Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Maşallah Əhmedovu yatağın altından çıxardım”- Zererçekmişin ifadesi

08 Kasım 2016

8:32 am


08/11/2016 [12:28]: xeber –
Bu gün dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid Salyan Hüseynov ifadə verib.O, M.Əhmədovun onu aldatdığını bildirib: “Maşallahı 20 il ildir ki, tanıyıram. Oğlumun banka borcu var idi. Maşallahın yanına gedib, bu haqda ona dedim. O da mənə məsələni həll edəcəyini bildirdi. Banka gedib 12 min dollar kredit götürdük. Maşallah mənə pulun onda qalmasını istədi. Oğlum Sərxan da onun yanında qaldı. Sonra Maşallahdan xəbər çıxmadı. Bankdan zəng gəldi ki, krediti ödəmək lazımdır. Maşallah məni aldatdı. Sonra oğlumu kreditə görə həbs etdilər. Maşallah mənə əvvəl 4800 manat, daha sonra 1500 manat da verdi. Maşallah daş satıb həmin pulları versə də, hazırda onun mənə 3000 manat borcu var”.M.Əhmədov isə şahidin yalan danışdığını deyib: “Mən onun pulunu ödəmişəm. Daşları da onlar satdı”.Şahidin oğlu Sərxan Hüseynov pulunu almaq üçün Maşallah əhmədovun yanına getdiyini və aralarında mübahisə yarandığını deyib: “Maşallahın yanına getdim. Yalandan dedilər ki, evdə yoxdur. İçəri girib yatağın altından çıxardım”.Digər şahid Taryel Məmmədov da ifadə verib.O, Maşallah Əhmədovla gördükləri iş haqda danışıb: “Maşallah, Yusif müəlllim, Fəqan və digər bir nəfər sexə gəldilər. Daşlar sexdə yığılmışdı. Daha sonra Fəqan bir maşın daşı apardı. Maşallah da daşları aparanda Yusif müəllimə xəbər elədim. O da dedi ki, bundan xəbərim var. Onlar daşları aparanda Yusif müəllim orada yox idi. Mənə də 200 manat pul verdilər”.Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.(Musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler