Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mehkeme Rüfet Seferovun vesatetini qismen temin edib

08 Eylül 2016

6:52 am


08/09/2016 [10:51]: xeber –
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Səfərovun vəkili Bəhruz Bayramov vəsatət qaldırıb. O, müdafiə çıxışı üçün məhkəmədən bir həftə vaxt istəyib.Məhkəmə onun vəsatətini qismən təmin edib. Belə ki, hakim prosesi bu gün saat 16:30-dək təxirə salıb.Xatırladaq ki, ötən posesdə dövlət ittihamçısı R.Səfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. R.Səfərov onun barəsində irəli sürülən ittihamla razı olmadığını bildirib.Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler