Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mecburi köçkünlere yemek xerci verilmesi qaydaları deyişdi

09 Ağustos 2016

6:24 pm


09/08/2016 [22:21]: xeber –
Bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.Bu, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə edilən “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliklərdə əksini tapıb.Təlimata dəyişikliklər bu gündən qüvvəyə minib.Digər dəyişikliyə əsasən, Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə isə bu gündən yemək xərci üçün aylıq müavinət verilməyəcək. Məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılacaq.Digər dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. İndiyə qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilməyib.Dəyişikliyə əsasən, bundan sonra yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilməyəcək.Yəni bundan sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət alacaqlar.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler