Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mehkemede Akif Çovdarova serbest ifade vermeye imkan verilmeyecek”

17 Eylül 2016

8:24 am


17/09/2016 [12:22]: xeber –
Tanınmış hüquqşünas Namizəd Səfərov sayt-a açıqlamasında
sabiq MTN generalı Akif Çovdarovun yaxın günlərdə keçirilməsi nəzərdə tutulan məhkəmə
prosesi ilə bağlı maraqlı fikirlər səsləndirib. Hüquqşünas A.Çovdarova bildiyi
hər şeyi danışmaq imkanının veriləcəyinə inanmadığını vurğulayıb:

“Hesab edirəm ki, məhkəmə prosesini qapalı şəraitdə keçirməyə səy
göstərəcəklər. Istəyəcəklər ki, gizli məqamların hamısı ictimaiyyətdən gizlədilsin.
Çünki hakimiyyət törədilən cinayətlərin açılmasında maraqlı deyil.

Hacı Məmmədovun da məhkəmə prosesi qapalı keçirildi. Informasiyanın
yayılmasına imkan vermədilər. H.Məmmədov dəfələrlə dedi ki, mən baş vermiş
reallıqlar haqqında məlumat vermək istəyirəm. Lakin məhkəmə buna imkan vermədi.
Hesab edirəm ki, Çovdarova da bildiyi hər şeyi demək imkanı, rahat ifadə vermək
imkanı yaratmayacaqlar. Törədilən cinayətlərin əsl mahiyyəti sirr olaraq
qalacaq”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler