Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Media daha maariflendirmir – İlqar Resul yazır

20 Ağustos 2016

11:32 am


20/08/2016 [15:28]: xeber –
 Media daha maarifləndirmir. İndi bu işi internet görür.( Yenidən bu mövzuya qayıtmağa məni saytların birinin sorğusuna media mənsublarının əksər cavabları məcbur elədi)Sırf peşə baxımından, gənc jurnalistlər üçün:Rövşən Lənkəranskinin qətli, nəşinin qarşılanması, dəfni və s. məsələlərin mətbuatda bu qədər geniş işıqlandırılmasında qeyri – adi heç nə yoxdur. Dünyanın hər yerində avtoritetlər olub və var. Avropadan Amerikaya, Afrikadan Çinədək hər yerdə bu avtoritetlərin qətlə yetirilməsi dərhal qəzetlərin manşetində yer alıb və alır (hələ onu demirəm ki, onların özlərinin qəzetləri və s. olur). Özü də bu barədə təkcə xəbər verilmir. Həm də qətlin səbəblərinə dair araşdırmalar aparılır, qərəzli və qərəzsiz versiyalar irəli sürülür. Lazımdırsa, bir həftə, lap elə bir ay mövzu davam etdirilir (bunu edən təkcə avtoritetin tərəfdarı və əleyhidarı yox, həm də müstəqil media olur). Yəni inkişaf etmiş, mətbuat qanunlarını yazan, standartlarını, etikasını müəyyənləşdirən, yeniləyən, və dünyaya ixrac edən ölkələrdə də belədir (biz təkcə jurnalist olmağı yox, avtoritet, vorzakon olmağı da onlardan öyrənmişik). Bu normal haldır. Bu, belə də olmalıdır. O ki qaldı bütün bunların təbliğat olduğu, gənc nəslə mənfi təsir göstərdiyi iddialarına, əvvəla mən hələ heç bir sayta – “avtoritet, oğru olmaq yaxşı şeydi” və ya buna oxşar nəsə oxumamışam (olsaydı qanun pozuntusu isi əlbəttə). Amma deyək ki, kimsə o avtoriteti tərifləyir, ondan gördüyü yaxşılığı mətbuata çıxırdırsa, bu da həmin adamın haqqıdır. Mətbuatın belə yazıları verməsinə gəlincə, bu da normaldır. Mətbuatın bir marağı da belə mövzuları axtarıb tapmaqdır də. Amma ümumilikdə, əgər hansısa yazı qanuna zidd təbliğat deyil, amma zərərlidirsə, onun qarşısına alternativ yazılar qoymaqla zərərsizləşdirilir.Bu mövzu nə qədər davam edəcək bilmirəm. Amma 40 gündən sonra təzələnəcəyinə əminəm. Bir ildən sonra da belə olacaq. Hələ qatilin tapılması, hələ sifarişçinin müəyyən edilməsi, kiminsə məhjkəməsi və s…. hamısı media üçün müxtəlif janrlarda mövzular yaradacaq. Və nunda qəbahət bir şey yoxdu. Mediadı bu. Başqa cür ola da bilməz.Bu kimi məsələlərdə ölkənin (ərazi) və avtoritetin (nüfuz) böyüklüyünün də təsiri az olmur mediaya.P.S. Dostcasına xahiş edirəm: Rəy yazanlar, jurnalistikaya aid yazsınlar. Rövşən L-ə aid onsuz da hər yerdə yazılır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler