Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mehkeme 155 telebeden rüşvet alan direktora 5 il iş verdi

05 Eylül 2016

8:28 am


05/09/2016 [12:27]: xeber –
Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev 160-a yaxın tələbədən rüşvət aldığı üçün həbs edilib.1997-ci ildən həmin vəzifədə işləyən Həmzəyev bir qrup şəxslə əlbir olaraq hədə-qorxu yolu ilə pul almaqda təqsirləndirilib.O, kollecin əyani şöbəsində təhsil alan tələbələrə 2014/2015-ci ilin qış sessiyasında imtahanlardan müvəffəq qiymətlərin verilməsi, eləcə də rüşvət vermədikləri halda imtahanların nəticələrinə görə bilik səviyyələrinin qeyri-kafi qiymətləndiriləcəyi hədəsi ilə külli miqdarda rüşvət alma məqsədi ilə ümumilikdə 155 tələbədən 14 min 760 manat pulu hədə-qorxu tətbiq etməklə və ümumi himayədarlıq müqabilində 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar aylarında Astara şəhəri, H.Əliyev prospekti 124 ünvanında yerləşən Kollecin inzibati binasındakı xidməti otağında şəxsən alıb.Bundan başqa, dördüncü kurs tələbəsi N.R-dən dərslərə gəlməməsi, imtahanlarda müvafiq qiymətlər alması müqabilində 1500 manat, kollecin baş mühasibi Mahir Qurbanlının əmisi oğlu Qulam Qurbanov operator vəzifəsinə götürməsinə görə 1800 manat rüşvət alıb.Bu əməllərinə görə, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma; külli miqdarda törədildikdə) və 311.3.4-cü (rüşvət alma; hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham edilib.Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş kollec tələbələrinin əksəriyyəti ibtidai istintaq zamanı verdikləri ifadələrinin əksinə olaraq qiymət almaq üçün pul vermədiklərini desələr də, məhkəmə onların bu ifadələrini qeyri-səmimi ifadələr kimi qiymətləndirib. Bundan başqa digər təqsirləndirilən şəxslər tələbələrdən pul yığıldığını və həmin pulların kollecin direktoru Əlihəsən Həmzəyevə verildiyini etiraf ediblər. Səmimi peşmançılıq çəkdiklərinə görə məhkəmə onlar barəsində yüngül cəza təyin edilməsini mümkün hesab edib. Eyni zamanda təqsirləndirilən şəxs Əlihəsən Həmzəyev əməlini etiraf etməyib, səmimi peşmançılığını bildirməyib. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edilib. İttiham oldunduğu maddələrlə Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, mümkün yüngül cəzaya, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Əlihəsən Həmzəyev məhkəmənin bu hökmü ilə də kifayətlənməyib və apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.Şirvan Apellyasiya Məhkəməsində şikayət icraata götürülüb. Ə.Həmzəyevin appelyasiya şikayətinə hakim Amil Dosiyevin sədrliyi ilə sentyabrın 9-da baxılacaq.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler