Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mediaya qarşı tezyiqler kütlevileşib”

20 Eylül 2016

3:16 pm


20/09/2016 [19:15]: xeber –
Son vaxtlar bəzi
jurnalistlərin həbsi, onların hüquq-mühafizə orqanlarına aparılaraq dindirilməsi
və s. hallarının artması müşahidə edilməkdədir. Maraqlıdır, mediaya yönəlik təzyiqlərin
artması tənqidi medianın tamamilə sıradan çıxması, daha bir neçə qəzet və
saytın bağlanmasına səbəb ola bilərmi?

sayt-a açıqlama
verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı ölkədə tənqidi medianın onsuz
da sıradan çıxarıldığına diqqət çəkdi:

“Ölkədə tənqidi
media demək olar ki, qalmayıb. Onlarının sayını barmaqla göstərmək olar. Təzyiqlərə
gəlincə, burada yeni heç nə yoxdur. Bu təzyiqlər əvvəllər də olub. Mən öz təcrübəmdən
deyə bilərəm ki, 25 il bundan əvvəl də təzyiq var idi, 10 il bundan öncə də, bu
gün də. Təzyiq jurnalist peşəsinin atributlarından biridir. İndi isə bu təzyiqlər
bir az da kütləviləşib. Ölkədə tənqidi media adına heç nə qalmayıb. Qalan tək-tük
media orqanları da yavaş-yavaş sıradan çıxır.

Bu gün özü-özünü
dolandıran media orqanı yoxdur. Onların bağlanmaq təhlükəsi əsasən bununla
bağlı ola bilər. Son vaxtlar isə ölkədə ümumilikdə maliyyə vəziyyəti pisləşib. Ona
görə də ixtisarların olması qaçılmaz olacaq.

Bir sözlə, bu gün baş verənlərdə
mənim üçün yeni bir şey yoxdur”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler