Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Meherrem ayının başlanması ile bağlı fetva verildi

27 Eylül 2016

7:52 am


27/09/2016 [11:49]: xeber –
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının iclası keçirilib.İclasda məhərrəm ayının başlanması ilə bağlı fətva verilib.Fətvada bildirilir ki, bu il hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. QMİ-nin Qazılar Şurası bildirir ki, yeni hicri 1438-ci ilin başlanğıcı – məhərrəm ayının 1-i miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir.Fətvada deyilir ki, məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir: “Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, lakin eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olub.Fətvada qeyd olunur ki, Məhərrəm ayının 10-u – Aşura günü 2016-ci il oktyabr 12-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik.”Qeyd edək ki, fətvanı QMİ-nin sədrinin müavini Hacı Fuad Nurulla oxuyub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler