Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Martin Skorseze – Postmodernizmden dinedek

23 Haziran 2016

1:48 pm


23/06/2016 [17:45]: xeber –
İtaliyali katolik mühacirlər ailəsində doğulub kriminal məhəllədə böyümüş, bir müddət dini seminariyada təhsil alsa da, hərbi xidmətdən sonra Nyu – York Universitetinin nəzdindəki kino məktəbini bitirən Martin Skorsezenin triller janrında çəkdiyi «Taksi sürücüsü» (ssenari müəlifi Pol Şreder, 1976) filmi yoxsulluqdan əziyyət çəkən keçmiş dəniz piyadası Trevesin kriminal dramını əks etdirir. Taksi sürücüsü peşəsini seçmiş Trevesin yazdığı gündəlikdən səhifələr onun daxili monoloqunu və mühitini açmaqla informasiyanın fasiləsizliyini təmin edir. Nə vaxtsa ya-ğacaq yağışın müşahidə metodu ilə diqqət mərkəzinə gətirilən bu şəhərin gecələrinin çirkabını yuyub təmizləyəcəyini düşünən Trevesin hər səhər sperma və qanı təmizlədiyini dilə gətirməsi dramatizmi artırır. Ağır işdən sonra yuxusuzluqdan əzab çəkən Trevesin kinoteatrda ünsiyyətə girmək istədiyi, prezidentliyə namizəd Palantaynın seçki kompaniyasında çalışan Betti adlı qızın müqaviməti tənhalıq problemini önə çəkir. Məhz bu epizoddan sonra prezidentliyə namizəd Palantaynın seçki kompaniyasındakı portretlərindən Trevesin qıcıqlanması şəxsi və ictimai motivi hadisələrin gedişinə qoşur. Küçələrdə fırlanan boş taksinin lüzumsuz işləyən sayğacının yeknəsək çıqqıltısı tənhalıqda boğulan sürücünün həyatının mənasızlığının audiovizual həllini verir. Zorakılığa məruz qalmış taksi sürücüsü barədə informasiyadan sonra silah gəzdirməyi tək-lif edən sürücü həmkarlarına etiraz edən Trevesin seçki məntəqəsinə gələrək kompaniyada ya-xından iştirak etmək istədiyini bildirməsi cəmiyyəti sahmana salmaq istəyindən doğsa da tənhalı-ğını hiss etdiyi Betti ilə münasibətləri dərinləşdirmək niyyəti qəhrəmanın şəxsi və ictimai motivinin qoşalığını davam etdirir.Təkcə Nyu-Yorkda on beş min fəalı olan seçki kompaniyası barədə söhbət iki gəncin gö-rüşündə belə, siyasi motivin önə keçdiyini təsdiqləyir. Betti ilə Trevesin söhbəti ərəfəsində şüşə vitrindən görünən fonun durmadan dəyişməsi qarşılıqlı anlaşmaya mane olmaqla audiovizuallığı artırır. Nəhayət ki, prezidentliyə namizəd Palantaynın Trevesin taksisinə əyləşməsi və sürücü ilə birbaşa söhbətə başlaması qoyulan ictimai problemin qabardılmasına imkan yaradır. «Mən öz avtomaşınımda sizin portretinizi asmaq istəyirdim, təəssüf ki, qaraj sahibi mane oldu» -deyən Treves etimad qazanmaqla prezidentliyə namizədi açıq söhbətə çəkir. Cəmiyyətin əsas problemini sürücüdən soruşan Palantaynın çirkabdan təmizlənməyin vacibliyi barədə sosial sifa-rişi heyrətlə qarşılaması ziddiyyətin barışmazlığını şərtləndirir. Qoyulan problemin ciddiliyi ilə razılaşıb gedən prezidentliyə namizəd Palantayndan sonra arxa oturacağına əyləşən yeniyetmə qız Hariesin qadın dəllalının gözlənilməz zorakılığına məruz qalması gözönü ziddiyyəti canlan-dırır. Zənci məhəlləsindən keçən Trevesin taksisinə dəmir butulkaların atılması, Hariesi zorla dü-şürüb aparan qadın dəllalının oturacağa atdığı əzik bir dollar ziddiyyət qarşıdurmasını səciyyələndirir.Kinoteatrda nümayiş olunan filmin cinsəl həyatın özəlliklərinə həsr olunmasına Treveslə Bettinin fərqli reaksiyaları iki gəncin arasındakı ziddiyyəti də qızışdırır. İncik düşmüş Bettiyə gül göndərməklə əvvəlki münasibəti bərpa etmək istəyən Trevesin tənhalıq problemi kəskin şəkil alır. Telefon zənglərinə cavab almayan, göndərə bilmədiyi, otaqda saxladığı çiçəklərin qoxusundan bezmiş Trevesin dözməyib seçki məntəqəsinə gəlməsi hadisələrin çevrəsini qapayır. Taksini durdurub sayğacın söndürülməsinə etiraz edən saqqallı müştərinin öndəki binanın pəncərəsində görünən siluetin arvadına məxsus olmasını söyləməsi, mənzilin sahibinin zənci ol-masını qabartması, ölüm hadisəsi törətməyə hazır olduğunu bildirməsi fabula mexanizmini işə salır. Hazırladığı iri çaplı silahla arvadının başından, yoxsa ayağının arasından atmağı seçə bil-məməsi ilə Otello tərəddüdü keçirən qəhrəmanın arxada qoyularaq yeməkxanada sürücülərin sərgüzəştlərinə önəm verilməsi problemin qloballığını bir daha təsdiqləyir. On yeddi il taksidə iş-ləmiş sürücünün Trevesə içməyi və ya fahişələrlə cinsi əlaqədə olmağı məsləhət görməsi, bumurdarçılıqdan çıxış yolunun olmadığını bildirməsi işıq ucu axtaran Trevesi ideya uğrunda mü-barizəyə səsləyir. Uğur qazanmağa yaxın olub dörd gün sonra prezident olacaq Palantaynın televiziya çıxışında özünə məftunluğundan rəncidə olan Trevesin vaxtilə zorakılığa məruz qalmış Hariesi az qala maşınla vurması keçmiş hadisəni dramaturji modelə qoşur. Gündəliyindəki qeyddə həyatının dəyişdiyini yazan, tənhalıqdan bezərək həyatını dəyişməyə qərar verən Trevesin silah alverçisinin mənzilinə gəlməsi hadisələri tələsdirir. Həmin gündən idmanla, atıcılıqla fasiləsiz məşğul olan, iradəsini möhkəmləndirərək müxtəlif silahlara sarılan Trevesin düşünüb tapdığı ixtiralar güllələrin hədəfdən yayınmamasına xidmət edir. Palantaynın prezident kimi seçicilərlə görüşəcəyi məkana gələn Trevesin şübhələnməyə əsas verməsi gərginliyi artır-maqla janr təyinatını doğruldur. Mağazada satıcıya hücum çəkib pul tələb edən zəncini öldür-məklə ilk qurbanını bəlli edən Trevesin əlindəki lomla həmin cəsədə zərbələr endirən satıcını müşahidə etməsi şərin miqyasının genişliyini göstərir.Qadın dəllalı vasitəsilə vaxtilə zorakılığa məruz qalaraq fahişəlik yoluna düşən Harieslə gö-rüşərək yada salmaq istədiyi ilk görüş unudulsa da qızın on üç yaşının belə, tamam olmadığına əmin olan Trevesin əqidəsindən dönməməsi mövzu istiqamətini nizamlayır. Seksual deyil, mənəvi əlaqəyə çəkmək istədiyi Harieslə ertəsi gün görüş təyin edən Trevesin otaqdan çıxarkən dəhlizdə keşik çəkən kişiyə vaxtilə qadın dəllalının onun üçün qoyduğu əzik bir dolları bağışla-ması məsafəli məntiqlə süjet xəttini tamamlayır. Görüşdən sonra qızı ondan üz döndərmiş valideynlərinin yanına qaytarılmasını istəyən Trevesin tutarlı dəlilləri belə, nəticə hasil etməsə də hadisəlilik prinsipi qırılmır. Otağında qalıb qurumuş çiçəkləri yandıran Hariesə pul və son məktub göndərən Trevesin əhali ilə görüşə gəlmiş Çarlz Palantinin saçı qırxılmış qiyafədə izlə-məsi gərginliyi artırır. Əlini silaha atarkən cangüdənlərin diqqətini çəkən Trevesin meydandan qaçması gərginliyi davam etdirir. Qadın dəllalını güllələyən Trevesin fahişəlik üçün istifadə olunan mehmanxanaya gələrək oranı çirkabdan təmizlərkən yaralanması dramatizmi artırır. Qan daman barmağını tapança kimi gicgahına tutan, yaxınlaşan ölümü qəbul edən Trevesin ölümü qlobal problemin qiyamı kimi səslənir. Artıq ailəsinə qayıtmış, təhsilini davam etdirən Hariesin valideynlərinin həkimlərin həyata qaytardıqları Trevesə göndərilən minnətdarlıq məktubu sağal-mağa doğru gedən cəmiyyətin reaksiyasına çevrilir. Haqqında qəzetlərdən oxuyub artıq sağalmış Trevesin görüşünə gələn Bettinin sakindən vətəndaşa çevrilməsi uğurlu finalı səciyyələndirir.29-cu Beynəlxalq Kann kinofestivalında «Taksi sürücüsü» filminin “Qızıl palma budağı” qazanması (1976) Martin Skorsezenin kriminal mövzudakı ilk uğurunun təsdiqinə çevrilir.***Martin Skorsezenin yazıçı Nikolas Piledcinin “Möhkəm dostlar” romanı (1986) əsasında quruluş verdiyi kriminal mövzulu “Şərəfli oğlanlar” filmi (ssenari müəllifi Nikolas Piledci, Martin Skorseze.1990) ötən əsrin ikinci yarısındakı Nyu-York mühitinin sənədli hadisələrini əks etdirir. Filmin ilk epizodunda qaranlıq gecədə, meşə yolunda avtomaşını idarə edən Henri Hill (Rey Liotta) cinayətkar dostları Cimmi Konuey (Robert de Niro) və Tommi De Vitonun (Co Peşi) baqajdakı, ölmüş bildikləri yaralı Billi Betsi (Frenk Vinsent) bıçaqlayıb güllələmələri fonunda: “Özümü tanıyandan bəri qanqster olmaq istəmişəm. Qanqster olmağı ABŞ prezidentliyindən üstün tutmuşam” kimi kredo səciyyəli daxili monoloqunu səsləndirməsi personajların sosial mühitini üzə çıxarır. Beləliklə, atası irlandiyalı, anası siciliyalı olub uşaqlıqdan ətraf mühitdəki cinayətkarlar kimi sürətlə maşın sürmək bahalı paltarlar geyinmək, hər kəsin gözünün odunu almaq istəyən yeniyetmə Henri Hill öz taleyini seçir. Bir bölük ailəsi, üstəlik əlil arabasındakı digər oğlu Mayklla darısqal evdə yaşayan kasıb atanın pul qazanmaqla məktəbdən uzaqlaşan Henrini vaxtaşırı qayışla döyməsi halallığın passiv müqavimətinə çevrilir. Henrinin məktəbdən uzaqlaşması barədə məktubları gətirən poçtalyonun amansızlıqla döyülməsi şərin qələbəsinə çevrilir. Tezliklə Pol Siseronun (Pol Sorvino) cinayətkar dəstəsinin üzvünə çevrilən Henrinin bac ödəməyənlərin avtomaşınlarının şüşələrini sındırması, benzin töküb odvurması yeni həyatın başlandığından xəbər verir. Gündüzlər Henrinin xidmətçi kimi çalışdığı yeməkxanaya gəlməklə hər kəsə pul paylayan, yüksək məbləği uduzmağı sevən 28-29 yaşlı Cimmi Konuey cinayətkar aləmin parlaq siması kimi təqdim olunur. Yeniyetmə Tommi ilə birgə oğurluq siqaretlər satan Henrinin həbs olunsa da heç kəsi satmayıb bəraət qazanması hadisələri tələsdirir.Ötən əsrin 60-cı illərindən artıq böyüyüb Tommi ilə birgə hava limanına gələn yük avtomaşınlarını qarət edən Henri artıq ictimai nəqliyyatla işə gedib-gələnləri axmaq sayan cinayətkar aləmin tanınmış nümayəndəsinə çevrilir. Tədricən bank qarətinə girişən, şərik olduqları obyektlərin əmlakını dağıtmaqla yandırıb vergidən yayınan cinayətkar dəstə üzvlərinin bir-biri ilə ölüb-öldürmək həddinə çatan sərt zarafatları psixologizmi artırır. İtaliya əsilli Tommi ilə yaxınlıq etmək istəməyən yəhudi xanımın rəfiqəsi Karin Hillin (Lorreyin Brakko) növbəti görüşə gəlməyən Henri ilə münasibətlərinin davamı filmin strukturunda mühüm yer tutur. Özünün sərt xəsiyyətini göstərən Karinin kimliyini bilmədiyi, hətta nifrət etdiyini düşündüyü Henriyə vurulması süjetin analogiyasız davamını yaradır. Kerrinin millətpərəst anasına xoş gəlmək üçün sinəsindəki zəncirdən açılan xaçı gizlədən Henrinin dostları ilə tanış etdiyi Karinin qonşuluğunda yaşayan Bryusla (Mark Evan Jacobs) tanışlığı yeni süjet döngəsi yaradır. Televiziya ekranında reklamı gedən parik mağazasından zorla bac alınan məqamda zəng edən Karinə sataşan qonşu oğlan Bryusun sifətinə əlindəki tapançanı çırpmaqla qanatmaqla amansızlığının nümayişi ekranda mələyi şeytana çevirir. Tapançanı gizlətməyi tapşırdığı Karinin artıq kimliyini dərk etdiyi Henriyə gerçəkdən vurulması sevginin sosial mahiyyətdən uzaqlığını səciyyələndirir. Toyunda başına yəhudi təsəyi qoyan Henrinin evə gecə yarı qayıtmaqla qaynanasını hövsələdən çıxartması ailədaxili psixoloji qarşıdırmanı bəyan edir. Cinayətkar aləmin üzvlərinin ailəvi münasibətlərində əzazil kişilərin yalnız ailə və məişət qayğıları ilə yaşayan bir-birinin arvadları ilə bacı-qardaş münasibətləri gündəlik həyatda digərlərinə qarışmayan zümrənin əxlaq göstəricisinə çevrilir. Dalbadal dünyaya gələn iki övladının atası Henrinin gələcəyindən nigaran qalan Karinin gözlənilmədən gələn polislərin evində sanksiyalı yoxlamalar aparmasına öyrəşməsi sosial mühitin diqtəsini canlandırır. Tədricən ailəsindən soyuyan Henrinin məşuqəsi Janice Rossini (Gina Mastrogiacomo) də özü kimi narkotika aludəçisinə və alverçisinə çevirməsi süjet xəttini melodrama janrı istiqamətində yeniləşdirir. Cinayətkar dəstə üzvlərinin birlikdə ailəvi istirahətlərinin fotoşəkillərdə əksi hadisələrin mövzu axarını nizamlayır.Artıq ötən əsrin 80-ci illərinin hadisələrində filmin ilk epizodunun nüar süjetinin təfsilatlı şəkildə gündəmə qaytarılması; cinayətkar aləmdə nüfuz sahibi sayılan Tomminin italiyalı mafiyanın qatil kimi tanınan üzvü Billi Betsi (Frenk Vinsent) uşaqlıqda çəkməsini silməsini kobud şəkildə xatırlatmasına görə Cimmi ilə birlikdə təpikləyib güllələməklə qətlə yetirməsinin ekrana gəlişi strukturu mövzu istiqamətində nizamlayır. Gecə evdən bel götürməyə gələn, yuxudan oyanan anasına avtomaşınla maral vurduqlarını deyən Tomminin dostları ilə şam süfrəsi ətrafında danışılan lətifənin yaratdığı gülüş fonunda götürülən iri mətbəx bıçağı ölüm hadisəsinin adiləşdiyini göstərir. Həvəskar rəssam kimi çəkdiyi şəkilləri nümayiş etdirən ananın qatilliyindən bixəbər olduğu oğlunu evləndirmək, evində gəlin görmək arzusu iki həqiqəti qarşılaşdırmaqla faciəvilik yaradır. Bir müddət sonra Billi Betsin basdırıldığı ərazidə tikinti aparılacağını öyrənən Cimminin iştirakı ilə gecə iylənmiş, parçalanmış cəsədinin yeri dəyişdiriləndə Tomminin yersiz zarafatları altında ögüyüb-qusan Henrinin səhər Kerri ilə azyaşlı qızlarını pis qoxuyan avtomaşından uzaqlaşdırması nüar – edos, eybəcərlik – gözəllik kateqoriyalarını qarşılaşdırır. Zorakılıqla bac yığmağın davamı, qumar, fahişələrlə kef məclisləri fonunda Henrinin məşuqəsi Cennislə (Cina Mastrogiaqami) yaxınlaşmaqla tədricən ailəsindən uzaqlaşması melodramatik süjetin davamını gündəmdə saxlayır. Paralel olaraq Tomminin restorandakı günahsız yeniyetmə xidmətçini təhqir etməklə ayağını da yaralaması, sonrakı gecə qumar masasında qızışaraq güllələməsi nüar süjetini davam etdirir. Uşaqlarını da özü ilə götürüb Cennisin yaşadığı evə hücum çəkən Karrinin vaxtilə gizlətdiyi tapança ilə güllələmək istədiyi Henrinin ağuşuna atılması sevgi motivinin gərginliyini artırır. Cennisin mənzilinə gələn Poli ilə Cimminin təhriki ilə Henrinin ailəsinə qayıtması isə mövzunu cinayətkar aləmin marağının önəçəkilməsi ilə nizamlayır. Bac vermək istəməyən döyülərək gecə zooparka gətirilərək şirlərə yedirdilməklə qorxudulan növbəti qurbanın FBR ilə əlaqəli bacısının şikayəti ilə şərəfli oğlanların güzəştli həbsxana həyatı isə fabula mexanizmini gündəmdə saxlayır. Balaca qızları ilə gəldiyi həbsxananın jurnalında Cennis Rozinin imzasını görən Karinin Henri ilə qısqanclıq səhnəsi melodramanı davam etdirir.Dörd il sonra azadlığa çıxan Henrinin məşuqəsi Cennisi də həbsxanada aludəçisinə çevrildiyi narkotika alverinə cəlb etməsinin Cimmini hiddətləndirməsi şərəfli oğlanlar arasındakı münaqişəni qızışdırır. Lüfthanza aviasiya şirkətinə basqınla qazanılan 6 milyonun bölüşdürülməsi ilə arvadlarına, məşuqələrinə bahalı avtomaşın, xəz dəri, şuba bağışlamaqla şübhə doğuranların, boynuna düşən işi başa çatdırmayanların, əlavə pul istəyənlərin, Cimminin qara siyahısına düşməklə məhv edilməsi isə əsas mövzunu diqqət mərkəzində saxlayır. Bu gərgin məqamda italiyalı mafia başçıları siyahısına qəbul olunduğu bildirilməklə tora salınan Tomminin vaxtilə məhv etdiyi Billi Betsin adamları tərəfindən güllələnməsi əsas personajlardan birinin həyatını sona çatdırır. Cimminin sifariş etsə də qəbul etmədiyi silahları geriyə qaytaran narkotika səbəbindən sağlamlığını itirən, əlil arabasındakı qardaşı Mayklı da hospitaldan evə gətirməyə macal tapan Henrinin avtomaşınının vertolyotla izlənilməsi dramaturji gərginliyi artırır. Tədricən cinayətkar aləmin üzvinin xanımı olduğuna; vaxtaşırı mənzilində aparılan axtarışlara alışan, mənzilə girən polisləri qabaqlayıb narkotik dolu paketləri unitaza boşaltmağa imkan tapmaqla əri Henrinin xilaskarına çevrilən Karinin mühitin təsirilə tam dəyişən personajı canlandırır. Narkotika alverinə qurşandığına görə Cimminin qara siyahısına düşən, qaynanasının mənzilini girov qoymaqla azadlıqda qalan Henrinin vəziyyətinin çıxılmazlığı finalı yaxınlaşdırır. Floridada gizlənən satqın dəstə üzvünü aradan götürmək istəyən Cimmidən ilk dəfə olaraq qətl sifarişi alan Henrinin bu səfərdən sağ qayıtmayacağını duymaqla istintaqçılarla sazişə gəlməsi təklif olunan vəziyyəti kəskin şəkildə dəyişir. Cimmi Konueylə Pol Siseronun həbsi ilə məhkəmədə təminatlı şahidə çevrilməklə, dostlarının üzünə duran Henrinin ailəsi ilə birgə başqa ad altında digər əyalətdə sakit – yeknəsək həyat yaşamaq hüququ qazanması filmi qanunların qalib gəldiyi detektiv janrında bitirir.47-ci Beynəlxalq Venesiya kinofestivalında Martin Skorsezeyə “Gümüş şir” makafatı qazandıran “Şərəfli oğlanlar” filmindəki Tommi roluna görə Co Peşinin “İkinci plan aktyoru” kimi “Oskar” qazanması (1990) bu ekran əsərinin mövzusunun mükəmməlləşdirilməsi cəhdinə rəvac verdi.***Martin Skorsezenin quruluş verdiyi kriminal mövzulu, triller janrlı “Mürtədlər” (ssenari müəllifi Uilyam Monoxan. 2006) honkonqlu rejissorlar Endryu Lau və Alan Makın “İkili rakirovka” filminin (ssenari müəllifləri Alan Mak, Feliks Çon. 2002) azacıq süjet dəyişkənliyi ilə yeni müəllif yozumunda remeyki kimi təzahürü postmodernizm qanunauyğunluğundan kənara çıxmır. Filmin ilk epizodunda mafiya başçısı Frenk Kastellonun (Cek Nikolson) əminliklə söylədiyi: “Mühitin məni yaratmasını istəmirəm. Ətraf mühiti özüm müəyyən etmək istəyirəm. Əvvəl bütün bu boşluqları kilsə doldururdu. O, da bütün işləri insanın öz boynuna qoymaqla səhv buraxdı” fikirlərindəki üsyankarlıq sonda dinin yeniləşməsi tələbatını üzə çıxarır. Bostonun cənubundakı şəhərə nəzarət edən Frenk Kastellonun bac almağa gəldiyi mağazada rastlaşdığı, süpürgəçi atası öldükdən sonra nənəsi ilə yaşayan irlandiyalı balaca Kolin Sallivana (Mett Deyno) çörək, kolbasa, pendir, konservlər, mayonez, şəkilli kitabçalar və üstəlik pul bağışlaması rəhmdilliyin təzahürünə çevrilir. Beləliklə, hər bazar kilsədə çalışan Kolin Sallivanın tədricən Frenk Kostellonu özünün idealına çevirməsi tutarlı həllini tapır. Frenk Kostellonun: “Əgər tapança tuşlanıbsa, sənin polis yaxud cinayətkar olmağının heç bir əhəmiyyəti yoxdur” xitabı əslində film boyu əsas personajların hər an ölüm təhlükəsi ilə üzləşəcəyini səciyyələndirir.Polis Akademiyasının məzunu Kolin Sallivanın (Mett Deymon) müdrik kapitan Oliver Kyunanla (Martin Şin) acıdil serjant Şon Diqnamın (Mark Uolberq) gərgin imtahanını keçməklə xüsusi istintaq şöbəsinə qəbul olunsa da, Frenk Kostellonun cinayətkar aləminə xidmət göstərməsi dramatizmi artırır. Paralel olaraq Polis Akademiyasının digər məzunu cinayətkarailədə doğulmuş ətrafdakılara yalnız fizioloji təzyiq metodunu seçən Billi Kostiqanın (Leonardo Di Kaprio) qəsdən salındığı həbsxanadan çıxmaqla narkotika alverinə qurşanaraq Frenk Kostellonun cinayətkar dəstəsinə agent kimi qoşulması ikili rakirovka prinsipini üzə çıxarır. Kolin mafiyanın Billi isə hüquq müdafiə orqanlarının agentinə çevrilməklə rəqibi məhv etməyə hazır olması strukturun gərginliyini təmin edir. Kolin Sallivanla sevgi münasibəti yaranan kriminalist-psixoloq Medolin Meyddenin (Vera Farmiqa) çinlilərə satmaq üçün hərbi əhəmiyyətli mikroprosessorları oğurlayan Frenk Kostellonun sağ əli sayılan Fransız ləqəbli Arnold Frençlə (Rey Uinston) cinayətlərdə iştirak etməklə informasiyalar ötürən Billi Kostiqanı da nəzarətdə saxlaması münasibətlər sisteminin hüdudlarını genişləndirir. Beləliklə, Kolin Sallivanla Billi Kostiqanın müxtəlif barikadalarla üzbəüz gəlmədən SMS hesabına qarşılaşması əsas ziddiyyəti psixoloji məqamlarda yaradır. Çoxsaylı ölüm hadisələrindən əvvəl daim ekranda xaçın nümayişi və Kolin Sallivanla sevgilisi Medolin Meyddenin köçdükləri yeni mənzilin geniş pəncərəsi önündəki kilsənin qızılı gümbəzinin ekrana gəlişi dini motivi gündəmdə saxlayır. Frenk Kostellonun agenti tapmaq üçün Kolin Sallivanın cinayətkar dəstənin üzvlərinin sosial sığorta məlumatlarını istəməsi ilə Billi Kostiqanın gərginlik keçirməsi dramatizmi artırır.Əməliyyat zamanı hündür binanın damında Billi Kostiqanla görüşən kapitan Oliver Kyunanın cinayətkarlarla polislər arasındakı atışma zamanı öldürülməsi ilə Kolin Sallivandan şübhələnən serjant Şon Diqnamın işdən uzaqlaşdırılması dramatizmin kələfini gərginləşdirir. Kapitan Oliver Kyunanın sənədləri arasından Billi Kostiqanın yazdığı paketi tapan Kolin Sallivanın Frenk Kostellonun FBR agenti olduğunu üzə çıxarması ikili rakirovka prinsipinin miqyasını artırır. Özünün ifşa olunacağını düşünən Kolin Sallivanın kapitan Oliver Kyunanın telefonu ilə onun yerinə təyin olunan zabit kimi Billi Kostiqaya işini bitirib mükafat ardınca idarəyə gəlməyi tapşırması zahirən dramaturji düyünün açılışına yönəlir. Polislərin atılmış anbardakı narkotikanı aparmağa gələn cinayətkar dəstəsini məhv etməsi, əməliyyata başçılıq edən Kolin Sallivanın üzləşdiyi Frenk Kostellonu öldürməsi hadisələrin istiqamətini nüarın – qaranlığın qələbəsinə doğru yönəldir. Polis idarəsində özünün göndərdiyi paketi görməklə Frenk Kostellonun agentinin məhz Kolin Sallivan olduğunu anlayan Billi Kostiqanın şəri ifşa edən audioyazını əgər başına iş gələrsə açılması şərtilə Medolin Meyddenə ötürməsi nüarı arxa plana atmaqla ideyanın qələbəsinə inam yaradır. Kapitan Oliver Kyunanın öldürüldüyü damda Kolin Sallivanla görüşən Billi Kostiqanın Berriqan tərəfindən məhv edilməsi əsl həqiqəti bilən şahidlərin sırasını azaldır. Berriqanı da məhv edən, zabit şərəfi ilə dəfn olunan Billi Kostiqanın ölümünü bağışlamayan gözüyaşlı Medolin Meyddenlə rastlaşan Kolin Sallivanın mənəvi iflası insani münasibətləri önə keçirir. Serjant Şon Diqnamın evinə gələn Kolin Sallivanı öldürməsi, qızılı günbəzli kilsənin fonda görünməməsi ilə pəncərə önündə siçovulun keçməsi mövzunun cücərdiyi rüşeymin obrazlı təqdimatına çevrilir.“Mürtədlər” filminin özünə qədərki qanqster filmlərindən əsas fərqi nə detektivə xas qanunun, nə də ki sərgüzəşt janrına uyğun cinayətkarlığın qələbəsinə imkan yaratmaması ilə seçilir. Bununla da filmin mənsub olduğu postmodernizm mərhələsinin məhz bu filmdə sona çatdığı üzə çıxır. Və bütövlükdə postmodernizmin dini motivin qalibiyyəti ilə sonuçlanması öz təsdiqini tapır. Janrına görə psixologizmin fasiləsizliyini təmin edən trilleri yaşadan bu filmin mərkəzi fiquru sayılan Frenk Kostellonun zalımlığı, qaniçənliyi ilə yanaşı rəhmdilliyinin, insanpərvərliyinin təqdimatı aktyor Cek Nikolsonun peşəkarlığı hesabına qeyri-səlis məntiqdə üzə çıxır. Cinayətkar aləmin başçısı soyuqqanlı, xəstəhal sosial mühitdəki hər kəsin o cümlədən öz əlaltılarının belə qorxduğu Frenk Kostellonun illərlə himayəyə götürdüyü, polis strukturuna yerləşdirdiyi Kolin Sallivan rolundakı aktyor Mett Deymon qarşıdurmanın gərginliyini daxili monoloqunun fasiləsizliyi hesabına artırır. Polisin və mafiyanın daxilinə yeridilən, filmdə qeyd olunduğu kimi hər iki siçovulun axtarılıb üzə çıxarılması prosesi filmin fabulasını yaradır. Və mənzilin pəncərəsi önündə ecazkar mənzərəsi canlanan məbədin qızılı gümbəzini aradan keçən siçovulla eybəcərləşdirilməsi xeyir-şər qarşıdurmasının davam etdiyini, dünyanın hələ də nizamlanmadığını səciyyələndirir.“İskusstvo kino” jurnalının 2006-cı il 12-ci sayında kino tənqidçi İrina Lubarıskayanın “Kostiqan və Sallivan ölüdür” məqaləsindəki: “Postvonqkarvay sehrinin romantikasının nüfuz dairəsinə düşən “İkili rakirovka” qəhrəmanlıqla düzgün yaşanılmayan həyatı qarşılaşdırır. şüşə parçaları, üzərində yağış damcıları görünən neon lampalar, akvarium yaşılı filtrlər və Toni Lyunun nəmli tünd gözləri döyüş filmini poetik yüksəkliyə qaldırırdı. “Mürtədlər” isə günahkarlar aləmində xeyirxah axtarmayıb ciddi düşüncələrə rəvac verən tamam başqa kinodur. Rejissor burada satqınlığı duyurmaqla kimin günahkar olduğunu tanrıya həvalə edən Frenk Kostellonun mövqeyini seçir. Onu bütün süjet döngələri arasından yalnız insan varlığının əsas hərəkətverici qüvvəsi sayılan, qorxu kimi həyatımız boyu bizi müşayiət edən ölüm maraqlandırır. Daim qoxusunu havada duyduğumuz ölüm özünü tapmaqla xilas yoluna çevrilir. Əslində Skorsezenin Kostiqanı ilə Sallivanı bizim prokatçıların görmək istədiyi mürtədlər – dönüklər deyil, rəhmətliklərdir”1 dəyərləndirməsi filmin dərin qatlarında gizlənən fəlsəfəsinin açılışına yönəlir.“Ən yaxşı film, rejissor, ssenarinin uyğunlaşdırılması və montaja görə dörd Oskar qazanan “Mürtədlər” filmi Martin Skorsezenin bütövlükdə postmodernizmin çöküşünün örnəyini yaratmaq bacarığını üzə çıxardı.Aydın Dadaşov – professor




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler