Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Maşın bazarında son veziyyet: “ikinci el” avtomobiller de bahalaşır

04 Eylül 2016

11:44 am


04/09/2016 [15:41]: xeber –
Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ciddi təsir göstərdiyi sahələrdən biri də avtomobil bazarı oldu. Bir müddət bazarda “alan yox, satan isə çox” vəziyyəti hökm sürdü. Nəticədə “ikinci əl” avtomobillərin qiyməti aşağı düşməyə başladı. Son günlər isə istər ilkin avtomobil bazarı, istərsə də “ikinci əl” avtomobillərin qiymətində artım hiss olunur. Bəs bu nə ilə bağlıdır? Ümumiyyətlə, avtomobil bazarında vəziyyət necədir?sayt -ın məlumatına görə, ekspert Azər Allahverənov kaspi.az-a açıqlamasında bildirdi ki, “ikinci əl” avtomobillər bazara iki yolla daxil olur. Birinci yolla daxil olanlar ölkəmizdə vaxtilə istismar olunub indi satışa çıxarılan avtomobillərdir. Bu cür avtomobillərin qiymətində ucuzlaşma var: “O avtomobillərdən söhbət gedir ki, onlar birinci devalvasiyadan əvvəl alınıb. Bu cür avtomobillərin qiymətində ucuzlaşma ona görə baş verir ki, vaxtilə istehlakçı onu manatla əldə edib. Avtomobil müəyyən müddət istismar edilir. Bu, qiymətə də təsir göstərir. Manatla alınmış avtomobil müəyyən müddət istismar edildikdən sonar bazara çıxarılarkən qiymətində ucuzlaşma olur”.A.Allahverənov deyir ki, bazarda olan “ikinci əl” avtomobillərin bir qismi də xaricdən satış məqsədi ilə yeni gətirilənlərdir. Onların qiymətində isə ucuzlaşma yoxdur. Çünki bu avtomobillər xarici valyuta ilə alınıb gətirilir: “2005-ci ildən sonra istehsal olunmuş avtomobillər var ki, xaricdə satılır. Onu avtomobil satışı həyata keçirən şəxslər, firmalar əldə edib, gətirib ölkəmizdə satışını həyata keçirirlər. Bu cür avtomobillərin qiymətində elə də çox ucuzlaşma baş vermir. Çünki onlar avtomobili xaricdən gətirdikləri üçün xarici valyuta ilə alırlar. İndi isə manat dollara nisbətdə xeyli ucuzdur. Dollarla xaricdən avtomobil alıb, burda manatla ucuz qiymətə satmayacaqlar ki? Ona görə də xarici ölkədən gətirilib bazara çıxarılan ikinci əl avtomobillərdə qiymət ucuzlaşması müşahidə olunmur. Amma vaxtilə ölkəyə gətirilib bir xeyli istismar edildikdən sonra bazara çıxarılan avtomobillərin qiyməti düşə bilir”.Ekspertin sözlərinə görə, yeni istehsal olunmuş avtomobillərin qiymətində ucuzlaşma olarsa belə, bu, müvəqqəti xarakter daşıya bilər: “Hansısa avtomobil firması kampaniya keçirərək müəyyən müddət qiymətləri aşağı sala bilər. Tutaq ki, yay mövsümü ilə bağlı endirim edə bilər. Amma yeni istehsal olunmuş avtomobillərin qiymətində ucuzlaşma yoxdur. Çünki bu cür avtomobillər xarici valyuta ilə alınıb ölkəyə gətirilir. Ona görə valyutanın məzənnəsində hər hansı dəyişiklik baş verdikdə bu, həmin avtomobillərin qiymətinə də öz təsirini göstərir”.Qiymətlərin bundan sonra hansı istiqamətdə dəyişəcəyindən danışan A.Allahverənov bildirdi ki, bazarın öz qayda-qanunları var. Baş verən proseslərdən asılı olaraq fərqli istiqamətlərdə dəyişikliklər ola bilər: “Bazarda qiymətlər əsasən tələb-təklifə görə dəyişə bilir. Təklif həcmi çox, tələb isə az olarsa, bu zaman avtomobil satışı həyata keçirənlər, öz avtomobillərini satanlar istər-istəməz bir qədər də ucuz qiymətə satmağa meyillidir. Çünki ona avtomobili satmaq lazımdır. Əgər maşın bazarında alıcıların sayı çox olarsa, alıcı rəqabəti müşahidə edilərsə, bu zaman qiymətlərdə də artım müşahidə oluna bilər. Bazar bir neçə amillə bağlıdır. Deyək ki, banklar bu gün avtomobil kreditləri vermir. Bir-iki aydan sonra banklar kredit verməyə başlasalar, biz bazarda canlanma müşahidə edə bilərik. Əlində pul kütləsi olanların sayı çoxalanda bu da avtomobil almağa imkan verəcək. Bazarda canlanma olduğu zaman avtomobil satıcıları bazarın durğunluğu zamanı itirdikləri vəsaiti müəyyən mənada bərpa etmək niyyətində olurlar. Bu da qiymətlərin artımına gətirib çıxarır. Yaxud Naxçıvanda avtomobil istehsalı aparılır. Təxmini proqnozlara görə il ərzində 5 000 avtomobil istehsal olunur. İstehsal həcmi artarsa, qiymətlər hər bir orta istehlakçının cibinə uyğun olarsa, insanlar “ikinci əl” deyil, yeni istehsal olunmuş avtomobil almağa meyilli olacaqlar. Bu, ikinci əl avtomobillərin qiymətinin düşməsinə səbəb ola bilər. Baş verən proseslərdən dolayı qiymətlərdə düşmə davam edə də bilər, artım da ola bilər. Bu, proseslərin hansı istiqamətə doğru cərəyan etməsindən asılı olacaq”.”VİP Escort Motors”un baş direktoru, avtoekspert Rəşad Quliyev mühərrikinin həcmi böyük olan avtomobillərin qiymətində ucuzlaşma olduğunu desə də, “ikinci əl” avtomobillərdə bahalaşma getdiyini bildirdi: “Alıcı qiymətin yüksək olmasından, satıcı isə alıcı qıtlığından şikayətlənir. Satıcılar alıcı qıtlığı olduğunu deyirlər. Avtomobil idxalı 7 dəfəyədək azalıb. Yanvar-iyul ayları ərzində ölkəmizə xaricdən müxtəlif təyinatlı 3000-ə yaxın avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfəyə yaxın azdır. Mətbuatda oxuyuram, yazırlar ki, əvvəl 27 min dollara təklif edilən avtomobil indi 27 min manata təklif edilir. Bu, alıcının olmaması ilə bağlıdır. Yay mövsümü ilə əlaqədardır. 10 min manata qədər olan avtomobillərin qiymətində 2-3 min manata qədər artım var. Hazırda bazarda qiyməti 10 min manata qədər olan avtomobillər satılır. Ondan yüksək olanların satışı zəifdir”.R.Quliyevin sözlərinə görə, hazırda avtomobil bazarında vəziyyət yaxşı deyil. O deyir ki, milli valyutanın zəifləməsi, bankların kredit verilişini dayandırması və s. kimi amillər avtomobil almaq istəyənlərin sayına təsir edir. R.Quliyev bildirdi ki, yay ayları olduğu üçün kimlərsə rayonda, kimlərsə də xarici ölkələrdə istirahətdədir. Ona görə bazarda avtomobil qıtlığı da var: “Bazarda yaxşı avtomobil çox deyil. İstifadəyə yararsız avtomobillər çoxdur. Onların qiyməti də ucuzdur. Bizdə alıcılarda belə bir hal var ki, onlar qiymət ucuzlaşdıqca gözləmə mövqeyinə keçirlər. Daha da ucuzlaşmasını gözləyirlər. Amma qiymət ucuzlaşması alıcı qıtlığına görədir. Bazara alıcı daxil olan kimi qiymətlər də qalxacaq. Ucuzlaşmaya səbəb də odur ki, kiməsə pul lazımdır, maşınını satmaq istəyir. Nəticədə bazardakı alıcının cibinə uyğun satmağa məcbur olur. Avropadan xarici valyuta ilə alınıb gətirilən avtomobillərin qiyməti aşağı düşmür”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler