Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mehkeme qerarı da karına çatmadı…

28 Temmuz 2016

10:00 am


28/07/2016 [13:58]: xeber –
Səbail Rayonu Badamdar qəsəbəsi Tofiq Məmədov küçəsində vətəndaş Fərhad Nağıyevin obyekt tikməsinin qarşısı alınıb. Fərhad Nağıyevin sayt -a verdiyi xəbərə görə, hazırda onun obyekt tikmək istədiyi ərazidə 4 il öncə onun 2 obyekti olub. Səbail Rayonu İcra Hakimiyyəti həmin zaman ərazidə təmir bərpa işləri apardığına görə, onun iki obyekti söküb. Fərhad Nağıyev bundan sonra məhkəməyə müraciət edərək obyektlərinin bərpa olunmasını istəyib. Məhkəmənin verdiyi qərardan sonra Fərhad Nağıyevə obyekt tikintisinə icazə verilib. Əlində məhkəmə qərarı olan vətəndaş qərarın icrasını həyata keçirək istəyən zaman Səbail Rayonu İcra Hakimiyyətinin əməkdaşları gələrək obyektin tikintisini dayandırmağı tələb edib, obyekti söküblər. Səbail Rayonu İcra Hakimiyyətinin nümayəndəsi sayt -a açıqlamasında bildirdi ki, onlara obyektin bərpa olunmasına dair məhkəmədən bildiriş gəlməyib. Əgər onlara bildiriş gəlsəydi obyektin tikintisi qanunu olardı.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler