Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mehman Əliyevden bedbin proqnoz

13 Ekim 2016

11:36 am


13/10/2016 [15:35]: xeber –
“Yaxın gələcəkdə mövcud vəziyyətin daha da ağırlaşacağını,
etirazların artacağını güman edirəm”. Bunu sayt-a açıqlamasında “Turan”
İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. M.Əliyevin sözlərinə
görə, əgər mövcud hakimiyyət vəziyyətin yaxşılaşması istiqamətində konkret
addımlar atmazsa, o zaman proseslərin arzuedilməz məcrada inkişafı qarşısıalınmaz
olacaq:

“Hazırda ölkədəki sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin
olduğu göz önündədir. Lakin daha pisi odur ki, vəziyyət getdikcə daha da ağırlaşır
və hökumət bu tendensiyanın qarşısını almaq üçün heç bir addım atmır. Vəziyyətin
yaxşılaşması üçün heç bir proqram ortaya qoyulmayıb, heç bir islahat aparılmır.
Bu isə o deməkdir ki, vəziyyət pisləşməkdə davam edəcək və bu da öz növbəsində
ciddi etirazlara səbəb olacaq. Çünki bunun əksini düşünmək üçün hələ ki, heç
bir səbəb yoxdur”.

 

Seymur Əliyev 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler