Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mark Tayson ve Çarli Çaplini izleyen sirli adamlar – Gelecekden gelen qonaqlar

03 Ağustos 2016

6:48 pm


03/08/2016 [22:46]: xeber –
Bu barədə çox filmlər çəkilir, elmi-fantastik ədəbiyyatda çox əsərlər, romanlar yazılır. Amma yenə də “zamanda səyahət” anlayışının nə dərəcədə doğru olub-olmaması informatisa əsrində hələ də müəyyənləşməyib. Amma elə məqamlar var ki, mütəxəssislər də yekdilliklə zamanda səyahətin mümkünlüyünə, gələcəkdən gəlmiş insanların varlığına inanıblar. Onların qiyafələrinə və müxtəlif xüsusiyyətlərinə görə gələcəkdən gəlmələrinə kimsənin şübhəsi olmayıb. sayt bu kimi faktların yalnız ikisini təqdim edəcək. Qeyd edək ki, gələcəkdən gələn qonaqlar tanınmış şəxslərlə də ilgiləniblər. Onların maraqlandığı şəxlər arasında məşhur boksçu Mark Tayson və aktyor Çarli Çaplin də olub.1995-ci il… İlk mobil telefonlar ABŞ sənayesinə hələ  yeni qədəm qoyub. Tək-tük iş adamları və dövlər rəsmilərində, xüsusi idarələrdə bu cihaza rast gəlmək olar. Həmin cihaz da ölçüsünə görə nibətən böyük, yalnız zəngetmə funksiyası olan mobil aparatdı. Amma həmin vaxt Mark Taysonun çıxış etdiyi boks döyüşünü izləyən bir tamaşaçının əlində bugünkü günümüzün “Ayfon” və “Aypəd”inə bənzəyən, xüsusi kameralı mobil telefonu aşkarlanır. Döyüşün video lentinə baxandan sonra həmin cihazın nə olduğu barəsində qızğın müzakirələr gedib. Mütəxəssisləri ən çox həmin cihazdakı kiçik ölçülü kamera maraqlandırıb ki, 1995-ci ildə bu yenilikdən söhbət belə gedə bilməzdi. Xüsusi qrup videonun yaddaşına həkk olunan kadrlardan istifadə etməklə həmin cihazı dəfələrlə araşdırmağa cəhd ediblər. Son qərarları isə belə olub: Həmin adam ən azı 30 il bundan əvvəldən-yəni gələcəkdən gələn birisidir…Eyni hadisə 1958-ci ildə tanınmış gülüş ustası Çarli Çaplinin də başına gəlib. Əlbəttə ki, 1958-ci ildə hansısa mobil telefondan söhbət belə gedə bilməzdi. Deməli, bu ildə Çarli Çaplinin çəkildiyi səssiz filmlərin birində kütləvi küçə səhnəsindəki qoca qadın filmin kadrlarını sonradan izləyən  insanları təəccübləndirib. Qadın qulağına naməlum bir cihaz   tutaraq danışa-danışa yolu keçir. Bu detal filmin çəkilişi zamanı onu lentə alan kameramanın diqqətindən yayınsa da sonradan hamını heyrıtlındirib. Təbii ki, 1950-ci illərin insanı qoca qadının qulağındakına mobil telefon da deyə bilməyiblər. Zatən onlar bunun mobil telefon olmasını haradan biləcəkdilər ki?! Bugün həmin kadr hələ də saxlanılır. Məhz bugün  o kadrları izləyənlər qoca qadının qulağındakının mobil telefon olduğunu asanlıqla deyə bilərlər…Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler