Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mehemmed peyğember Quranın batini menasını bilse de bunu insanlara açıqlamadı…”

12 Temmuz 2016

4:40 am


12/07/2016 [08:37]: xeber –
ADP sədri
Sərdar Cəlaloğlu Qurani-Kərim, onun dərki, mənimsənilməsi üsulları, bu
qavrayışın İslam dünyasına gətirəcəyi yeniliklər və s. ilə bağlı sayt-a müsahibə verib. Həmin müsahibənin
ikinci hissəsini oxucuların diqqətinə çatdırırıq. (I hissə burada – http://www.moderator.az/news/143800.html
)

 

-Quranın
zahirindən batininə keçmək üçün xüsusi bir üsula ehtiyac varmı?

 

-Təbii
ki, Quranın zahirindən daxilinə keçmək üçün bir üsul, bir metod gərəkir. Biz 7
cür məntiq tanıyırıq. Bu məntiqlərin hər biri Qurani-Kərimin ayələrini anlamaq
üçün gərəkən əməliyyatların birinin məntiqidir. Quranın zahirindən daxilinə
keçmək üçün biz çarpaz məntiqdən istifadə etməliyik. Çünki biri görünən, biri
görünməyəndir. Görünməyəndən görünənə keçmək çarpazlaşma tələb edir. Biz çarpaz
məntiqlə Quranın zahirindən daxilinə keçə bilərik. Zahiri çarpazlaşdıranda,
zahir ardıcıllıq məntiqi ilə izah olunur. Bu ardıcıl məntiqi çarpazlayanda, bu
avtomatik olaraq paralel məntiqə çevrilir. Beləliklə də, məlum olur ki, Qurani
Kərimin batininə keçdiyimiz zaman bir-birinə paralel olan 4 bilik əldə edirik.
Bunlar mələklər, dünya, ruh və idrak haqqındakı biliklərdir. Qurani-Kərimin hər
bir ayəsi həm idrakın, həm dünyanın, həm insanın, həm də mələklərin doğru
yoludur. Hansı ki, bunların hamısı bir yerdə Allahın doğru yolundan ibarətdir.

Biz bu
nöqtəyə gəlib çatandan sonra da, məsələ anlaşılan hesab oluna bilmərik. Çünki
paralel məntiqlə əldə etdiyimiz bilik ən ümumi bilikdir. Bu, fəlsəfi bilik
olacaq. Biz bunu anlamaq üçün bir qədər aşağı endirməliyik. Növbəti aşağı hissə
nəzəriyyələşmə mərhələsidir. Yəni paralel məntiqi elə çarpazlaşdırıb, iki müxtəlif
hissəyə elə ayırmalısınız ki, orada bəzi ümumi həqiqətlər ortaya çıxsın. Bu
zaman iki məntiq meydana çıxır. Biz bunlardan birinə səlis məntiq, digərinə isə
qeyri-səlis məntiq deyirik.

Səlis məntiqlə
biz mövcud olan şeyləri öyənir, qeyri-səlis məntiqlə onlar arasındakı münasibəti,
dəyişilməlləri öyrənirik. Beləliklə də, məlum olur ki, təkrarlanmaları öyrənən
məntiq ardıcıllıq məntiqidir. Dəyişilmələri öyrənən məntiq isə qeyri-səlis məntiqdir.
Bu da mövcud olan dünya deməkdir. Amma biz yenə də ayəni başa düşməyəcəyik, onu
bir qədər də aşağı endirməliyik. Bu dəfə iki məntiqi – mövcudolma ilə dəyişikliyin
elə ümumi bilgilərini əldə etməliyik ki, bundan xüsusi bilik əldə edək. Buna
elm deyilir. Elm əldə edəndə isə elmin özünün məntiqi meydana çıxır. Dörd cür
elm var: təbiət, cəmiyyət, idrak və fəlsəfə elmi. Deməli, xüsusi bilginin,
xüsusi məntiqin özü də öz içində 4 məntiqə ayrılır. Hansı ki, bu 4 məntiqi mənimsəmədən
Quranın verdiyi dünyəvi elmi anlaya bilmərsən. Hansı ki, Quranda bununla çox
böyük kəşflər eləmək olar. Mən bu üsulla bir neçə kəşf eləmişəm.

Xüsusi məntiqlə
Quran ayəsini əqli elm səviyyəsinə saldınız, yəni fikika, kimya, coğrafiya səviyyəsinəs
aldınız, bundan sonra növbəti mərhələ əldə etdiyiniz əqli nəticənin təsdiq
olunmasıdır. Əqli nəticənin təsdiq olunmasının isə yeganə bri məntiq üsulu var.
Bu da sinkretik məntiqdir. Yəni əldə etdiyiniz ən sadə ideyanı təbiətdə,
dünyada mövcud olan bir şeyin bir əlamətinə uyğunlaşdırmalısan. Məsələn,
deyirik ki, alma yumrudur. Bunu təsdiq etmək üçün sən mənə mütləq alma göstərməlisən
və mən görməliyəm ki, alma həqiqətən də yumrudur. Beləliklə, Quran səni Allahın
hikməti ilə götürüb dünyaya gətirdi. Gətirdi ki, dünyanı dərk elə, dünyanı da tərk
eləməyin tərsinə oaraq həmin elmdən, nəzəriyyədən çıxıb Allahın varlığını dərk
edəsən. Allahın doğru yolu bundan ibarətdir.

 

-Quranın batini mənası Məhəmməd
peyğəmbərə bəlli idimi? Əgər bəlli idisə, niyə o, bu sirri insanlara açmadı?

 

-Quranda
belə bir ayə var: Allah və Məhhəmməd peyğəmbər Quranın batini mənasını bilir,
siz bilə bilmərsiniz. Allah icazə verməyənə qədər. O zaman sual yaranır, əgər Məhəmməd
peyğəmbər Quranın batini mənasını bilirdisə, o zaman niyə bunu insanlara izah
etmirdi? Allah təala Quranın başqa bir ayəsində deyir: Ya peyğəmbər, sən
insanlara bu ayələrin yalnız zahiri ilə bağlı məlumat ver.

Bunun öz
səbəbi var. Mən dediyim bilgiləri bilmək üçün, 1500 illik vaxt tələb olunub. Yəni
bu bilgilər 1500 illik vaxt çərçivəsində toplanıb. Bu gün gedib istənilən
professordan soruşsaq ki, sinkretik məntiq nədir, o bilməyəcək? Qeyri-səlis məntiq
Lütfüzadə tərəfindən kəşf olunub, amma bunun mənasını hələ də çox adam bilmir. Paralel
məntiqi heç kəs eşitməyib. Kondisioloii məntiq ifadəsini də kimsə bilmir. Bu,
yeni məntiq üsuludur. Bunun adını kimsə eşitməyib. Belə olan halda mütləq məntiq
üsulunu necə dərk edə bilərsən? Allah-təala deyir ki, mən bu Quranı qiyamətə qədər
bütün insanlığa göndərdim. 1500 il bundan öncəki insanın nə kimyadan, nə
fizikadan, nə astronomiyadan, nə biologiyadan indiki qədər məlumatı yox idi. Yəni
indiki biliklərin heç biri o zaman yox idi. Tutaq ki, Məhəmməd peyğəmbər
dağların yaranması ilə bağlı məsələni o dövrün insanına izah edir. Həmin insan
bu izahdan nə başa düşərdi? Axı o insanın dalğa təbiəti, dalğa periodu haqında,
səsin əmələ gəlməsi və s haqqında biliyi yoxdur. Bu bilik olmadığı üçün peyğəmbərin
izahı onlarda yalnız gülüş doğura bilərdi. Akustikanı bilən istənilən bir fizikə
desəm ki, dağlar belə yaranıb, o bu izahı çox asanlıqla qəbul edər. Allahın
dediyinin düzlüyü Allahın varlığının düzlüyünü sübut edir. Allah təala deyir
ki, mənim zatım sizə məlum deyil. Mənim əlamətlərim məni sübut edir.

Allah
Quranın dərin mənalarını müxtəlif nəsillər üzrə dərk etmək şansı verib. Bizdən əvvəlki
nəsil Qurani-Kərimi Avropa fəlsəfəsi əsasında dərk edib. Şiələr Aristotelin,
sünnilər Platonun fəlsəfəsi ilə məsələyə yanaşıb. Şiəlik və sünnilikdə Quranın
mahiyyətinə aid olan şeyləri çıxardandan sonra oradan iki din alacaqsınız. Şiəliyin
yerində xristianlıq, sünniliyin yerində isə yəhudilik qalacaq. Bunu  kimsə inkar edə bilməz. Çünki bu, Quranda təsdiq
olunub.

 

-Dediklərinizi konkret faktlarla əsaslandıra
bilərsiniz?

 

Ardı var.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler