Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mehkeme zamanı oğlumun üzüne baxa bilmirdim…

10 Ağustos 2016

12:40 pm


10/08/2016 [16:37]: xeber –

Azərbaycanın
hər bir guşəsi  mənim üçün əziz və qiymətlidir.
Bu gündən sonra isə vətənin bir parçası olan cənub zonası, xüsusilə Lənkəran şəhəri
dünyaya göz açıdğım İrəvan mahalı qədər doğma və unudulmaz torpağa çevrildi.
Oğlum Rüfətin burada keçirilən məhkəməsi 
zamanı insanların səmimiyyətini, ömrümdə üzünü görmədiyim ,salam-sabah
etmədiyim adamların  məhkəmə zalına gəlmələri
məni çox duyğulandırdı. Gizli bir şey yoxdur. Müxalifətdən də nümayəndələr gəlmişdi.
Hətta “Azadlıq” qazetinin müxbiri də orada iştirak edirdi. Onları kimsə dəvət
etməmişdi. Özləri təşrif buyurmuşdular. Ola bilsin bəziləri məni və oğlumu
müxalifətçilikdə günahlandırsınlıar. Ancaq səhv etmiş olarlar. Vəziyyətin niyə
bu cür şəkil aldığı dərindən təhlil edilsə, o zaman mənim və övladımın günahsız
olduğunu yəqin edə bilərlər. Bu, vicdanın işidir. Təzadlı bir məsələ də odur
ki, həyatımın 20 ilini bu iqtidarin müdafiəsinə həsr edərək müxalifəti o ki var
tənqid atəşinə tutmuşam. İndi onlar oğlum Rüfətin müdafiəsi üçün  səylər göstərir, iqtidar isə onu müttəhimlər
kürsüsundə əyləşdirir. Etmədiyi, baş vurmadığı işlərə görə onu mühakimə edirlər.
Hər şeyin saxta və qurama olduğu göz önündədir. Məhkəmə zamanı oğlumun üzünə
baxa bilmirdim. Bu ədalətsiz səhnə məni çox sıxırdı, öyrədilmiş yalançı şahidlərin
ifadələrini dinləmək mənim üçün olduqca ağır idi. Bəli, indi iqtidar sanki məni
etmədiyim bir işə görə mühakimə edir. Ancaq Allahın ədaləti dözümlü və səbrli
olmağa güclü təkan verir. Çünki ölkə prokurorluğunun püskürən ədalətsizliyi
önündə Uca Allaha tapınmaqdan başqa çarəm yoxdur. Əslində onlar özü də hansısa
yüksək məqamdan gələn sifarişin əsirinə çevrilib. O mənbənin, o zülmkar, zalım
mənbənin ünvanını öz siyasi hekayətlərimdə xalqın diqqətinə çatdıra bilmişəm. Çoxları
gəlib-gedib, mən də, oğlum Rüfətin həbsinə qərar verənlər də günlərin birində
bu dünyadan yır-yığış edib əbədi dünyamıza doğru yürüyəcəyik. Allah kimin
harada əbədi məskun salacağını özü göstərəcək. Ən ağır imtahan bax o zaman
olacaq.

Daha arxasını
gətirmək istəmirəm. Mənə göstərilmiş haqsız münasibətin qaynaqlandığı mənbə gün
işığı kimi aydın və məlumdur. Lakin mən bu cəzanı haqq etməmişdim. İmdad diləyəcək
bir yer də görmürəm, sadəcə,  saxta və
qurama bir işin necə yekunlaşacağı maraqlı görünür.

Artıq hər şey
mənim üçün adiləşib. Əvvələr bəlkə də sıxılırdım, lakin bu gün mən də, oğlum
Rüfət də məhkəmənin ən sərt qərarına hazırıq.   

 

Eldar
Sabiroğlu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler