Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mehemmed Əli ölümünden sonra “Olimpiya ruhu” mükafatına layiq görülüb

22 Eylül 2016

12:48 pm


22/09/2016 [16:45]: xeber –
Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli ölümündən sonra Cessi Ouensin “Olimpiya ruhu” mükafatına layiq görülüb.sayt TASS agentliyinə istinadən xəbər verir ki, “Olimpiya ruhu” mükafatı ABŞ atleti C.Ouensin 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunlarında dörd qızıl medal qazanmasının 80 illiyi şərəfinə təsis edilib.Bu il mükafat ilk dəfə təqdim olunub və Olimpiya hərəkatına xüsusi töhfələrinə görə ilk laureat Məhəmməd Əli seçilib. Gələn həftə C.Ouensin nəvəsi rəsmi mərasimdə mükafatı boksçunun dul xanımına təqdim edəcək.Məhəmməd Əli (Kassius Marsellus Kley) 21 il davam edən boks karyerası ərzində ağır çəki dərəcəsində üç dəfə çempion tituluna yiyələnib.Peşəkar rinqdə Məhəmməd Əli 61 döyüş keçirib və 37-si nokautla olmaqla 56 qələbə qazanıb, 5 dəfə məğlub olub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler