Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Masazır istixanasındakı pomidorlar da Çovdarovun hesretine dözmedi

08 Kasım 2016

7:32 am


08/11/2016 [11:31]: xeber –
Son günlər həbsdə olan
sabiq MTN generalı Akif Çovdarova məxsus Masazır istixanasındakı pomidor şitilləri
arasında məhsuldarlığı kəskin surətdə aşağı salan xəstəlik yayılıb. Bu barədə
sayt-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə,
istixanadakı şitillərə yüksək səviyyədə aqrotexniki qulluq göstərilməsinə
baxmayaraq, sürətlə yayılan xəstəliyin qarşısını almaq hələ də mümkün olmayıb.
Məhsul böhranını önləmək və xəstəliyin kökünü kəsmək üçün istixanaya əlavə mütəxəssislər
dəvət edilib.

Bilgili qaynağın məlumatına
görə, şitillər arasında yayılan xəstəlik səbəbi ilə məhsuldarlığın aşağı düşməsi
istixana yetkililəri ilə həmin məhsulu Rusiya bazarına ixrac edən alıcı
arasında da ciddi narazılığa səbəb olub. Belə ki, məhsuldarlığın kəskin şəkildə
aşağı düşməsi ixtixananın alıcı şəxsə üzərinə götürdüyü öhdəlikdən əhəmiyyətli
dərəcədə az məhsul verməsinə səbəb olub ki, bu da tərəflər arasında narazılıq
yaradıb.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler