Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Medet QuliyevdƏn tehlükesizlik açıqlaması…

28 Eylül 2016

2:48 pm


28/09/2016 [18:45]: xeber –
Minskdə keçirilmiş iclasımızdan, eləcə də bu ilin iyul ayında Sankt-Peterburqda baş tutmuş xarici dövlətlərin təhlükəsizlik və hüquq mühafizə orqanlarının xüsusi xidmət rəhbərlərinin 15-ci iclasından nisbətən qısa zaman keçib. Bu müddətdə dünyada və bizim ölkələrdə əməliyyat mühitinin xarakterinə müəyyən təsir göstərən hadisələr baş verib, birgə müzakirə tələb edən çağırış və təhdidlərin yeni elementləri və onların həlli üçün ümumi yanaşmalar müəyyən olunub. Bu sözləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, iclas zamanı MDB məkanında təhlükəsizliyin təmin edilməsinin geniş spektoru, o cümlədən terrorçuluq və dini ekstremizm, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaq.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler