Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Maşın dereye aşdı:  1 ölü, 3 yaralı  – Ağır qezanın görüntüleri VİDEO – FOTO

15 Ağustos 2016

10:56 am


15/08/2016 [14:54]: xeber –
Cəlilabadda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. sayt Region TV-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Yardımlı avtomobil yolunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Kövüzbulaq kənd sakini Əlifağa Mirzəyevin idarə etdiyi “VAZ – 21 011” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü də daxil olmaqla sərnişinlər Zaur Ağayev, Xumar, Qətibə Ağayevalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Qətibə Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Yaralıların vəziyyəti isə ağır olaraq qalır. İlkin ehtimala görə qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler