Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Media ictimai marağı mehkeme ve diger qurumlardan daha yaxşı qoruyur”

30 Haziran 2016

12:20 pm


30/06/2016 [16:16]: xeber –
Azərbaycan mediası ilə
bağlı əsas problemlərdən biri medianın ictimai maraqların müdafiəsində hansı səviyyədə
dayanması, bu maraqları nə dərəcədə müdafiə etməsi ilə bağlıdır.

Məsələ ilə bağlı
sayt-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif
Əliyev medianın indiki ağır şərtlər altında belə ictimai maraqların müdafiəsinə
cəhd etdiyini vurğuladı:

“Ictimai maraq məfhumunun
özü Azərbaycanda yayqın deyil. Yayqın olan dövlət maraqları, bu maraqların
müdafiəsidir. Dövlətin bir sıra sektorlarda gücü həddindən artıq böyükdür. Ikincisi,
biz həmişə deyirik ki, medianın müstəqilliyi ilə bağlı ciddi problemlər var. Hökumət
özü də bunu etiraf edir. Mayın 31-də Avropa İttifaqının keçirdiyi bir tədbirdə
Əli Həsənov demişdi ki, ilk növbədə Azərbaycan mediasının özünün iqtisadi dayanıqlılığı
olmalıdır. Jurnalistlərin professionallıq səviyyəsi yüksəlməlidir. Yalnız
bundan sonra biz qanunvericilikdə diffamasiya ilə bağlı dəyişiklikləri həyata
keçirə bilərik. Ə.Həsənovun bu açıqlamasından da görünür ki, rəsmi şəkildə dərk
və qəbul olunur ki, medianın müstəqilliklə bağlı ciddi problemləri var. Müstəqiliklə
bağlı problemi olan, öz sərbəst fəaliyyətini təmin edə bilməyən media ictimai
maraqların müdafiəsində lazımi səviyyədə dayana bilməz. Amma bütün bunlarla
yanaşı, medianın korrupsiya məsələlərinə, adi vətəndaşların sosial problemlərinə,
məmurlar tərəfindən vətəndaşların hüquqlarının tapdanmasına yetirdiyi diqqət
ictimai marağın müdafiəsinə yönəlmiş cəhdlərdir. Yəni bugünkü müstəqillik və
imkanlar səviyyəsində media ictimai maraqların müdafiəsinə cəhd göstərir. Media
məhkəmələ və digər əlaqədar strukturlarla müqayisədə bu funksiyanı daha ciddi şəkildə
yerinə yetirir”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler