaycandan da Kərbəlaya hətta piyada  yollanan qruplar da xeylidir… Bu yandan isə Yəməndə vəziyyət daha da gərginləşir. Ərəbistan ordusu matəm mərasimini bombalayır, 200-dən çox müsəlman şəhid olur. Yəməndən isə husilər Məkkə istiqamətinə ballistik raket buraxır… Əslində Məkkə də, Kərbəla da hər tərəfdən mühasirəyə alınır… Və bütün bunlar artıq dünyaya sünni-şiə qarşıdurması kimi təqdim edilməkdədir. Müsəlmanlar yaşayan hər yerdə bu zəmindəki ziddiyyətləri silahlı toqquşmalar müstəvisinə keçirməyə cəhdlər  də aydın nəzərə çarpır. Bu günlərdə Moskva Cümə məscidində vəhhabi hesab edilən şəxslərin İmam Hüseyn(ə) yas tutan azərbaycanlı müsəlmanlara hücum etməsi də bu prosesin simptomlarındandır… -Bəs Türkiyəyə meydan oxuyan FETÖ bu planın harasındadır?-Bu da İslam-türk  dünyasına qarşı aparılan paralel bir prosesin tərkib hissəsidir.  Amma əsasən İslamın türk dünyasındakı dayaqlarını masonlaşdırmağa yönəlmiş FETÖ Türkiyədə məğlub olsa da, Fətullah Gülənin əliylə qatılan xəmir hələ çox su aparacaq…  Onu da deyim ki, “Kerbela vs Mekka” planının icraçılar şəbəkəsi daha yüksək səviyyəldir. Burada söhbət prezidentlərdən, nazirlərdən, ali ruhanilərdən, şeyxlərdən, müftilərdən, müctəhidlərdən gedir…-Deyilənlərdən aydın olur ki,  Klintonun planı uğurla davam etdirilir. Deməli,   “Kerbala vs Mekka” planının  sona çatdırılması üçün onun hakimiyyətə gətirilməsi də vacibdir…-Əlbəttə. Bütün xəstəlik-filan hoqqalarına rəğmən Hillari xanımın hakimiyyətə gəlmək şansları böyükdür. İslama qarşı yönəlmiş sözügedən müdhiş plandan əlavə, onun öhdəsinə daha bir məsələdə qoyulub: Rokfellerlərin 40 ildən çoxdur ki, yürütdüyü feminizasiya-qadınlaşma siyasətini daha da gücləndirmək… Bunun üçün ABŞ-da ilk dəfə qadın prezident seçilməlidir ki, bu dövlət  bir daha“demokratiya beşiyi” olduğunu təsdiqləsin. Necə ki, “müsəlman mənşəli”  qaradərili  Hüseyn(!) Barak Obamanı iki dəfə ardıcıl prezident seçməklə “nümunə” göstərilmişdi…  İndi də qadınlara, transseksual azlıqlara daha geniş meydan verməklə bəşəriyyəti cinsiyyəti, milliyyəti, dini  məlum olmayan amorf bir kütləyə çevirmək proqramı işə düşməlidir. Bu günlərdə Trampa məhz qadınlarla bağlı çıxışına görə edilən  basqılar da təsadüfi deyil…-Bəs belə bir  şəraitdə müsəlmanların çıxış yolu nədədir?-Bu xaosdan  uzaq durmaq və onu durdurmaq üçün əsas iki vasitə var: nisbətən sabit müsəlman ölkələrində iqtisadiyyat gücləndirilməli, xalqın rifah halı yüksəldilməli,  geniş dini maarifləndirmə işləri aparılmalı, insanlar uşaqlıqdan İslamın əsaslarına yiyələnməlidirlər ki, radikal qrupların təsiri altına düşməsinlər. Xüsusən bu Məhərrəmilik  mərasimləri günlərində hər bir vətəndaş, hər bir müsəlman ayıq-sayıq olmalı, təxribatlara uymamalıdır…Sultan Laçın  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler