Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Maşın bazarında baş veren yanğının – SİRLƏRİ

01 Temmuz 2016

1:48 pm


01/07/2016 [17:45]: xeber –
“Siz zülm etməkdə, günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz imansızsınız deyə, sizi adam yerinə qoymayıb Quranla sizə öyüd-nəsihət verməməliyikmi?!)” “Quran”, 43:5.Xəbər verildiyi kimi, dünən axşam Bakının Babək prospektində yerləşən maşın bazarında yanğın baş vermişdir. Hadisədə xeyli insana maddi ziyan dəyməklə yanaşı, camaat arasında da qorxu və həyəcan yaratmışdır. Elmi-lədun hesablamalarımız göstərir ki, Azərbaycanda  baş verən digər həyəcanlı hadisələr kimi, bu hyanğın da  təsədüfü olmayıb, özündən əvvəlki analoji (bənzər) hadisələrlə riyazi şəkildə bağlıdır. Bu əlaqə özünü həmişə olduğu kimi, 114 və 555 ədədləri ilə biruzə verir. Hadisəni şərh etməzdən öncə bu ədədlərin mənasını izah etmək istəyirəm.Öncə qeyd edim ki, Quran özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, həm də öz-özünü riyazi yolla təsdiq edən möcüzəli kitabdır.  Araşdırmalarımız sübut edir ki, bu müqəddəs kitabda bütün surə və ayələr Allaha məxsus olduğu kimi, onların düzülüşü və nömrələnməsi də birbaşa Rəbbimin iradəsi ilə baş vermişdir.Məsələn, götürək “Quran”ın 114 surədən ibarət olmasının hikmətini. Sual yarana bilər ki, niyə məhz 114? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz:Kainatın 4 cəhətdən;Təbiətin 4 fəsildən ibarət olmasını;İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını;Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:7 + 286 + 200 + 176 = 669Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər rəmzi sayılır.Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ……109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar.Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır.Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, “Quran” mülayimliklə, sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:”Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!”114 və 555 ədələrinin hikmətlərini bildikdən sonra, qayıdaq maşın bazarında  dünən baş verən yanğında bu ədədlərin özünü necə biruzə verməsinə.Əvvəlcə onu qeyd edim ki, dünən yanğın baş verəndə 9 mart tarixdə baş verən Günəş tutulmasının 114-cü (!) günü idi ki, bu da diqqətimizi 114 surədən ibarət olan müqəddəs kitaba yönəldir. Elmi-lədun hesablamalarımız göstərir ki, maşın bazarındakı  yanğın 19 iyun 2016-cı il tarixdə Bakıdakı cərimə meydançasında baş verən yanğınla riyazi şəkildə bağlanır və eyni bir prosesin davamı olduğunu göstərir. Belə ki, qeyd etdiyim tarixdə cərimə meydançasındakı maşınların üzərinə elektirik naqili qırılıb düşmüş və nəticədə orada olan 57 maşın yanaraq kül olmuşdur. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki bənzər (hər ikisi maşınlarla əlaqəlidir) 1110 gün fərqlə baş vermişdir. Bu ədəddən “Quran”da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 alınar:1110 – 555 = 555Bu hesablama bir daha göstərir ki, həm cərimə (cəza) meydançasında, həm də maşın bazarında baş verən yanğınlar yolun azmış və pozğun həyat tərzinə aludə olmuş millətimizin cəzalanma prosesinin tərkib hissəsidir (bunu aşağıdakı hesablamalardan da görəcəksiniz).Xatırladım ki, keçən il sentyabrın 19-da Bakı metrosunda problem yarandığından qatarlar 10 dəqiqə tuneldə qalmışdı. Bu da insanlar arasında böyük təşviş və həyəcana səbəb olmuşdu. Maraqlıdır ki, bu həyəcanla dünənki yanğın həyəcanı arasında 286 gün fərq vardır ki, bu da “Quran”ın səhifələrinin sayı olmaqla, Allahın kodlaşdırılmış möhürü sayılır və bütün bu kimi hadisələrin üzərində görünür. Xatırladım ki, keçən il mayın 19-da Binəqədidə baş verən yanğın hadisəsi də eynən bu ədədlər altında baş vermişdi. Bax: http://www.moderator.az/news/137335.html Bütün bunlar bir daha sübut edir ki, vəzifəsindən aslı olmayaraq millətimiz  son dövrlər yolun azdığına və biri-birinə zülm, haqsızlıq etdiyinə görə Allahın qəzəbinə gəlmiş və cəzalanmasına qərar verilmişdir. Bu hadisələr də həmin cəzalanma prosesinin tərkib issəsidir ki, davam etməkdədir.Xatırladım ki, elm və kamillik əsri olan XXI əsrin ikinci Qurban bayramı günü (22.02.2002.) elmi-ladun hesablamalarla mənə məlum oldu ki, artıq bəşəriyyətin (özəlliklə də Azərbaycanın) cəzalanmasına qərar verildi və 4 ayın tamamında bu proses başlanacaq.  Sübut üçün Qurandan ayə də məlum oldu: “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur.Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə.Allahın verdiyi elmlə, dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə açıq məktub yazıb, həm o zamankı dövlət başçısına, həm də mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriy¬yət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda İranın Azərbaycanlılar yaşayan bölgəsində baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin gün bir çox yaşayış məntəqələri yer üzündən silindi).Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimdə və kitablarımda riyazi hesablamalarla sübut etmişəm. Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyim xəbərin doğruluğunu sübut etmək üçün daha bir dəlil gətirim: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı (!) günləri – müvafiq olaraq:- 14 dekabr 2001-ci il;- 4 dekabr 2002-ci il;- 24 noyabr 2003-ci il tarixlərdə Günəş tutulub. Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü – 3 aprel 2003-cü ildə Günəş tutulub (286 ədədi orjinal –  Kəbədə və mzeylərdə  saxlanan – Quranın səhifəlrinin sayıdır).  Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını sübut edir. Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün – 24 iyunda (bayram üç gün oldu-ğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi.Yuxarıda qeyd etdiyim kimi, 22 iyun 2002-ci il tarixdən etibarən dünyanın günahkarlardan təmizlənməsinə və cəzalanmasına start verilib və bu tarixdən etibarən, dünyada baş verən bütün böyük fəlakətlər biribiri ilə və 22 iyunla riyazi şəkildə əlaqələnir. Bu əlaqələri sübut edən hadisələrdən bir çoxunu oxucularım zaman-zaman kitablarımdan və məqalələrimdən oxuyurlar. Hesablamalarımız göstərir ki, baş verəcək fəlakətlərdən ancaq gözəl əxlaq və saleh əməllərlə qorunmaq mümkündür. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi, halal yaşamağı) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik” “Quran”, 17:16 Nə qədər ki, məmləkətimiz yerlə-yeksan olmayıb, tövbə edib, doğru yola dönəyin (mən belə etdim, siz özünüz bilərsiniz).Allahın qulu və carçısı: Paşa YaqubMəllifin arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler