Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mehkemenin teref kimi çıxış etmesinden narazıyıq”

23 Eylül 2016

10:36 am


23/09/2016 [14:33]: xeber –
Yasamal rayon məhkəməsi prosesi ədalətli aparmır və bu səbəbdən də BDU-dan seçilmiş dilçi mütəxəssilərlə bağlı verdiyimiz etirazı qəbul etməyib.Bu sözləri jurnalistlərə açıqlamasında jurnalist Qulu Məhərrəmlinin müdafiəçisi Cavid Rzazadə bildirib. O deyib ki, prosesdə məhkəmə açıq-aşkar tərəf kimi çıxış edir, əsaslandırılmış etirazlara başdansovdu yanaşır və ciddi araşdırma aparmadan, faktları dəqiqləşdirmədən qərar qəbul edir. Ona görə də biz məhkəmə işi üçün vacib olan ekspert təyini ilə bağlı narazı qaldığımız bu qərardan, mövcud təcrübədə olmasa belə, apellyasiya şikayəti verəcəyik. Vəkil onu da deyib ki, əslində professor Q.Məhərrəmlinin sonuncu iclasdakı çox ciddi nüanslara aydınlıq gətirən tutarlı çıxışından, təqdim etdiyi faktik sənəd və materiallardan sonra məhkəmə işə xitam verməli idi. Axı artıq hər kəsə bəllidir ki, jurnalistə qarşı olan iddia heç bir hüquqa əsaslanmır, cənab Alışanovun şikayətinin predmeti yoxdur. Qulu müəllimin müsahibəsindəki tənqidi məqamlarda heç bir təhqir, söyüş, biədəb ifadə yoxdur, amma qarşı tərəf zorla deyir ki, yox mənim şərəfim, ləyaqətim tapdalanıb. Vəzifəli şəxs kimi A.Alışanov heç prosesə gəlməyi belə özünə sığışdırmır, məhkəmə isə onun əsassız şikayətini icraata götürməklə həqiqətə göz  yumur. Məncə, bunlar qeyri-ciddi yanaşmadır, prosesləri düzgün istiqamətə aparmır və ümumiyyətlə bu vəziyyət bizim məhkəməyə başucalığı gətirmir-deyə C.Rzazadə bildirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler