Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“McDonalds”a alternativ tapıldı – “TÜBETEY”

18 Ağustos 2016

4:40 pm


18/08/2016 [20:36]: xeber –
Avqustun əvvəlində Tatarıstanın paytaxtı Qazanda keçirilmiş Tatar Gənclərinin VII Ümumdünya festivalında  maraqlı ideyalar səslənib.  Onlardan biri də  artıq Rusiyanın bir sıra regionlarında uğurla işə başlamış tatar milli mətbəxinin atributlarından birinin adını daşıyan “Tübetey”  tatar milli fastfud şəbəkəsini genişləndirməklə onu Amerikanın məşhur “McDonalds” şəbəkəsinə alternativ kimi bütün dünyada tanıtmaqdır. “Tyubetey” Şərq milli mətbəxi, o cümldən tatar  mətbəx ənənələri əsasında formalaşıb. İdeya hamı tərəfindən bəyənilib və onun həyata keçirilməsi üçün  real işlər görülməsinin vacibliyi vurğulanıb.  Qeyd edək ki, “tübetey” – tatar milli  kişi baş örtüyünün adıdır. Festivalda rusiyalılardan əlavə, dünyanın 25 ölkəsindən nümayəndələr iştirak edib.  Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler